sonnoqte.az
Xəbər başlıqları
  • 11:41 – Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - Fotolar 
  • 14:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn 
  • 09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib 
  • 13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı 

Qurban bayramı namazının vaxtı açıqlandı

2-06-2025, 13:12 103 dəfə baxılıb

Qurban bayramı namazının vaxtı açıqlandı


Qurban bayramı namazının vaxtı məlum olub.

Bu barədə "Qafqazinfo”ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay Məmmədli məlumat verib.

Onun sözlərinə görə, məscidlərdə bayram namazı saat 08-09:00 arasında qılınacaq: "Qurban bayramı bu il iyunun 6-7-nə təsadüf edəcək. Əslində Məkkədə Həcc ziyarətində Qurban bayramı 3 gün qeyd edilir, yəni Zilhiccə ayının 10-u, 11-i və 12-də. Bizdə isə Qurban bayramı dövlət səviyyəsində 2 gün bayram edilir. Bayram namazı məscidlərdə 6 iyun səhər saat 8-9 radələrində qılınacaq”.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 6-sı və 7-də ölkədə Qurban bayramı qeyd ediləcək. İyunun 7-si şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə uyğun olaraq iyunun 9-u qeyri-iş günü olacaq. Həmçinin iyunun 8-i bazar gününə təsadüf etdiyindən ardıcıl 6, 7, 8 və 9 iyun tarixləri qeyri-iş günləri olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO