sonnoqte.az
Xəbər başlıqları
  • 13:26 – İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO) 
  • 19:54 – İlham Əliyev: İran Prezidentinin olduğu helikopterin qəza enişi barədə xəbər bizi ciddi narahat etdi 
  • 11:33 – Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB 
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 

Rəşad Yusifov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

7-10-2022, 14:39 448 dəfə baxılıb

Gəncə Dövlət Filarmoniyasına yeni direktor təyin edilib

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifovdur.

Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rəşad Yusifov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Rəşad Yusifov bu işin müqəddəsliyini qoruyub saxlayır. Rəşad Yusifov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Rəşad Yusifovdan danışdılar yaxşı ki, Rəşad Yusifov Gəncə Dövlət Filarmoniyasının direktorudur… Rəşad Yusifov öz isguzarlığı ilə tanınır və seçilir….

Rəşad Yusifov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Rəşad Yusifov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Rəşad Yusifov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Rəşad Yusifovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Rəşad Yusifov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Rəşad Yusifov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə Dövlət Filarmoniyasının direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Rəşad Yusifov özünü doğruldub. Bizdə hörmətli Rəşad Yusifovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Gəncə Dövlət Filarmoniyasının direktoru Rəşad Yusifov - Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, quruma üzv ölkələrlə  əməkdaşlığının əsas istiqamətlərindən birini enerji sahəsi təşkil edir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası  dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır.  1994-cü ildə ulu öndər Heylər Əliyevin səyləri nəticəsində  imzalanan «Əsrin müqaviləsi" ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan nüfuzu, dövlətimizə etimad mühitinin mövcudluğu «Əsrin müqaviləsi»ndən sonra imzalanan  sazişlərdə və Memorandumlarda özünün aydın ifadəsini tapdı.  Ümummilli Lider  dünya təcrübəsinə istinadən bildirirdi ki, heç bir dövlət   səyləri  birləşdirmədən,  təcrübə mübadiləsi   aparmadan iqtisadiyyatını təkbaşına  inkişaf etdirə bilməz. «Əsrin müqaviləsi»nin imzalanması bu tezisin reallıqda öz əksini tapması oldu.  Birgə səylər qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verdi.
Əvvəllər  çoxlarına əfsanə  kimi görünən BTC və BTƏ neft- qaz kəmərləri reallığa çevrilməklə regional əməkdaşlığın   əsası qoyuldu.  Azərbaycan, Türkiyə və Gürcüstanın  siyasi iradəsi  əsasında reallığa çevrilən bu layihələr  həm iştirakçı, həm də digər ölkələrin  uzunmüddətli iqtisadi ikişafının əsası oldu.  Azərbaycanın reallığa çevirdiyi layihələrin gələcəkdə dövlət büdcəsinə milyardlarla dollar gəlir gətirəcəyi beynəlxalq maliyyə qurumları tərəfindən də etiraf edildi.
Azərbaycan illər keçdikcə əməkdaşlığın yeni  formatlarını yaratmaqla,  onların  coğrafiyasını genişləndirməklə etibarlı tərəfdaş kimi qazandığı imicə yeni əlavələr etdi. Dövlət başçısı İlham Əliyevin bu günlərdə Bolqarıstana səfəri zamanı  keçirdiyi görüşlərdə, mətbuata bəyanatlarında bu məqamlara  bir daha nəzər salınaraq  artıq reallığa çevrilmiş Cənub Qaz Dəhlizinin perspektivləri geniş müzakirə edildi. 
Çoxtərəfli əməkdaşlığa xidmət edən bu layihənin coğrafiyasının genişləndirilməsi təbii ki, həm iştirakçı, həm də digər dövlətlər üçün iqtisadi və siyasi əhəmiyyət kəsb edir. Ölkə Prezidenti İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində «Avropa İttifaqı bu layihənin icrasında çox önəmli rol oynamışdır. Hələ 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanmışdır. Bu illər ərzində biz daim Avropa İttifaqının dəstəyini hiss etmişik. Azərbaycanın və Avropa İttifaqının təşəbbüsü ilə son dörd il ərzində Bakıda hər il Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasları keçirilir. 2015-ci ildən bu günə qədər Avropa İttifaqı bu toplantılarda ən yüksək səviyyədə təmsil olunur. Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlıq formatında energetika sektoru təbii ki, çox böyük yer tutur» söyləyərək bu məqamı da xüsusi olaraq vurğulamışdır ki, Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə iştirak edir - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Göründüyü kimi,  geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Eyni zamanda bu əminlik də ifadə olunmuşdur ki,  üç Balkan ölkəsi – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi  növbəti mərhələdə bu layihəyə qoşulacaq. Bolqarıstanda keçirilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində bildirildi ki, Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihəsidir. Ölkəmizin təşəbbüsü və müəllifliyi ilə Avropa bazarlarına çıxarılan Azərbaycan qazı Bolqarıstana daxil olur.
Bolqarıstan səfəri zamanı keçirilən görüşlərdə Azərbaycanın enerji və nəqliyyat layihələrinin mərkəzi kimi  tutduğu mövqe yüksək dəyərləndirilərək, bu günün reallıqlarının qarşıdakı dövr üçün əlaqələrin inkişafına böyük stimul olduğu bildirildi. Dövlət başçısı bildirdi ki,  bütövlükdə  digər məsələlərə gəldikdə, bu gün yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyi də  önəmli məsələdir. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaradıb. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın. Bu il bu yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaqlar.
Qısa təhlil əsasında iki dost ölkənin bütün sahələrdə əməkdaşlığının  təməlində səmimi münasibətlərin dayandığını böyük əminliklə deyə bilərik. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəlidir. Qarşılıqlı maraqlar üzərində qurulmuş  strateji tərəfdaşlıq yeni imkanlar açır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO