sonnoqte.az
Xəbər başlıqları
  • 11:45 – İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul etdi 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 
  • 13:43 – Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi - Canlı 

AZAL bilet qiymətlərini endirdi

Bu gün, 09:29 2 dəfə baxılıb

AZAL bilet qiymətlərini endirdi


“Azərbaycan Hava Yolları” (AZAL) QSC “Sərfəli Cümə” kampaniyasını elan edib.
Bu barədə  AZAL-dan bildirilib. 
Qeyd olunub ki, 25-30 noyabr 2026-cı il tarixlərində sərnişinlər seçilmiş beynəlxalq istiqamətlər üzrə ekonom və biznes siniflərində aviabiletləri 25%-dək endirimlə əldə edə biləcəklər.

Həmçinin “AZAL Miles” müştəriləri mobil tətbiq üzərindən millərlə bilet aldıqda “BLUEFRIDAY” promokodu ilə 35%-dək endirim qazana bilərlər.

Kampaniya aşağıdakı uçuş tarixlərini əhatə edir:

1-20 dekabr 2026-cı il
10 yanvar - 28 fevral 2027-ci il
1-30 aprel 2027-ci il
Endirim faizi uçuş istiqamətindən və seçilmiş tarifdən asılı olaraq dəyişir. Endirim yalnız aviabiletin tarif hissəsinə tətbiq olunur. Vergilər və digər yığımlar endirimə daxil deyil. Endirimli aviabiletlərin sayı məhduddur. Kampaniya kodşerinq, çarter və ölkədaxili reyslərə şamil olunmur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO