sonnoqte.az
Xəbər başlıqları
  • 09:00 – Bu Birgə Bəyannamə tarixi hadisədir - İlham Əliyev 
  • 22:10 – Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNİB 
  • 14:50 – İlham Əliyev və Mehriban Əliyeva “Sea Breeze”də olublar 
  • 12:03 – İlham Əliyev Çavuşoğluya başsağlığı verib 

Polis reyd keçirdi: Avtoxuliqan həbs edildi - FOTO

21-04-2021, 12:57 293 dəfə baxılıb

Polis reyd keçirdi: Avtoxuliqan həbs edildi - FOTO


Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan sürücülərə qarşı tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, reyd zamanı şəhər sakini, 24 yaşlı Eltun Həmidlinin idarə etdiyi VAZ-2115 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi məlum olub. 

Həmin şəxs barəsində DYP əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilən E. Həmidli sürücülük hüququndan da 1 il müddətinə məhrum edilib.

Göygöl rayonunda da analoji tədbirlər davam etdirilir. Sərxoş halda avtomobillərin idarə olunması və baş verə biləcək qəzaların qarşının alınması məqsədi ilə mütəmadi olaraq reydlər keçirilir. Keçirilən reydlər zamanı nəqliyyat vasitəsini müvafiq sənədləri, sürücülük hüququ olmadan idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobildə konstruksiya dəyişikliyi edən sürücülər də aşkarlanıb. Onlar barəsində müvafiq tədbirlər görülüb. Həmçinin avtoxuliqanlıq edən sürücülərə də rast gəlinib. Həmin sürücülər yol polisinin topladığı sənədlər əsasında məhkəməyə təqdim olunub və barələrində inzibati qərar çıxarılıb.













Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO