sonnoqte.az
Xəbər başlıqları
  • 11:41 – Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - Fotolar 
  • 14:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 

Qarabağ ermənilərinin pasportlarında “3166” möhürü – Azərbaycan, Xankəndi...

Bu gün, 16:00 1 dəfə baxılıb

Qarabağ ermənilərinin pasportlarında “3166” möhürü – Azərbaycan, Xankəndi...


Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan Qarabağdan köçən ermənilərə verilən biometrik pasportlarda doğum yerinin göstərilməsi məsələsinə aydınlıq gətirib.

Nazir doğum yerinin vətəndaşların istəyinə uyğun deyil, beynəlxalq standartlar əsasında müəyyənləşdirildiyini bildirib.

Onun sözlərinə görə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) nümayəndələri ilə məsləhətləşmələrdən sonra doğum yeri kimi yaşayış məntəqəsinin deyil, ölkənin adının göstərilməsi qərara alınıb.

Sarkisyan bildirib ki, yaşayış məntəqələrinin adları göstərilsəydi, beynəlxalq səviyyədə qəbul edilmiş toponimlərlə bağlı sərhəd keçidlərində problemlər yarana bilərdi.

Nazirin açıqlamasına görə, Qarabağ ermənilərinin istifadə etdikləri toponimlər beynəlxalq standartlarda yer almır. Yaşayış məntəqələrinin adları pasportlara daxil edilsəydi, onların Azərbaycan adları göstəriləcəkdi.

Nazir ICAO-nun 9303 saylı sənədinə, eləcə də ölkələrin və onların inzibati-ərazi vahidlərinin kodlarını müəyyənləşdirən ISO 3166 standartına istinad edib.

ISO 3166 beynəlxalq standartında Xankəndi Azərbaycanın inzibati-ərazi vahidi kimi qeyd olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO