sonnoqte.az
Xəbər başlıqları
  • 08:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 13:47 – İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər 
  • 13:43 – Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB 
  • 16:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 

Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir

25-08-2021, 12:54 237 dəfə baxılıb

Vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyət Mehriban xanım Əliyevanın ölkənin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillərdir


Xalqımız zaman-zaman qürur duyduğu şəxsiyyətləri ilə öyünüb. Belə şəxsiyyətlər bütün dönəmlərdə millətin tərəqqisi üçün yeniləşən ideyalar sahibi olurlar. Yaşadığımız mərhələ Azərbaycan tarixində yeniləşmə, möcüzə kimi davam edən intibah dövrüdür. Möhtərəm Prezidentimiz İlham Əliyev yüksək iradə, qətiyyət, idarəçilik məharəti göstərərək xalqımızı 18 ildir böyük nailiyyətlərə aparır. Qüdrətli sərkərdə kimi, hərbi strategiya, taktiki gedişlər sayəsində 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimizlə bütün dünyanı heyrətdə qoydu.

Ölkə başçımız öz fəaliyyətilə Azərbaycanın bugününü və gələcəyini yaradır. Xalqımız öz sevgisi ilə dövlət rəhbərini, onun xanımını əhatə edir.

Mehriban xanım Əliyeva xalqımızın qürur duyduğu şəxsiyyətdir. Azərbaycanın Birinci vitse-prezidenti yeniləşən Azərbaycan üçün, onun gələcəyi üçün cani dildən, ürəkyanğısı ilə, böyük sevgi ilə çalışır. İnsanı müasir həyatımızın ən qiymətli dəyəri kimi görən, cəmiyyətin firavanlığına başlıca məqsəd kimi yanaşan Mehriban xanımın fəaliyyəti hər addımda ümumxalq dəstəyi ilə əhatə olunur.

Artıq dörd ildir ki, vətənə sədaqət, milli dəyərlərə hörmət və uğurlu fəaliyyəti ilə Mehriban xanım Əliyeva ölkənin Birinci vitse-prezidenti vəzifəsində çalışır. 2017-ci ilin 21 fevralında Prezident İlham Əliyev Mehriban xanımı belə yüksək, məsuliyyətli vəzifəyə təyin edərkən artıq millətimiz onun illər ərzindəki həyata keçirdiyi işləri, milli dövlətçiliyimizdə müstəsna xidmətləri, Azərbaycanda birinci xanım institutunun fəaliyyəti, Heydər Əliyev Fondu kimi ölkə miqyasından kənarda da böyük nüfuza malik olan qurumun uğurları, milli mədəniyyətimizin dünyada təbliği ilə, gələcək nəslin daha savadlı olması üçün böyük bir missiya daşıyıcısı olduğunu əməllərindən tanıyırdı. Azərbaycanda Birinci vitse-prezidentlik institutunun ən gözəl fəaliyyət örnəyini də məhz Mehriban xanım Əliyeva yaratdı. Cənubi Qafqazın ən nüfuzlu aparıcı siyasi xətti olan Yeni Azərbaycan Pratiyasının sədr müavini kimi apardığı siyasi iş nə qədər ölçüyə gəlməzdirsə, öz xalqının sağlam gələcəyini düşünən Azərbaycan Milli Olimpiya Komitəsinin və İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyəti də təqdirəlayiqdir.

Xalqımız ona 2004-cü ildən Heydər Əliyev Fonduna rəhbərlikdən yaxşı bələd idi. Yarandığı gündən Fondun Prezidenti olaraq təhsilə, səhiyyə və mədəniyyətimizə böyük töhfələr verdi. Mehriban xanımın təşəbbüsü ilə inşa olunmuş səhiyyə müəssisələri minlərlə insana həyat bəxş edib. Kimsəsizlərə himayədar, ata-anasız körpələrə ana olmağı bacarıb. Bir sözlə, fondun yüzlərlə layihəsi insanların həyatına yeni nəfəs gətirib.

Təkcə «Yeniləşən Azərbaycana yeni məktəb» layihəsi ilə ölkəmizin ən ucqar dağ kəndlərində yeni məktəblər tikilib istifadəyə verildi. Köhnələr əsaslı təmir edilərək günün tələbləri səviyyəsinə çatdırıldı. Bir sözlə, təhsildə müasirləşmə dövrü məhz Birinci vitse-prezident Mehriban xanımın adı ilə bağlıdır.

Ölkəmizin Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ötən əsrin 90-cı illərinin ortalarından başlayan ictimai-siyasi fəaliyyəti ilə yeni tarixi səhifə açdı. O, öz parlaq şəxsiyyəti ilə Azərbaycan qadınını dünyaya yenidən təqdim etdi. Onun şərəfli adını layiq olduğu ən yüksək zirvələrə ucaltdı. Tarixən böyük fədakarlıqlar göstərən, vəfası, əhdinə sadiqliyi, qayğıkeşliyi, zəhmətsevərliyi ilə qürur yerimiz olan, milli-mənəvi dəyərlərə sahib çıxan, evin, ocağın, yurdun bütövlüyünü qoruyan, vətən üçün layiqli övladlar yetişdirən Azərbaycan qadınını dünya bir daha Mehriban xanımın timsalında görüb tanıdı. Onun şəxsiyyətinə, zəkasına, amallarına, mənəvi keyfiyyətlərinə heyran qaldı. On iki il millət vəkili kimi ölkəsinin vətəndaşının problemləri ilə yaşadı Mehriban xanım.

Təkcə bir faktı xatırlatmaq yerinə düşər ki, Mehriban xanım Əliyeva eyni zamanda həm Qərb dünyasına aid UNESKO-nun, həm də islam dünyasının dəyərlərini təmsil edən ISESCO-nun xoşməramlı səfiri missiyasını daşıyan yeganə şəxsiyyətdir. Müasir həyatımızda fəaliyyəti ilə hər iki qurumun ali məqsədlərinə xidmət edərək öz missiyasının icrasında böyük uğurlar qazanan ikinci bir ictimai-siyasi xadim yoxdur. Qərb və Şərq, iki mədəniyyət, onların fərqli dəyərləri, baxışları, bəşəriyyətə faydalı olmaq niyyətləri Mehriban xanım Əliyevanın həyata keçirdiyi real işlərdə bir araya gəlir. Novruz bayramımız, muğam, musiqi alətlərimiz, aşıq sənətimiz, xalçaçılıq və başqa mədəni-tarixi abidələrimiz kimi milli-mənəvi dəyərlərimizi dünyaya çatdırmaq işində ona bərabər ikinci bir şəxs yoxdur. Bütün bunlar UNESKO-nun qeyri-daimi mədəni-irs siyahısına daxil edilib.

Ötən ilin sentyabrın 27-də başlanan Vətən müharibəsində Birinci-vitse prezident kimi fəaliyyəti ilə öz silahdaşı, etibarlı məslək yoldaşı, sədaqətli ömür-gün yoldaşı Prezidentimizə arxa, dayaq olaraq 44 günlük savaşda cəmiyyətimizdə milli həmrəyliyin əldə olunmasında xüsusi xidmətlər göstərdi. Müzəffər Ordumuzun hər şanlı qələbəsindən sonra Mehriban xanımın müxtəlif sosial şəbəkələr üzərindən xalqımıza ünvanladığı təbrik sözləri, sevinc, qürur və ümid dolu kəlmələri insanlar arasında qələbə əzmini daha da gücləndirdi. Onları vahid amala, milli hədəflərə doğru səfərbər etdi.

Bu bir danılmaz faktdır ki, müharibə təkcə səngərlərdə, döyüş meydanlarında aparılmır. Haqq işimiz uğrunda həqiqətləri beynəlxalq aləmə düzgün çatdırmaqda, düşmənin informasiya təxribatlarının qarşısını almaqda və bu sahədə də işğalçılara qalib gələ bilməyimizdə Mehriban xanım Əliyevanın rolu çox böyükdür. Mehriban xanım Əliyeva da öz çağırışları, bəyanatları, tövsiyələri ilə hər bir cəmiyyət üzvünü, hər bir vətəndaşı düşmənlə informasiya savaşına səfərbər etməyə, haqq davamızda insanlarımızın öz imkanlarını birləşdirməsinə çalışırdı. Hələ hərbi əməliyyatların ilk günlərindən “hamımız əsgərik” deyən Mehriban xanım “Instagram” səhifəsində paylaşım edərək yazmışdı: “Əziz həmvətənlər! Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətlərini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Bu şiddətli hücumda beynəlxalq birliyi fəal surətdə yanlış məlumatlandıran erməni diasporu xüsusi rol oynayır. Bu gün biz hamımız həqiqətən tarixi hadisələrin şahidləriyik! Lakin biz baş verənləri, sadəcə, kənardan müşahidə edə bilmərik. Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik”.

Mehriban xanım dövlətimizi Azərbaycan insanına doğmalaşdıran bir şəxsiyyətdir. O, vətəndaşların sevgi ünvanı, inam və güvən mənbəyidir. Buna böyük Zəfərimizlə nəticələnən 44 günlük Vətən savaşında hər birimiz şahid olduq. 30 illik işğaldan sonra torpaqlarımızın addım-addım düşməndən təmizləndiyi o qürur dolu günlərdə Birinci vitse-prezident öz qəhrəman övladlarının igidliyi ilə öyünən, nisgilli yurdlarımızın azadlığına sevinib fərəhlənən, amma eyni zamanda həm də döyüş meydanındakı övladlarımızın taleyinə görə həssas ana qəlbi ilə həyəcan keçirən, onların bu haqq savaşını sağ-salamat başa çatdırıb Zəfərlə geri dönməsini arzulayan, şəhid məzarları önündə, yaralanmış oğullarımızın mətinliyi, iradəsi qarşısında göz yaşlarını boğa bilməyən Azərbaycan analarının ümumi obrazı idi.

Azərbaycan Respublikasının Prezidenti özünün idarə etdiyi avtomobildə Mehriban xanım Əliyeva ilə birgə artıq azad olan yurdlarımıza səfər edir, yolboyu bu səfərlərdən sosial şəbəkələrdə çox maraqlı videogörüntülər paylaşır. Onu sevgi ilə izləyənləri “Sizin Mehriban” kəlmələri ilə salamlayır və onun cəmiyyətimizə müraciətləri bu iki kəlmə ilə tamamlanır. Mehriban xanımın nəcib əməlləri kimi, bu təqdimat tərzi də insanlarımız üçün artıq doğmalaşıb.

Bu gün Mehriban xanım Əliyevanın Azərbaycanı dünyada mədəniyyət carçısı, sivilizasiyalararası dialoq, mültikulturalizm və tolerantlıq məkanı kimi təqdim etməsi Prezident İlham Əliyevin müzəffər lider portretini uğurla tamamlayır.


Abdulxeyir Nəcəfov,

Salyan rayon Marışlı kənd tam orta məktəbinin direktoru






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO