sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Şahin Şahbazov dövlətinə şərəflə xidmət edir

15-10-2021, 15:00 693 dəfə baxılıb


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şahin Şahbazov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Şahin Şahbazov bu işin müqəddəsliyini qoruyub saxlayır. Şahin Şahbazov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Şahin Şahbazov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Şahin Şahbazovinsanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!Şahin Şahbazov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! Ona etibar edilən bütün işlərdə Şahin Şahbazov özünü doğruldub. Bizdə hörmətli Şahin Şahbazovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov - Tarixən hamımızın məlumudur ki, respublikamız 2 dəfə suverenlik sevincini yaşamışdır. Tarix sübut edir ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan daha çətindir.. İlk müstəqilliyimizi 1918-ci ilin 28 mayında qazansaq da, cəmi 2 il sürən bu xoşbəxtliyi, qüruru yalnız 71 il sonra təkrar yaşaya bilmişik.

1990-cı illərin əvvəllərində SSRİ-nin dağılması azadlığımızın qazanılması yolunda çox əlverişli zəmin hazırlamışdı. 1991-ci ilin 18 oktyabrında Ali Sovetin sessiyasında 28 May Azərbaycan Xalq Cumhuriyyətinin varisi və tarixi sənədimiz olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilir..

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılır və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verir.. Azərbaycan Respublikası öz əzəli və əbədi müstəqilliyini möhkəm əsaslarla bərpa edir! Bu sənədlə həm də Bayrağımız, Gerbimiz, Himnimiz yenidən təsdiqini tapır..

XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. O iradəsini, əzmini əziz xalqının gücü ilə birləşdirdi və azadlıq yolunda atdığımız bütün addımlar daha da möhkəmlənib əbədiləşdi..

Ulu Öndər deyirdi “Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Bircə bu amal üçün, bu an üçün illərlə əziyyətlərə qatlaşmışıq. Azərbaycan müstəqildir və heç vaxt heç kəsdən asılı olmayacaq, öz taleyini, öz müqəddəratını yanlız özü həll edəcəkdir”..

Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirir.

Azərbaycan bu gün həm siyasi,  həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO