Astarada lüzumsuz yerə Daxili İşlər Nazirliyinin "102" xidmətinə dəfələrlə zəng edib iş rejimini pozan şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub.
Xitab24.az xəbər verir ki, araşdırmalarla əməli törədənin 1965-ci il təvəllüdlü rayon sakini olduğu müəyyənləşib.
Sərxoş vəziyyətdə sözügedən əməli törədən şəxs daha sonra polisin qanuni tələbinə məhəl qoymayaraq tabesizlik göstərib. O, məhkəmənin qərarı ilə 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.