sonnoqte.az
Xəbər başlıqları
  • 12:19 – İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərlərini qəbul etdi 
  • 12:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 11:25 – Prezident müşavirə keçirdi - FOTOLAR 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 

İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...

4-08-2026, 09:00 43 dəfə baxılıb

İran tarixi sənədi təsdiqləyir – Azərbaycan da daxil olmaqla...


İran Xəzər dənizinin hüquqi statusu ilə bağlı mühüm addım atır. Söhbət Azərbaycan da daxil olmaqla Xəzərin beş sahilyanı dövlətini əhatə edən Konvensiyadan gedir.

 İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlamasında İslam Şurası Məclisinin Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı təsdiqləməsinin əhəmiyyətindən danışıb.

Bəqayinin sözlərinə görə, bu addım Konvensiyanın tərəfi olan beş Xəzəryanı dövlət arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün yaxşı zəmin yaradacaq.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan tərəfindən imzalanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO