Kamal Əhmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Mingəçevir Turizm Kolleci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 101 nömrəli 10 aprel 2006-cı il tarixli əmri ilə Mingəçevir şəhərində Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin Mingəçevir şöbəsinin bazasında yaradılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 09 iyun 2006-cı il tarixli 1106 A2 447 nömrəli şəhadətnaməsi ilə dövlət qeydiyyatına alınaraq fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli 255 nömrəli qərarına əsasən Mingəçevir Turizm Kolleci Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyinə verilmiş təşkilatların sırasına daxil edilmişdir.
Ölkədə xidmət sektorunda mövcud iaşə müəssisələrində və turizm sənayesinin mövcud digər müəssisələrində çalışacaq müxtəlif səviyyəli ixtisaslı kadrların yetişdirilməsi yolu ilə yerli və xarici turistlərin məmnunluq səviyyəsini artıracaq rəqabətqabiliyyətli təhsil müəssisəsinə çevrilməkdir.
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Kamal Əhmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədovdur.
Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Kamal Əhmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Kamal Əhmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Kamal Əhmədovdan danışdılar yaxşı ki, Kamal Əhmədov Mingəçevir Turizm Kollecinin direktorudur… Kamal Əhmədov öz isguzarlığı ilə tanınır və seçilir….
Kamal Əhmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Kamal Əhmədov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Kamal Əhmədov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Kamal Əhmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Kamal Əhmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Kamal Əhmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Mingəçevir Turizm Kollecinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Kamal Əhmədov özünü doğruldub. Bizdə hörmətli Kamal Əhmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.