Ukrayna Silahlı Qüvvələrirnin Moskva və Leninqrad vilayətindəki Wildberries anbarlaırna hücumu nəticəsində çox sayda adam ölüb və yaralanıb.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun verdiyi məlumata görə, Çexov şəhərindəki Novoselki sənaye zonasında dron hücumu nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.
Leninqrad vilayətində yerləşən Wildberries anbarına dron hücumu nəticəsində yanğın baş verib. İşçilər təxliyə edilib. İlkin məlumatlara görə, xəsarət alan olmayıb.
Rusiya Müdafiə Nazirliyi də cavab olaraq Ukrayna Silahlı Qüvvələrinin dörd yük gəmisinə zərbələr endirildiyini bildirib.
Avqustun 3-ü axşamı Rusiya silahlı qüvvələri dörd quru yük gəmisini vurub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bu gəmilər Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulmuş hərbi yük daşıyırdı.
Rusiya Nazirliyinin mətbuat açıqlamasına görə, Nikolayev və Yujnı limanlarında iki gəmiyə hücum edilib. Odessanın cənubunda Ukrayna limanlarına silah və hərbi texnika daşıyan daha iki gəmiyə hücum edilib.
Bundan əlavə, Rusiya ordusu Qara dəniz Avtomobil Komponentləri Zavoduna və Çornomorsk limanındakı liman terminalına zərbələr endirib. Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, Ukrayna Silahlı Qüvvələri orada hərbi texnikanı təmir edir və sursat saxlayırdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.