sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Şamil Məmmədov: Fəaliyyətimizi kənd sakinlərinin firavan həyat şəraitinin yaradılmasına istiqamətləndirilmiş tədbirlərin görülməsi ilə davam etdirəcəyik

15-11-2021, 14:15 386 dəfə baxılıb

Şamil Məmmədov: Fəaliyyətimizi kənd sakinlərinin firavan həyat şəraitinin yaradılmasına istiqamətləndirilmiş tədbirlərin görülməsi ilə davam etdirəcəyik


Qəhrəman ATA və OĞUL - Ramil Məmmədov Şamil oğlu Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azad olunmasına görə, cənab Prezident İlham Əliyev tərəfindən medallarla təltif edilib. Qızılağac kənd bələdiyyəsinin sədri Şamil Məmmədov müharibə zamanı 4 dəfə cəbhə bölgəsinə yardımlar aparıb.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - bələdiyyə sədri, xeyriyyəçi Masallı rayon Qızılağac kənd bələdiyyəsinin sədri Şamil Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Masallı rayon Qızılağac kənd bələdiyyəsinin sədri Şamil Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şamil Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Masallı rayon Qızılağac kənd bələdiyyəsinin sədri Şamil Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Təsadüfən deməyiblər, elin gözü tərəzidir. Hər bir insanı öz mühiti, öz toplumu formalaşdır və onun həyatına, fəaliyyətinə ən sərrast qiyməti də məhz öz ətrafı, tanıdıqları, yaşadığı, üzvü olduğu toplum verir. Bu qiymətləndirmədən uğurla keçmək, bu imtahandan alnıaçıq çıxmaq isə hər adamın nəsibi olmur.

Əgər bugünə kimi yaxşılıq etdiyi, təmənnasız xeyirxahlıq göstərdiyi çoxsaylı insanların minnətdarlığını və alqışlarını da mükafat saysaq, onda deyə bilərik ki, Masallı rayon Qızılağac kənd bələdiyyəsinin sədri Şamil Məmmədovun saysız-hesabsız mükafatlar və təltiflər müəllifidir.

Şamil Məmmədovun səmimiyyət, xeyirxahlıq, mərdlik, düzlük kimi müsbət insanı keyfiyyətlərini də, xüsusi ilə qeyd etmək lazımdır. O, həm də nümunəvi ailə başçısı, bir nəslin, mən deyərdim ki, bir elin, obanın nüfuzlu şəxslərindədir.

Prezident İlham Əliyevdən nümunə götürən Şamil Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Şamil Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Respublikamızın hər yerində fəaliyyət Proqramına çevrilmiş, cənab Prezidentin fərmanı ilə təsdiq edilmiş Regionların sosial-iqtisadi inkişaf proqramından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətində rayonumuzda da ciddi işlər aparılır. Mövcud problemlərin çatışmamazlıqların aradan qaldırılması üçün tədbirlər görülür.

Biz Masallı rayon Qızılağac kənd bələdiyyəsi olaraq, rayonda qazanılmış nailiyyətlərə öz töhfəmizi qatmaq üçün səylərimizi əsirgəməmişik.

Bələdiyyələrin gələcək fəaliyyətinin səmərəli təşkil edilməsini təmin etmək məqsədi ilə daimi komissiyalar yaradılaraq, əməli işlərin aparılması üçün tədbirlər görülür.

Masallı rayon Qızılağac kənd bələdiyyəsi olaraq biz fəaliyyətimiz dövründə maksimum dərəcədə əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına, onların şəhərin xidmət təşkilatları tərəfindən göstərilən xidmətlərin yüksək səviyyədə təşkil edilməsinə çalışırıq. Bələdiyyə üzvləri mütəmadi olaraq şəhər ictimaiyyəti ilə birgə işin qurulmasını təmin etmək üçün çalışmışdır.

Fəaliyyətimizi kənd sakinlərinin firavan həyat şəraitinin yaradılmasına istiqamətləndirilmiş tədbirlərin görülməsi ilə davam etdirəcəyik.

Qızılağac kəndində görüləcək işlərimiz çoxdur. Biz əsasən yeni salınmış məhəllələrdə yolların çəkilişinə, su və kanalizasiya xətlərinin qurulmasına, qaz və elektrik xəttləri ilə təmin edilməsinə diqqətimizi artıracayıq.

Masallı rayon Qızılağac kənd bələdiyyəsinin sədri Şamil Məmmədov - Müharibə, Şəhid, ZƏFƏR! Bu kəlmələr tanış gəlir. Həm də çox yox, elə 1 il əvvəl yaşadıq bunları. 27 illik həsrəti sanki qəsdə duraraq sentyabrın 27-si sonlandırmağa başladıq. 1993-cü ildən torpaqlarımızı erməni-lər işğal etmişlər. Lakin işğala başlamalarınn tarixi qədimə dayanır. Bu hadisələrdən danışsaq gərək neçə müddət danışaq. Çünki o qədər haq-sızlıq baş verib ki. Hər zaman bütün məsələlərdə,hadisələrdə qeyri-adi fəallıq göstərən Avropanın ATƏT-i,MİNSK-i səssiz qaldılar. Hətta Fransa kimi bəzi ölkə-lər onu müdafiə etməyə belə çalışdılar. Amma bilmirdilər ki, qarşıların-dakı nə zəif,nə də ki gücsüz dövlətdir-Bura Azərbaycandır! Qarşı tərəfin açıq-aydın “yeni işğallar-yeni torpaqlar” desə də,bunu görən o böyük Qələbə öz gücümüz sayəsində alınıb. Niyə? Çünki Ali Baş Komandanın Xüsusi taktikaları, ordunun mahir bacarığına görə torpaqlarımız alınıb. Yenə mi niyə? Çünki analar oğulsuz,uşaqlar atasız,qadınlar dul qaldı. Həə... Eynən 1991-1993-cü illərdə olduğu kimi. Biz qələbəni şəhidlərin qanı bahasına, qazilərin canı ilə aldıq. O cəsarətli oğullarımız erməni qorxaqlarını geri çəkməyi bacardı. Çətin hava şəraitinə,qızğın döyüşlərə baxmayalaraq həm də. Belə olduqda Qələbə Azərbaycanın deyil deməyə kimin gücü çatar? Ermənilərin nə qədər aciz olduğunu deməyə ehtiyac yoxdur. Onlar öz siyasətlərində də taktikalarında, hətta çıxışlarında belə büruzə verirlər. Bu tip bir ölkə qarşısında bizim gücümüz və siyasətimizi belə müqayisə etməyə ehtiyac yoxdur. Öz insanlarını təmin etməyə büdcəsi çatmayan bir ölkə necə olurda milyonlarla dəyəri olan tanklar, silahlar istifadə edirdi. Məğlubiyyəti belə öz məğlubiyyəti olmayan bir ölkədən nə gözləmək olar ki?

Öz torpağına qiymət verən və onu düşmənin təsirindən xilas etməyə çalışan bir dövlət kimi davranaraq Qarabağımızda bərpa işlərinə başladıq. Ali Baş Komandanımız lazimi tədbirləri ilə ərazini dirçəltməyə çalışır. Genişmiqyaslı bərpa işlərinin özəyində erməni işğalında evlərini məcburi şəkildə tərk etmiş 1 milyona yaxın insanın əraziyə yenidən qaytarılması məsələsi durur. Bundan əlavə bu neçə illərdə Qarabağa vurulmuş ziyanı təsəvvür etmək çətin olması gərək. Və bu fəsadları aradan qaldırmaq asan iş deyil. Qeyd etdiyim kimi Prezidentimiz bu yolda qətiyyətli qərarlar alaraq yoluna davam edir. Nümunə olaraq Zəngilanda həyata keçirilən “Ağıllı kənd” lahiyəsini, Füzulidəki hava limanını, Şuşanın Mədəniyyət Mərkəzinə çevrilməsi istiqamətində atılan addımları qeyd etmək olar. Bu tədbirlər dünya miqyasında da qiymətləndirmişdir. Qarabağda aparılan işlərə qörməyə,həmçinin erməni vandalizmini dünyaya çatdırmaq üçün bəzi ölkələrdə nümayəndə heyyətləri, könüllülər gəlmişdir.

Müharibədən əvvəl baxmayaraq ki, Azərbaycan Ermanistan ilə sülh danışıqlarının aparılmasına çalışmış, münaqişənin dinc yolla həlinin tapılmasına səy göstərmişdir. Amma əks tərəfin nəinki bu təklifləri rədd etməsi, hətta yeni ərazilərin işğalını nəzərdə tutması istənilən nəticəni vermədi. Qazanılan Qələbə bizim istənilən vaxt ortaya çıxa biləcək gücümüzü nümayiş etdirdi. Lakin Azərbaycan yenə də sülh tərəftarıdır. Cənab İlham Əliyevin çıxışında qeyd etdiyi kimi “Hər şey Ermənistanın mövqeyindən aslı olacaq, Azərbaycanın mövqeyi tam aydındır”

Qalib bir dövlətin hissini, sevincini izah etməyə ömür kifayət etməz!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO