sonnoqte.az
Xəbər başlıqları
  • 19:27 – İcra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM 
  • 10:38 – İlham Əliyev Sumqayıtda zavod açılışında iştirak edib 
  • 08:49 – Tramp Prezident İlham Əliyevə təşəkkür edib 
  • 19:41 – Prezident ailəsinin Trampla - Fotoları 

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı - TƏQVİM

10-02-2021, 09:56 336 dəfə baxılıb

Bayram çərşənbələri və qeyri-iş günləri açıqlandı - TƏQVİM


2021-ci ildə Novruz bayramında qeyri-iş günləri məlum olub.
Baku.ws xəbər verir ki, Nazirlər Kabinetinin 2021-ci il üçün Novruz bayramı günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2021-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı günləri müəyyən edilib.

2021-ci il martın 20-21-i həftənin şənbə və bazar günlərinə təsadüf etdiyindən, Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, martın 25-i və 26-sı da qeyri-iş günü olacaq.

Novruz bayramı ilə əlaqədar 7 gün ardıcıl (20, 21, 22, 23, 24, 25, 26 mart) iş olmayacaq.

Qeyd edək ki, Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər də məlumdur. Bu il ilk – Su çərşənbəsi fevralın 23-nə təsadüf edəcək. Daha sonra martın 2-də Od, 9-da isə Yel çərşənbəsi olacaq.

Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 16-da qeyd ediləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO