sonnoqte.az
Xəbər başlıqları
  • 11:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 10:07 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 09:54 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 09:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda

Bu gün, 16:00 2 dəfə baxılıb

Moskvadan yeni savaş siqnalı – İrəvan Ukraynanı əvəz etmək yolunda


Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Cənubi Qafqazda təhlükəsizlik sisteminin gələcəyi və Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) mümkün çıxışı ilə bağlı sərt açıqlamalar verib.

 Zaxarova keçirdiyi brifinqdə Cənubi Qafqazda alternativ təhlükəsizlik arxitekturasının formalaşması üçün perspektiv görmədiklərini bildirib.

Rusiya XİN rəsmisi Qərb ölkələrinin regiona daxil olaraq öz hərbi quruculuq və idarəetmə standartlarını tətbiq etmək cəhdlərini tənqid edib.

Onun sözlərinə görə, Qərb dövlətləri Cənubi Qafqazda sabitliyi təmin edə bilməyəcəklər və əslində, belə bir niyyətləri də yoxdur.

Zaxarova Ermənistanın KTMT ilə münasibətlərinə də toxunaraq bildirib ki, İrəvan istənilən vaxt təşkilatda tamhüquqlu iştirakını bərpa edə bilər.

Rusiya XİN nümayəndəsi eyni zamanda vurğulayıb ki, Ermənistanı heç kim KTMT-də zorla saxlamır.

Diplomatın sözlərinə görə, Ermənistan təşkilatdan çıxmaq qərarı verərsə, nizamnamədə nəzərdə tutulan bütün prosedurlardan istifadə etmək hüququna malikdir. Bunun üçün ölkə mövcud öhdəliklərini də tənzimləməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO