sonnoqte.az
Xəbər başlıqları
  • 12:38 – Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB 
  • 20:49 – Prezident İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib 
  • 20:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 14:07 – Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM 

“Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək

Bu gün, 08:49 6 dəfə baxılıb

“Qarabağ”ın oyunlarını bu hakimlər idarə edəcək


“Qarabağ”ın UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirəcəyi oyunların hakimləri müəyyənləşib.

“Avqustun 6-da Bakı vaxtı ilə 21:00-da Polşanın Lublin şəhərində keçiriləcək matçı danimarkalı hakimlər briqadası idarə edəcək.

Baş hakim Morten Kroq, yan xətt hakimləri Şteffen Bramsen və Viktor Skite olacaq. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. VAR sisteminə Yakb Kelet nəzarət edəcək.

Avqustun 13-də Bakıda təşkil olunacaq cavab matçı isə İngiltərədən olan hakimlər briqadasına həvalə edilib.

Görüşün baş hakimi Stüart Attvell olacaq. Ona yan xətt hakimləri Yan Hussin və Nik Qrinhalq kömək edəcəklər. Dördüncü hakim funksiyasını Lyuis Smit yerinə yetirəcək. VAR-da Piter Benks olacaq.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO