Taleh Qaraşov: Regionda sülhün təməli qoyulub
3-11-2022, 06:30
292 dəfə baxılıb

Taleh Qaraşov şəhidimiz Mehdizadə Əli Məcid oğlunun məzarını ziyarət edib
“Qalibiyyətimizi qanları və canları ilə əbədiləşdirən şəhidlərimizin xatirəsinin əziz tutulması hər birimizin mənəvi borcudur”. Bunu Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Vətən müharibəsi şəhidi Mehdizadə Əli Məcid oğlunun anım mərasimində deyib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının rəsmi şəxslərinin, şəhid ailələrinin və yerli insanların iştirakı ilə Mehdizadə Əli Məcid oğlunun anım günü ilə bağlı məzarı ziyarət olunub. Şiləvar qəbiristanlığındakı bütün şəhidlərin qəbirləri üzərinə tər güllər düzülüb, ruhlarına dualar edilib. İcra başçısı şəhidimizin ailə üzvləri ilə söhbət edib və qayğıları ilə maraqlanıb. Taleh Qaraşov bildirib ki, şəhid ailələrinə xüsusi qayğı və diqqətin göstərilməsi, eyni zamanda, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Qəhrəman övladların yetişməsində valideynlərin əvəzsiz rolu barədə danışan icra başçısı şəhid və qazi analarına, habelə Vətən müharibəsi iştirakçılarının valideynlərinə təşəkkürünü bildirib.
Şəhid valideynləri də Taleh Qaraşovun onlara qarşı diqqət və qayğısından məmnunluqlarını ifadə edib, təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, şəhidimiz Əli Mehdizadə göstərdiyi qəhrəmanlığa və şücaətə görə ölümündən sonra Ali Baş Komandan cənab lham Əliyev tərəfindən 3-cü dərəcəli “Rəşadət” ordeninə və “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medallarına laiq görülüb.
Allah rəhmət eləsin!





Taleh Qaraşov şəhidlərimiz Kənan Axundzadə və Elnur Talıbovun anım günündə məzarlarını ziyarət edib

Azərbaycan dövləti və xalqı var olduqca torpaqlarımız uğrunda canını fəda edən qəhrəman, ölümün gözünə dik baxan, canını Vətən üçün əsirgəməyən övladlarımızın xatirəsi daim əziz tutulacaq, onların göstərdikləri igidliklər gələcək nəsillərə böyük hörmət və ehtiramla ötürüləcək. Noyabrın 1-də Vətən müharibəsi şəhidlərimiz Axundzadə Kənan Hamil oğlu və Talıbov Elnur Gəgiş oğlunun anım günündə məzarları ziyarət olunub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının məsul şəxslərinin, şəhid ailələrinin üzvlərinin və yerli ictimaiyyətin nümayəndələrinin də qatıldığı ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri hörmət və ehtiramla anılıb, ruhlarına dualar edilib. İcra başçısı Taleh Qaraşov şəhidimizin ailə üzvləri ilə söhbət edib, onların qayğı və ehtiyacları ilə maraqlanıb. İcra başçısı bildirib ki, dövlətimizin başçısının “Şəhidlər bizim qəlbimizdə əbədi yaşayır, yaşayacaq” fikri bütün xalqın milli dəyərimiz olan və ən uca zirvədə özünə məqam quran Vətən övladlarına göstərdiyi münasibətinin inikasıdır.
Şəhid ailələri də onlara göstərilən diqqətə, qayğıya və istənilən problemlərinin həlli üçün icra başçısı ilə birbaşa, maneəsiz əlaqə yarada bildiklərinə görə Taleh Qaraşova minnətdarlıqlarını bildiriblər.
Şəhidimiz K.Axundzadə döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə, cənab Prezident İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, şəhid E.Talıbov Ali Baş Komandanın müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” ,“Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!





Taleh Qaraşov şəhid Kamran Səmədovun anım günündə məzarını ziyarət edib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, icra aparatının rəsmi şəxslərinin, şəhid ailələrinin və yerli insanların iştirakı ilə oktyabrın 31-də Səmədov Kamran Ceyhun oğlunun anım günündə məzarı ziyarət olunub. Liman şəhər qəbiristanlığındakı şəhidimizin məzarı üzərinə tər güllər düzülüb, ruhuna dualar edilib. İcra başçısı şəhidimizin ailə üzvləri ilə söhbət edib və qayğıları ilə maraqlanıb. Taleh Qaraşov deyib ki, xalqın ləyaqətinin və milli qürurunun bərpa olunmasına görə şəhidlərimizə borcluyuq. Onun sözlərinə görə, torpaq həsrətinə son qoyulub və şəhidlərin, qazilərin və müharibə veteranlarının sayəsində qalib xalq kimi vüqarlı, məğrur, başı dik, alnı açıq şəkildə əbədi yaşayacağıq. Qarabağdakı quruculuq və bərpa işləri barədə danışan Taleh Qaraşov bildirib ki, bütün layihələr dövlətimizin daxili imkanları hesabına həyata keçirilir. İcra başçısı qeyd edib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi daim ölkə başçısı cənab İlham Əliyevin və Biricinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Taleh Qaraşov şəhidlərin anım mərasimlərində ictimaiyyətin iştirakını yüksək qiymətləndirdiyini vurğulayıb: “Vətən müharibəsində xalqın göstərdiyi birlik və bərabərlik bu gün şəhidlərimizə münasibətdə özünü daha qabarıq göstərir, şəhidlərimiz bizim milli qürurumuz və birlik rəmzimizə çevrilib”.
Şəhid atası Ceyhun Səmədov da onlara göstərilən diqqətə və qayğıya görə və istənilən problemlərinin həlli üçün icra başçısı ilə birbaşa, maneəsiz əlaqə yarada bildikləri üçün Taleh Qaraşova minnətdarlığını bildirib.
Şəhidimiz K. Səmədov döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə cənab Prezident İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah rəhmət eləsin!




Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov - Müzəffər Ali Baş Komandanımızın sarsılmaz iradəsi, Şəhidlərimizin canı və qanı bahasına 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən sonra regionda yaranmış yeni reallıqlar fonunda Azərbaycan dövlətinin siyasi gündəminin əsasını regionda davamlı sülhün və sabitliyin əldə olunması təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərdə olarkən həm Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə ikitərəfli, həm də Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşdə regionda sülhün və təhlükəsizliyin, region dövlətlərinin iqtisadi inkişafının təmin olunması üçün dövlətimizin dəyişməz mövqeyini bir daha danışıqlar masasına yatırdı.
Soçi şəhərində baş tutan görüşdə 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların həyata keçirilməsinin gedişatını müzakirə edən liderlər yeni Bəyanat imzaladılar. Azərbaycan-Ermənistan münasibətlərinin kompleks şəkildə normallaşdırılması, sülhün, sabitliyin, təhlükəsizliyin və Cənubi Qafqazın davamlı iqtisadi inkişafının təmin edilməsi naminə göstərilən bütün razılaşmalara dönmədən riayət edilməsinə sadiq olduqlarını təsdiq edən liderlər qalan məsələlərin, o cümlədən humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılığa gəldilər və Azərbaycanla Ermənistan arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələrinin və dini liderlərin arasında Rusiyanın köməyi ilə dialoqun davam etdirilməsi üçün üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsinin vacibliyini vurğuladılar.
Görüş zamanı Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamə ilə çoxillik münaqişəyə son qoyulmaqla Qarabağ münaqişəsi artıq tarixdə qalsa da indi Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq vaxtı yetişmişdir və bu məsələdə Rusiya Federasiyasının Prezidentinin rolu yüksək qiymətləndirilməlidir. Azərbaycanın nisbətən yaxın vaxtlarda beynəlxalq hüququn fundamental prinsipləri nəzərə alınmaqla Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olacaq 5 əsas prinsipi irəli sürməsi və bu prinsiplərin, xüsusilə, Rusiya tərəfindən müsbət qarşılanması münasibətlərin normallaşması prosesinə çox yaxşı impuls verəcəyinə əminik.
Rusiyalı həmkarı ilə dövlət başçımızın keçirdiyi görüş, imzalanan sənədlər Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə hərb meydanında olduğu kimi, sülh meydanında – diplomatiya stolunun ətrafında da fəaliyyətinin uğurlu nəticəsi, qələbəsi kimi qiymətləndirilməlidir.
Görüşdə suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında aparılan müzakirədə illər keçdikcə münasibətlərin inkişafı üçün yeni prioritetlərin müəyyənləşdirildiyi, ölkələr arasında iqtisadi əməkdaşlığın yüksək səviyyəyə qaldırıldığı, ölkə başçımızın təklif etdiyi 5 prinsiplə regionda yaradılacaq qalıcı sülhün təməlinin qoyulduğu bir daha gözlər önünə sərildi.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR