sonnoqte.az
Xəbər başlıqları
  • 13:17 – Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələri ilə bağlı qaydalar təsdiqləndi 
  • 09:13 – Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib 
  • 09:00 – Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 4 il ötür 
  • 16:33 – Prezident müşavirə keçirdi - FOTO - YENİLƏNİB 

Ceyran Qəhrəmanova: Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi dövlətin hər zaman diqqət mərkəzindədir

10-02-2022, 08:00 377 dəfə baxılıb

Fizuli Təhsil Şöbəsi korrupsiya ocağına çevirilib - İTTİHAM » Qlobal.Az

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Füzuli Rayon Mərkəzi Xəstəxanası baş həkimin müalicə işləri üzrə müavini Ceyran Qəhrəmanovanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Füzuli Rayon Mərkəzi Xəstəxanası baş həkimin müalicə işləri üzrə müavini Ceyran Qəhrəmanova qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ceyran Qəhrəmanova səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Füzuli Rayon Mərkəzi Xəstəxanası baş həkimin müalicə işləri üzrə müavini Ceyran Qəhrəmanovadır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Füzuli Rayon Mərkəzi Xəstəxanası baş həkimin müalicə işləri üzrə müavini Ceyran Qəhrəmanovaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

**

“Vətəndaş rifahının təmin olunması, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi hər zaman Prezident İlham Əliyevin diqqət mərkəzində olub. Əhalinin sosial rifahının gücləndirilməsi istiqamətində 2021-ci ildə cəmiyyətin bütün təbəqələrini əhatə edən çoxsaylı sosial qanunlar qəbul olunub, fərman və sərəncamlar imzalanıb, mühüm tədbirlər həyata keçirilib”. Bunu Füzuli Rayon Mərkəzi Xəstəxanası baş həkimin müalicə işləri üzrə müavini Ceyran Qəhrəmanova deyib.

Prezident İlham Əliyev tərəfindən 2022-ci il 8 fevral tarixində “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalanıb: “İmzalanmış Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın verilməsi nəzərdə tutulur. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Yeni sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə etməklə ümumilikdə 1,1 milyon (92%) pensiyaçıya şamil olunacaq və bu məqsədlər üçün il ərzində əlavə 352 milyon manat vəsait xərclənəcək. İmzalanmış “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam Azərbaycanda həyata keçirilən sosial siyasətin davamı, dövlətin pensiyaçılara növbəti qayğısı olmaqla yanaşı, əmək pensiyaçılarının sosial rifahının mənfi təsirlərdən qorunmasına hesablanıb”.

“Azərbaycanda postmüharibə və postpandemiya dövründə imzalanmış çoxsaylı sosial qanunlar, fərman və sərəncamlar bir daha Prezident İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş, müdrik, sosial-iqtisadi siyasətin göstəricisidir”, həyata keçirilən sosial siyasət, vətəndaşlar tərəfindən böyük rəğbətlə qarşılanır, Prezident İlham Əliyev Azərbaycan xalqının daha da xoşbəxt, firavan yaşaması, əhalinin sosial rifahını gücləndirilməsi üçün gecə-gündüz yorulmadan, var gücü ilə çalışır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO