sonnoqte.az
Xəbər başlıqları
  • 11:33 – Onlar general-leytenant oldu - Sərəncam 
  • 11:23 – DSX-nin şəhid hərbçiləri təltif olundu - Siyahı 
  • 22:32 – İlham Əliyev Naxçıvanda AzTV-yə müsahibə verdi - Fotolar 
  • 22:29 – Prezident sosial evlər kompleksinin təməlini qoydu - Fotolar 

SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI

4-08-2026, 15:30 29 dəfə baxılıb

SON DƏQİQƏ: Pezeşkian rəsmən ELAN ETDİ - Tehranda istefa QALMAQALI


İran prezidenti Məsud Pezeşkian istefası ilə bağlı yayılan xəbərləri təkzib edərək, bu iddiaları “tamamilə yalan və uydurma” adlandırıb.

O, bu barədə dövlət televiziyasında yayımlanacaq müsahibəsinin anonsunda deyib.

Pezeşkian açıqlamasında silahlı qüvvələrlə sıx əməkdaşlıq şəraitində işlədiklərini vurğulayıb:

“Biz silahlı qüvvələrlə tam koordinasiyalı şəkildə fəaliyyət göstəririk. Mən istefa verməyəcəyəm və mövqeyimdə sonadək dayanacağam. Əgər istefa versəm, bu barədə rəsmi şəkildə özüm elan edəcəyəm”, - deyə o vurğulayıb.

Prezidentin bu açıqlaması yüksəkrütbəli şiə din xadimi Məhəmməd-Baqir Xərrazinin iddialarından sonra səslənib. Din xadimi daha əvvəl Pezeşkianın “28 dəfə” istefa verməklə hədələdiyini, lakin növbəti müraciətinin qəbul olunacağı ilə bağlı xəbərdarlıq aldıqdan sonra bu cəhdləri dayandırdığını iddia edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO