sonnoqte.az
Xəbər başlıqları
  • 13:21 – Prezident İlham Əliyev Bakıda zavod açılışında iştirak edib - FOTO 
  • 09:49 – İlham Əliyev iclas iştirakçılarına müraciət etdi 
  • 10:37 – Bu ay Əliyev və Ərdoğanın iştirakı ilə Kahramanmaraşda açılış olacaq 
  • 10:12 – İlham Əliyev Portuqaliya Prezidentini təbrik etdi 

Ümidvarıq ki, Masallı RİH-nin başçısının yerli sakibkarı qəbul etməsi, bəzi problemlərin aradan qaldırılmasına imkan verəcək

22-08-2022, 11:12 321 dəfə baxılıb



Hər kəsə bəllidir ki, dünyanın bir sıra ölkələrində müalicə-sağlamlıq turizmiən perspektivli sahələrdən biri hesab olunur vəbu sırada müalicəvi əhəmiyyətli mineral vətermal sularının varlığına görə, Azərbaycan Respublikasıdaön sırada duran ölkələrdəndir. Yəni, hal-hazırda ölkəmizin ərazisində təqribən 1500-dən artıq mineral vətermal su mənbələri, müalicəviəhəmiyyətəmalik olan 4 palçıq vulkanıvə1əsas neft mənbəyi var. Təkcə Lənkəran və Astara bölgəsində100-dənçox termal su mənbəyinin olduğu bildirilir. Yada salaq ki, qədim dövrlərdən başlayaraq ölkəmizin ərazilərində müalicə-profilaktik məqsədlərlə təbiətin şəfaverici amilləri olan mədən sularından, müxtəlif növ neft vəvulkanik palçıqlardan geniş istifadə olunub. Faktdır ki, ölkəmizin müxtəlif guşələrində müalicə əhəmiyyətli bir sıra təbii resursların varlığı, bu gün də Azərbaycanı kurortlar diyarı adlandırmağa imkan verir.
Qeyd edək ki, ölkəmizdə kurortlar şəbəkəsinin mütəşəkkil təşkili XX əsrdən etibarən həyata keçirilməyə başlanılır. Yəni, əlverişli iqlimşəraiti, müxtəlif mineral suları, müalicəvi palçıq vəneft ehtiyatlarından asılı olaraq təbii kurortların təsnifatı müəyyənləşdirilir və bununla bağlı müvafiq infrastruktur da yaradılır. Eləki, 1991-ci ildə Azərbaycan Respublikası ikinci dəfə özünün müstəqillik hüququnu əldə etdi, az sonra kurort işinin inkişafına xüsusi diqqət yetirildi və beləliklə də bu sahədə yeni bir mərhələnin əsası qoyuldu. Qeyd edək ki, 2007-ci ildə Prezident İlham Əliyev“ Azərbaycan kurortları” dövlət proqramı haqqında Sərəncam imzaladı və bundan sonra bir sıra qərarlar da qəbul olundu. Bir sözlə, ölkəmizin ayrı-ayrı əraziləri təbii resurslarla zəngin olduğundan, həmin ərazilərdə istirahət və müalicəni təmin edən müəssisələr (sanatoriyalar, istirahət evləri, pansionatlar, balneoloji vəpalçıq müalicəocaqları, kurort poliklinikaları, bərpa mərkəzləri vəs.), sanitariya mühafizə zonaları və digər kurort infrastrukturarı təşkil olunub. Onlardan biri də Masallı rayonu ərazisində, hansı ki, rəsmi lisenziyası olan“İstisu Fatimeyi-Zəhra"Şəfa sanatoriyasıdır. Söylənilənlərə görə, bu sanatoriya Masallı şəhərindən təqribən 13 kilometr aralıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə, Dəmbəlov dağının döşündə, Viləşçayının sahilində yerləşir. Yerin dərin qatlarından 60 dərəcədən yuxarıisti halda məhlul çıxır ki, həmin məhlulun tərkibində hidrogen-sulfid, natrium-xlor kalsium, maqnezium-hidrokarbonat vəhər litrində 30 milliqram yod var vəbu məhlul birçox xəstəlikləri dava-dərmansız sağaldır. Qeyd edək ki, qədim dövrlərdən yerli sakinlər bu sudan müalicə məqsəd ilə istifadə edirlər. Hazırda bu sanatoriyada bir nəfər üçün katejlərin günlük qiyməti 30-40, iki nəfərlik üçün isə 60-80 manat civarında olduğu bildirilir. Bundan əlavə, gündəlik burada üç dəfə yemək verilir, eyni zamanda həkim müayinəsi, masaj, isti su vannası və s-dəhəyata keçirilir. “İstisu Fatimeyi-Zəhra”Şəfa sanatoriyasında eyni vaxtda 200-dən çox insanı qəbul etmək və onların xidmətində durmaq da mümkün olur. Hal-hazırda bu sanatoriyaya müalicə olunmaq üçün həm yerli, həm də xarici ölkələrdən çoxlu sayda insanlar gəlirlər. XXəsrin 90-cı illərinin əvvəllərində bu sanatoriya baxımsızlıq ucbatından bərbad halda olsa da,“Kurort vəsanatoriyalarınözəlləşdirilməsi haqqında” fərmanaəsasən, 1997-ci ildətanınmışişadamıHacıİldırım Allahyarov “İstisu” sanatoriyasına qanuni sahibçıxır və1998-ci ildən başlayaraq buradaəsaslıyenidənqurma işlərini həyata keçirir.
Heçcür unutmaq olmaz ki,“İstisu Fatimeyi-Zəhra”Şəfa sanatoriyasıölkəmizin digərərazilərindəki istirahət mərkəzlərindən qiymətlərinin ucuzluğuna vətəbiətinin gözəlliyinəgörətamamiləfərqlənir. Bu istirahət mərkəzininözəlliklərindən biri dəondan ibarətdir ki, burada həm yay, həm dəqışaylarında istirahət edib müalicəalmaq mümkün olur.Beləbir imkanın varlığına baxmayaraq, qışaylarında burada müştərilərin az olduğu bildirilir. Qeyd edək ki, insanlar“İstisu”istirahət mərkəzinətəkcəmüalicəolunmaqüçün deyil, eyni zamanda dincəlməküçün dəüz tuturlar.
Heçdətəsadüfi deyil ki, son illər Masallırayonuərazisinəturist axınıartmaqda davam edir vəbeləbir halın varlığı, bu gün turizmin inkişaf etdirilməsi iləəlaqədar görülən tədbirlər səbəbindən başverir.İnanırıq ki, yaxın gələcəkdəMasallıda beynəlxalq turizmşəhərciyi dətəşkil olunacaq. Bəli, bu gün Masallınıhər yerdətanıdan, onaşöhrət gətirən, məşhur edənəsas səbəblərdən biri də“İstisu Fatimeyi-Zəhra”Şəfa Sanatoriyasının fəaliyyətidir. Unutmaq olmaz ki, buünvanda hər kəsəyüksək səviyyəli xidmət göstərilir vəbütün bunlarsanatoriyanın rəhbəri, tanınmışişadamıHacıİldırım Allahyarovun işgüzarlığı, vətənpərvərliyi, təşkilatçılığısayəsindəərsəyəgətirilib. Buşəxs bir sahibkar olaraq hər zaman vurğulayır ki, “Ölkərəhbərinin bu sahəyəgöstərdiyi diqqət vəqayğı, bu gün dəölkəmizdəturizmin inkişafınaçox böyük təsirini göstərir. Ona görədə,şəxsən möhtərəm Prezidentimizəminnətdar olduğumu bildirirəm”.
Onu da qeyd ki, PrezidentİlhamƏliyev ArazƏhmədovu MasallıRayonİcra Hakimiyyətinin başçısı,Əkbər Abbasovu Lerik Rayonİcra Hakimiyyətinin başçısıvəElvin Paşayevi Göygöl Rayonİcra Hakimiyyətinin başçısıvəzifələrinətəyin edərkən bildirdi ki, “Bəzi hallarda yerli icra orqanlarıbir qədər tənbəllik edirlər, ya gözləyirlər ki, dövlət tərəfindən hansısa layihələr icra ediləcək, ya da ki, sahibkar gəlib onların qapısınıdöyəcək. Beləolan halda, bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz,əsassız tələblər irəli sürülür. Sizözünüz sahibkarlarırayonlarınıza cəlb etməlisiniz, həm yerli sahibkarları, həm dəxarici sahibkarları. Xüsusilənəzərəalsaq ki, Göygöl, MasallıvəLerik rayonlarının turizm potensialıçox zəngindir vəbu rayonların füsunkar təbiəti bizim böyük sərvətimizdir–meşələr, dağlar, bulaqlar,çaylar,şəlalələr. Yəni, bu rayonları, sözünəsl mənasında, turizm mərkəzinəçevirmək hesab edirəm ki,əsas vəzifələrdən biridir”.Ölkərəhbəri tərəfindən sahibkarlığın inkişaf etdirilməsinəlazımi səviyyədədəstək göstərilməsinəbaxmayaraq, 25 iyul 2022-ci il tarixdəMasallıRayonİcra Hakimiyyətinin başçısıvəzifəsinətəyin olunan cənab ArazƏhmədov, hələdərayonərazisindəturizmin inkişaf etdirilməsindəxidməti olanları, o cümlədən “İstisu Fatimeyi-Zəhra”Şəfa Sanatoriyasının rəhbəri Hacıİldırım Allahyarovu qəbul edib, buşəxsinüzüzəqaldığıbəziproblemlərləmaraqlanmayıb.İnanırıq ki, bu yazının yayımlanmasından sonraölkəmizinərazisindəturizmin inkişaf etdirilməsindəəvəzsiz xidmətləri olan, Azərbaycanın dünyada daha da tanıdılmasıüçün yorulmadançalışan, bir sözləözünün işgüzarlığı, vətənpərvərliyi, təşkilatçılığıvəs. sayəsindəxüsusiad-sançıxaran tanınmışişadamıHacıİldırım Allahyarovu RİH-nin başçısıqəbul edəcək, yeri gəldikdəona lazımi dəstəyini dəgöstərəcək.
Yazıda adıçəkilən hər kəsin mövqeyini dinləyəbilərik.
Mövzu diqqətimizdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO