sonnoqte.az
Xəbər başlıqları
  • 10:21 – Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO 
  • 08:30 – Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 
  • 09:43 – İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər 

Maqsud Ağayev: Sağlamlıq insana bəxş edilmiş ən böyük xoşbəxtlikdir

12-02-2022, 13:42 692 dəfə baxılıb



Lerik Rayon Mərkəzi Xəstəxanası 84,7 min nəfərlik əhaliyə tibbi xidmət göstərir. Səhiyyə sahəsində aparılan islahatlarla bağlı bir neçə xəstəxana, həkim məntəqəsi ləğv edilmiş və həmin səhiyyə ocaqlarının nəzdində yeni müəssisələr yaradılmışdır. 2019-cu il yanvarın 1-nə rayonumuzda əhaliyə ambulator və stasionar tibbi yardım göstərən 90 çarpayılıq rayon mərkəzi xəstəxanası, 15 çarpayılıq 6 kənd xəstəxanası, 51 tibb məntəqəsi, 19 həkim məntəqəsi mövcuddur ki, bunlarda da 52 nəfər həkim və 160 orta tibb işçisi çalışır.
    Rayon mərkəzi xəstəxanası və uşaq şöbəsi, Qosmalıan, Peştətük, Əliabad kənd xəstəxanaları, Vizəzəmin həkim məntəqəsi əsaslı təmir edilmiş, Şingədulan, Cəngəmiran, Brkandul, Barzavu, Blaband, Piran kənd həkim məntəqələri üçün yeni binalar inşa edilmişdir.


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Lerik Mərkəzi Rayon Xəstəxanasının Rublik hüquqi şəxs direktoru Maqsud Ağayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Lerik Mərkəzi Rayon Xəstəxanasının Rublik hüquqi şəxs direktoru Maqsud Ağayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Maqsud Ağayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lerik Mərkəzi Rayon Xəstəxanasının Rublik hüquqi şəxs direktoru Maqsud Ağayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lerik Mərkəzi Rayon Xəstəxanasının Rublik hüquqi şəxs direktoru Maqsud Ağayevdir.

Lerik Mərkəzi Rayon Xəstəxanasının Rublik hüquqi şəxs direktoru Maqsud Ağayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Maqsud Ağayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Maqsud Ağayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Maqsud Ağayevdən danışdılar yaxşı ki, Maqsud Ağayev Lerik Mərkəzi Rayon Xəstəxanasının Rublik hüquqi şəxs direktorudur… Maqsud Ağayev öz isguzarlığı ilə tanınır və seçilir….

Maqsud həkim sağlam həyatın vacibliyindən danışaraq deyir ki, sağlamlıq insana bəxş edilmiş ən böyük xoşbəxtlikdir. Təəssüflər olsun ki, bəzən bu məsələyə biganə yanaşır, sağlamlığımızın qədrini bilmirik. Ta o vaxta qədər ki, sağlamlığımızla bağlı böyük problemlərlə qarşılaşırıq. Məhz bu yerdə həkim-şair Abbas Səhhətin bir kəlamı yada düşür: "Sağlamlıq elə bir tacdır ki, onu yalnız xəstələr görə bilir". Gəlin elə yaşayaq ki, geridə qalan sağlamlığımıza baxıb təəssüf hissi keçirməyək. Bunun üçün yaşam tərzimizə xüsusi diqqət yetirməliyik. Bir az nasazladıqda, hər hansı problemin həlli üçün mütləq həkimə müraciət etməliyik.
Maqsud həkim onu da qeyd etdi ki, dövlətimiz də insanların sağlamlığının qorunması ilə bağlı bir sıra mühüm layihələr həyata keçirib, islahatlar aparıb. Müasir dövrümüzdə isə səhhətimizə daha çox diqqət yetirməli, sağlamlığımızı qorumalıyıq. Dünyanın bəlasına çevrilmiş karonavirus pandemiyası, təəssüflər olsun ki, ölkəmizdən də yan keçmədi. Lakin məhz dövlətimizin tətbiq etdiyi müxtəlif qabaqlayıcı tədbirlər sayəsində ölkəmiz hələ ki, bu bəladan digər dövlətlərə nisbətən az itki ilə qurtula bilir. Bunun üçün həkimlərimizin fədakarlığı, yorulmaz əməyi əhəmiyyətli rol oynayır.
Bu gün bizim ən amansız düşmənimiz məsuliyyətsizlikdir. Çünki məsuliyyətli insan heç vaxt öz sağlamlığına qarşı soyuqqanlı ola bilməz. Ona görə də mümkün qədər daha çox diqqətli olmalıyıq. Qarşıda xalqımızı daha gözəl, daha firavan günlər gözləyir. Bu gün xalqımız çox xoşbəxtdir. Çünki Müzəffər Ordumuzun və Ali Baş Komandanımızın sayəsində 30 illik həsrətə son qoyuldu. Torpaqlarımız işğaldan azad edildi. Doğrudur, bu yolda itkilərimiz də oldu. Amma nahaq yerə deməyiblər ki, torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur. Şəhidlərimiz bu torpağı qanları ilə qarışdırıb Vətən olduğunu sübuta yetirdilər. Biz həkimlərin də borcu bu Vətənin insanlarının sağlamlığını qorumaq, onların xəstəliklərini müalicə etməkdir – deyir Maqsud həkim.


Maqsud Ağayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Maqsud Ağayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Maqsud Ağayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Maqsud Ağayevun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Maqsud Ağayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Maqsud Ağayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Lerik Mərkəzi Rayon Xəstəxanasının Rublik hüquqi şəxs direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Maqsud Ağayev özünü doğruldub. Bizdə hörmətli Maqsud Ağayevu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO