2026-cı ilin oktyabrında Azərbaycan sabit genişzolaqlı internetin sürətinə görə 150 ölkə arasında 83-cü yeri tutub.
Məlumatların yüklənmə (download) sürəti üzrə median göstərici 93,51 Mbit/s, məlumatların ötürülmə (upload) sürəti üzrə isə 93,98 Mbit/s təşkil edib.
"Speedtest Global Index"in məlumatına görə, əvvəlki ayla müqayisədə ölkə iki pillə geriləyib.
Mobil internet reytinqində Azərbaycan 100 ölkə arasında 49-cu yerdə qərarlaşıb.
Yükləmənin median sürəti 96,17 Mbit/san, ötürülmə sürəti isə 23,28 Mbit/san təşkil edib. Bir ay ərzində ölkə iki mövqe itirib.
Bakıda sabit internetin sürəti 92,78 Mbit/san-yə çatıb ki, bu da paytaxta 192 şəhər arasında 112-ci yeri qazandırıb. Əvvəlki ayla müqayisədə Bakı iki pillə irəliləyib.
Mobil internet reytinqində paytaxt 149 şəhər arasında 115,12 Mbit/san yükləmə sürəti ilə 88-ci yeri tutub və üç pillə geriləyib.
Beləliklə, Bakıda mobil internet yükləmə sürətinə görə sabit interneti üstələyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.