11:41 – Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul etdi - Fotolar
14:16 – İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib - Tam mətn
09:11 – İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
13:15 – Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
Azərbaycan və Türkiyə komandolarının tapşırıq icrası - VİDEO
20-10-2023, 13:19
192 dəfə baxılıb
23-25 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi ərəfəsində hər iki qardaş ölkənin komando bölmələri ilə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, komandolar gecə məhdudgörmə şəraitində taktiki yerdəyişmə icra edərək basqınla şərti düşmənin diversiya qrupunu yerləşmə məntəqəsində zərərsizləşdiriblər. Təlimin əsas məqsədi hərbi qulluqçuların məhdudgörmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi və komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Məşqlər zamanı yüksək peşəkarlıq nümayiş etdirən komandolar bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: