sonnoqte.az
Xəbər başlıqları
  • 11:45 – İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 13:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 

İpək Yolu dirçəldilir - Prezidentdən Orta Dəhliz mesajı

Bu gün, 12:57 2 dəfə baxılıb

İpək Yolu dirçəldilir - Prezidentdən Orta Dəhliz mesajı


İğdır Universitetinin təşkilatçılığı ilə "İpək Yolunun yenidən dirçəlişi" mövzusuna həsr olunmuş Beynəlxalq Qafqaz Konqresi işə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.

Ekspertlər hesab edir ki, Beynəlxalq Qafqaz Konqresinin keçirilməsi Cənubi Qafqazın və bütövlükdə Avrasiya məkanının dəyişən geosiyasi, geoiqtisadi reallıqları baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin konqres iştirakçılarına müraciət ünvanlaması da tədbirin siyasi və strateji əhəmiyyətini göstərən məqamlardan biridir.

Deputat Aydın Hüseynov Musavat.com-a şərhində bildirib ki, “İpək Yolunun yenidən dirçəlişi” ideyası bu gün sadəcə tarixi ticarət marşrutlarının bərpası deyil, Avropa ilə Asiya arasında yeni iqtisadi, nəqliyyat, enerji və kommunikasiya əlaqələrinin formalaşdırılması deməkdir: “Dünyada geosiyasi rəqabətin gücləndiyi, ənənəvi logistika marşrutlarının müxtəlif risklərlə üzləşdiyi, dövlətlərin alternativ ticarət yolları axtardığı bir dövrdə Cənubi Qafqazın strateji əhəmiyyəti daha da artır. Məhz bu kontekstdə İğdırda keçirilən Beynəlxalq Qafqaz Konqresi xüsusi diqqətə layiqdir. Çünki tədbirin mövzusu Azərbaycanın son onilliklərdə həyata keçirdiyi nəqliyyat və logistika siyasətinin əsas istiqamətləri ilə birbaşa səsləşir. Azərbaycan tarixi İpək Yolunun müasir dövrdə bərpası və Avrasiya nəqliyyat xəritəsində yeni bağlantıların yaradılması istiqamətində mühüm təşəbbüslərlə çıxış edən ölkələrdən biridir.


Tarixi İpək Yolu əsrlər boyu Şərqlə Qərb arasında ticarətin, mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı əlaqəsinin əsas vasitələrindən biri olub. Bu marşrut vasitəsilə yalnız mallar deyil, həm də elmi biliklər, texnologiyalar, mədəniyyətlər və ideyalar yayılıb. İpək Yolunun əhəmiyyəti onun iqtisadi funksiyası ilə məhdudlaşmayıb, müxtəlif xalqlar və dövlətlər arasında əlaqələrin inkişafına da xidmət edib. Müasir dövrdə isə bu tarixi marşrut tamamilə yeni məzmun qazanır. Söhbət artıq yalnız karvan yollarından deyil, yüksək ötürücülük qabiliyyətinə malik dəmir yollarından, avtomobil magistrallarından, limanlardan, enerji kəmərlərindən və rəqəmsal kommunikasiya şəbəkələrindən gedir. Belə bir şəraitdə keçirilən konqresin əsas müzakirə mövzusunun İpək Yolunun yenidən dirçəldilməsi olması təsadüfi deyil. Bu, regionun gələcək inkişafının nəqliyyat və kommunikasiya bağlantılarının genişləndirilməsi ilə sıx bağlı olduğunu göstərir”.

Deputat qeyd edib ki, Azərbaycanın tarixi İpək Yolunun bərpasında mühüm rolu və bu istiqamətdəki siyasətinin tarixi əsasları var: “Hələ 1998-ci il sentyabrın 7-8-də Bakıda Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. Tədbirdə doqquz ölkənin dövlət başçıları, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndələri iştirak ediblər. Konfransın nəticəsi olaraq Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı haqqında Əsas Çoxtərəfli Saziş imzalanıb və Bakı Bəyannaməsi qəbul edilib. TRASEKA proqramı çərçivəsində yaradılan Hökumətlərarası Komissiyanın Daimi Katibliyinin Bakıda yerləşdirilməsi də Azərbaycanın bu prosesdəki rolunu təsdiqləyən mühüm hadisə olub. Deməli, Azərbaycan tarixi İpək Yolunun müasir nəqliyyat sisteminə çevrilməsi ideyasını hələ ötən əsrin sonlarında strateji prioritet kimi müəyyənləşdirib. Bu gün Orta Dəhlizin inkişafı, Bakı-Tiflis-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və digər infrastruktur layihələri həmin siyasətin davamı kimi qiymətləndirilə bilər.
Prezident İlham Əliyevin konqres iştirakçılarına müraciəti də bu baxımdan Azərbaycanın nəqliyyat və logistika gündəliyinə verilən siyasi əhəmiyyətin göstəricisidir. Burada əsas məsələ Azərbaycanın yalnız tranzit ərazisi kimi deyil, Avrasiya nəqliyyat əlaqələrinin formalaşmasında təşəbbüskar və fəal iştirakçı kimi çıxış etməsidir”.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO