sonnoqte.az
Xəbər başlıqları
  • 13:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 
  • 11:53 – Prezident: Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin 
  • 11:10 – Prezident xalqa müraciət edir - Video 
  • 13:33 – İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub 

Polisə tabesizlik göstərən sürücü həbs edildi

13-12-2021, 09:43 335 dəfə baxılıb

Polisə tabesizlik göstərən sürücü həbs edildi


Cəbrayıl rayonunda polisə tabesizlik göstərən sərxoş sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Cəbrayıl RPŞ-nin əməkdaşları Balyand kəndi ərazisindəki stasionar postda “Mersedes” markalı yük avtomobilinə baxış keçirmək məqsədilə “Saxla” işarəsi veriblər. Həmin şəxs qanuni göstərişə məhəl qoymayaraq hərəkəti davam etdirib. Təhlükəli manevrlər edərək digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradıb.

Polis əməkdaşları tərəfindən həmin avtomobilin saxlanılması təmin edilib. Araşdırmalarla sürücünün Abşeron rayon sakini Elşən Abbasov olduğu və sərxoş vəziyyətdə avtomobili idarə etdiyi müəyyən edilib.

E.Abbasov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati həbs edilib və bir il müddətinə sürücülük hüququ məhdudlaşdırılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO