12:19 – İlham Əliyev Tiranada Zirvə toplantısında iştirak edir
12:58 – Prezident onu yenidən icraçı direktor təyin etdi
10:40 – Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
10:32 – İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
Ölkəmizdə Şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına dəstək davam edir
22-09-2022, 11:04
415 dəfə baxılıb
Dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alan zaman yaralanan hərbçilərimiz ziyarət olunublar
12-14 sentyabr 2022-ci il tarixində dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatının qarşısını alan zaman yaralanan ağstafalı hərbçilərimiz RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri və ziyalıları tərəfindən ziyarət olunublar.
Mərd oğullarımızın ailələrinin qayğıları ilə maraqlanılır və mütəmadi olaraq əlaqə saxlanılır. Ailə üzvləri onlara, övladlarına göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər. Məlumat üçün qeyd edək ki, Ağstafa rayonundan olan beş nəfər yaralı hərbi qulluqçumuzdan birinin müalicəsi yaşadığı ünvanda, dördünün müalicəsi isə Bakı şəhərində yerləşən tibb müəssisələrindən birində davam etdirilir.
Vətən üçün döyüş meydanında sücaət göstərərək yaralanan qəhrəman hərbçilərimizin yüksək səviyyədə müalicəsi üçün dövlətimiz tərəfindən bütün zəruri tədbirlər icra olunur. Onların hər birinin sağlığına qovuşması üçün gecə-gündüz səy göstərən peşəkar həkimlərimizin sayəsində tez bir zamanda şəfa tapmasını diləyirk!
Şəhid gizir Muradov Seyfəddin Mahmud oğlunun şəhadətə ucalmasının yeddinci günündə Böyük Kəsik kəndindəki doğma evində anım mərasimi keçirilib
Ağstafa RİH başçısı Seymur Orucov, Müdafiə Nazirliyinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul şəxslərlə birlikdə şəhidimizin ailəsini ziyarət edib. Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla anılıb. 12-13 sentyabr 2022-ci il tarixində düşmənin Azərbaycanın dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatının qarşısını alarkən gizir Muradovun timaslında əsgərlərimizin göstərdiyi mərdlik və sücaətdən geniş söz açılıb. Şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb. Şəhidin atası Mahmud Muradov Vətəninə xidmət etmək üçün hərbi sahəni seçdiyi üçün hər zaman oğlu ilə qürur duyduğunu söyləyərək, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına görə minnətdarlığını bildirib. 09.09.1993-cü ildə Ağstafanın Böyük Kəsik kəndində anadan olan Seyfəddin Muradov evli idi. Şəhidimizin özündən sonra bir oğul və bir qız övladı yadigar qaldı. Allah şəhidlərimizə rəhmət eləsin!
Ölkəmizdə Şəhid ailələri və Vətən müharibəsi iştirakçılarına dəstək davam edir
Aşağı Kəsəmən kəndindən olan şəhidimiz, əsgər Omarov Eşqin Nəsib oğlunun 3 mərasimində doğma evində ailəsi ziyarət olunub, əziz xatirəsi ehtiramla yad edilib
Şəhidimizin anım günündə Ağstafa RİH başçısı Seymur Orucov, Müdafiə Nazirliyinin nümayəndələri, rayonun məsul şəxsləri iştirak ediblər. Mərasimdə şəhidlərimizin ruhuna dualar oxunub, Eşqinin Vətən uğrunda göstərdiyi sücaətdən, Ordumuzun döyüş meydanında düşmənə endirdiyi sarsıdıcı zərbələrdən, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından bəhs olunub. Eşqin Omarov 10.07.2003-cü ildə Ağstafanın Aşağı Kəsəmən kəndində dünyaya göz açıb. Dostları və yaxınları Eşqin haqqında xatirələrini bölüşərkən onun Vətəninə sonsuz məhəbbətini, elinə-obasına daim bağlı olmasını xüsusi ilə vurğulayırlar. Allah şəhidlərimizə rəhmət eləsin!
Aşağı Kəsəmən kəndindən olan şəhidimiz Eşqin Nəsib oğlu Omarovla doğma evində vida mərasimi keçirilib, kənd qəbirtsanlığında izdihamla torpağa tapşırılıb
Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin izdihamlı dəfnində Ağstafa RİH başçısı Seymur Orucov, Müdafiə Nazirliyinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Vətən oğlunun məzarı önünə əklilllər qoyulub, üzərinə gül dəstələri düzülüb, şəhidlərimizin ruhuna dualar oxunub. Şəhidin tabutu üzərinə örtülmüş üçrəngli Azərbaycan bayrağı atasına təqdim edilib. Məlum olduğu kimi sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Silahlı Qüvvələrimiz düşmənin hərbi təxribatına qarşı şücaət və yüksək peşəkarlıq nümayiş etdirərək şəhidlərimizin intiqamını layiqincə alıb .
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: