sonnoqte.az
Xəbər başlıqları
  • 08:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 13:47 – İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər 
  • 13:43 – Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB 
  • 16:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 

Yaşar Abdullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

7-12-2021, 13:23 309 dəfə baxılıb


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Yaşar Atakişi oğlu Abdullayev 08 iyun 1973-cü ildə Ağdam şəhərində doğulmuşdur.
1990-cı ildə Gəncə şəhəri, 25 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir.
1990-cı ildə Azərbaycan Texnologiya institutuna daxil olmuş, 1995-ci ildə Bakı Əmtəəşünaslıq Kommersiya institutunun əmtəəşünas ixtisası üzrə tam kursunu bitirmişdir.
1995-1998-ci illərdə Azərbaycan Texnologiya institunun  Aspirantura şöbəsində qiyabi təhsil almışdır.
1996-1998-ci illərdə Azərbaycan yaradıcı istehsalat birliyinin “Dizayn” 2 saylı təmir-tikinti terstində rəis müavini vəzifəsində işləmişdir.
1999-2000-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir.
2012-2014-cü illərdə Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi məsələlər bölməsinin istehsal və xidmət sahələri sektorunda məsləhətçi, baş məsləhətçi və sektor müdiri vəzifələrində işləmişdir.
29 yanvar 2015-ci il tarixdən Gəncə şəhər Kəpəz rayon Kəpəz bələdiyyəsinin sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.

Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Yaşar Abdullayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayevdir.

Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Yaşar Abdullayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Yaşar Abdullayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Yaşar Abdullayevdən danışdılar yaxşı ki, Yaşar Abdullayev Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədridir… Yaşar Abdullayev öz isguzarlığı ilə tanınır və seçilir….

Yaşar Abdullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Yaşar Abdullayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Yaşar Abdullayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Yaşar Abdullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Yaşar Abdullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Yaşar Abdullayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Yaşar Abdullayev özünü doğruldub. Bizdə hörmətli Yaşar Abdullayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO