sonnoqte.az
Xəbər başlıqları
  • 10:49 – Cəlilabadda yol təmirinə 1,5 milyon manat ayrıldı 
  • 18:43 – İlham Əliyevin Antalyada Əhməd Əl Şaraa ilə görüşü olub - FOTO - YENİLƏNİB 
  • 12:05 – Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü keçirilib 
  • 10:15 – İlham Əliyev Ersin Tatarla görüşdü - Fotolar 

Ağabala Kəlbiyev: Dövlətimiz hər bir vətəndaşının sağlamlığının təminatçısıdır

18-08-2021, 13:17 791 dəfə baxılıb


Hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbərdir. Bu şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyevdir. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev daima dövlətə, dövlətçiliyə və prezidentinə sadiq insansıdır və elə də qalacaq.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Ağabala Kəlbiyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o heç vaxt yaltaq və ikiüzlü olmayıb. O, vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda qöz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.


Koronavirusa qarşı mübarizə tədbirləri gücləndirilir


Lənkəran rayonunda COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri mütəmadi olaraq aparılır. Xəstəliyin geniş yayılmasının qarşısının alınmasından ötrü rayonda bütün qüvvələr səfərbər olunub.  Şəhər İcra hakimiyyətində yaradılmış operativ qərargahın üzvləri və mobil qruplar tərəfindən rayon ərazisində pandemiya ilə bağlı vəziyyət müntəzəm olaraq öyrənilir, karantin qaydalarına düzgün riayət olunmasına nəzarət olunur, izahat-təbliğat işləri davam etdirilir. Eyni zamanda pandemiya mənbəələrinin yaranmasına imkan verməmək üçün şəhər təsərrüfatına daxil olan xidmət idarələrinin maşın-mexanizmləri və texniki avadanlıqları vasitəsilə şəhərin küçələri, çoxmənzilli yaşayış binalarının ətrafları, giriş hissələri, zirzəmilər, pilləkən qəfəsləri, insanların çox toplaşdığı yerlər, avtobuslar mütəmadi olaraq kimyəvi məhlullarla dezinfeksiya olunur. İcra başçısı Taleh Qaraşovun rəhbərliyi ilə keçirilən sonuncu video-görüntülü müşavirədən sonra rayonda koronavirus epidemiyası ilə mübarizə tədbirləri daha da gücləndirilib. Xüsusilə şəhərdə və rayon ərazisində fəaliyyət göstərən şadlıq saraylarında, ictimai iaşə müəssisələrində, ictimai nəqliyyatda karantin qaydalarına əməl olunması, maska və qoruyucu vasitələrdən müntəzəm istifadə, sosial məsafənin gözlənilməsi vəziyyətini daim nəzarətdə saxlamaqdan ötrü məsul şəxslərin iştirakı ilə reydlər keçirilir, sahibkarlarla izahat işləri aparılır, qayda pozuntularına yol verən subyektlərə qarşı sərt tədbirlər görülür, xəbərdarlıq edilməklə cərimələr tətbiq edilirr. Mərkəzi xəstəxanada və müvafiq şəraitə malik digər tibb müəssisələrində vaksinasiya tədbirləri davam etdirilir, vaksin olunanlara müvafiq sənəd verilir.




Lənkəran Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ağabala Kəlbiyev - Son zamanlar ölkə əhalisi arasında COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı, xəstələrin sağalma dinamikası, peyvəndləmə kampaniyasının kütləviliyi, ümumilikdə  sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən bəzi məhdudiyyətlər aradan qaldırılıb.
Bununla əlaqədar Lənkəran şəhərində geniş dezinfeksiya tədbirləri həyata keçirilib. Bu gün də bu işlər davamlı olaraq həyata keçirilir.

Müəllifi Ümummilli lider Heydər Əliyev olan Azərbaycan Respublikasının Konstitusiyasında vətəndaşlarının konstitusion hüquqlarından biri də onların sağlamlığının qorunmasıdır ki, dövlətimiz bu hüququn birbaşa təminatçısı kimi 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmiş COVID-19 xəstəliyi ilə bağlı ardıcıl tədbirlər həyata keçirməkdədir.

2020-ci il 27 fevral tarixindən COVID-19 xəstəliyinin qarşısının alınması üçün profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Əksepidemik tədbirlərin dövlət tərəfindən idarə olunması nəticəsində mövcud vəziyyətin ölkə iqtisadiyyatına mənfi təsirinin qarşısı alınmışdır.

Pandemiya elan olunan gündən karantin rejimi tətbiq olunmaqla yanaşı dövlət səhiyyə sisteminin imkanlarının gücləndirilməsi, yeni modul tipli klinikaların istismara verilməsi, özəl klinikaların əksepidemik tədbirlərə cəlb olunması bu xəstəliyin müalicəsində lazımi dərman vasitələri ilə, avadanlıqlarla və qoruyucu vasitələrlə təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Pandemiya şəraitində əhali arasında xəstələnmə hallarının digər ölkələrlə müqayisədə az olması, ölüm səviyyəsinin yüksək olmaması aparılmış tədbirlərin səmərəliliyinin göstəricisidir.

Pandemiyanın davam etdiyini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, mühüm həyati vacib məsələlərin həll edilməsini nəzərə alaraq bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyac vardır ki, Azərbaycanda immunoprofilaktika sahəsində dövlət siyasəti yoluxucu xəstəliklərin yayılmasının məhdudlaşdırılmasına və aradan qaldırılmasına, əhali arasında xəstələnmə və ölüm hallarının qarşısının alınmasına yönəldilmişdir. Bu istiqamətdə dövlət tərəfindən müvafiq işlər həyata keçirilir. Bunlardan biri də əhali arasında planlı vaksinasiyanın aparılmasıdır ki, bu da “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nın əsasında aparılır.

Strategiyaya əsasən bütün vətəndaşlar üçün profilaktik peyvəndlər zəruridir. Dövlətimiz tərəfindən əhalinin profilaktik vaksinasiyası dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz aparılır. Müəyyən edilmiş vaksinlərin təhlükəsizliyinə, saxlanılmasına və daşınmasına dövlət nəzarəti var .Vaksinasiyanın səmərəliliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsi məqsədilə əhali arasında maarifləndirmə tədbirləri aparılmışdır. Vaksinasiyaya hazırlıq mərhələsində tibb müəssisələrinin və tibb işçilərinin hazırlığı təmin edilmişdir. Eyni zamanda vaksinasiya dövründə real əksgöstərişlər olduqda imtina səbəbinin yazılı şəkildə bildirilməsi,gözlənilməyən və qeyri-müəyyən postvaksinal fəsadlar baş verdikdə vətəndaşların tibbi və sosial müdafiəsi məsələləri adı qeyd edilən Strategiyada əksini tapan məsələlərdir.

Həmçinin pandemiyanın tüğyan etdiyi dövr ərzində dövlətimizin vaksinasiya sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirdiyinin şahidi oluruq.

Profilaktik vaksinasiya vətəndaşların razılığı əsasında aparılır, həmçinin profilaktik vaksinlərin dövlət və bələdiyyə tibb müəssisələrində və ya özəl tibb fəaliyyəti üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi razılıq alan hüququ və fiziki şəxslər tərəfindən aparılması müəyyən olunmuşdur.

Virusun əhatə dairəsinin və coğrafiyasının genişlənməsi iqtisadiyyata, maliyyə və əmtəə bazarlarına mənfi təsir etməklə iqtisadi tarazlığın pozulmasına gətirib çıxarmışdır. Ölkədə sosial təcrid tədbirləri nəticəsində iqtisadiyyatın əksər sahələrində yaranan çətinliklər işgüzar aktivliyə və iqtisadi artıma mənfi təsir göstərmişdir.

Pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən və digər mənbələr hesabına bötüvlükdə təxminən 2,5 milyard manat vəsait ayrılmışdır.

COVID-19 xəstəliyinə qarşı vaksinasiyanın uğurlu icra edilməsi üçün hər birimiz bir vətəndaş kimi səfərbər olmalı, mövcud olan epidemik vəziyyəti və infeksiyanın yayılma təhlükəsini dərk edərək özümüzün və digərlərinin sağlamlığının qorunması məqsədilə vaksinasiyada könüllü olaraq iştiraketmə qərarını verməli, dövlətimizin COVID-19 xəstəliyinə qarşı mübarizədə effektiv, keyfiyyətli və təhlükəsiz vaksin seçilmində atdığı addıma uyğun vaksinləri seçməli, pandemiya ilə mübarizədə vaksinasiyanı hər bir fərdin gəlir səviyyəsindən, yaşayış yerindən və digər fərqli xüsusiyyətlərindən asılı olmayaraq ədalətli şəkildə aparmalı, vaksinasiyaya cəlb olunmuş bütün maraqlı tərəflərin fəaliyyətləri birbaşa əhalinin sağlamlığı və cəmiyyətin inamına təsir etdiyi üçün vaksinasiya proqramını məsuliyyətlə və vaxtında icra etməliyik.

Vaksinasiyanın aparılmasında əsas hədəfin epidemioloji vəziyyətin stabilləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılması olduğunu unutmamalıyıq. Bu hədəfə nail olmaq üçün hər birimiz dövlətimizə və xalqımıza dəstək olmalıyıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO