sonnoqte.az
Xəbər başlıqları
  • 11:46 – Prezidentlə xanımı Bakıdakı Zəfər parkında - Video - Fotolar 
  • 09:11 – İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edildi - Foto 
  • 09:00 – Azərbaycanda Anım Günüdür! 
  • 11:31 – “Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu - Fotolar 

İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı

3-08-2026, 11:01 37 dəfə baxılıb

İki ay əvvəl işdən çıxarılan rəisə - Cinayət işi açıldı


İki ay əvvəl Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunan Kamran Yusifova cinayət işi açılıb.

Gömrük polkovnik-leytenantı vəzifə cinayətlərində ittiham olunur.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. K.Yusifov barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə saxtakarlığı) və başqa maddələrlə cinayət işi başlanılıb.

İstintaqın gedişində eks-idarə rəisinin əməlləri nəticəsində dövlətə və ya vətəndaşlara hansı formada və nə qədər ziyan dəydiyi dəqiqləşəcək.

Qeyd edək ki, K.Yusifov cəmi il yarım əvvəl Balakən Gömrük İdarəsinə rəis təyin edilmişdi. Ondan əvvəl isə eyni rayondakı Mazımqara Gömrük Postunun rəisi işləyib.Qafqazinfo.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO