sonnoqte.az
Xəbər başlıqları
  • 08:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 13:47 – İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər 
  • 13:43 – Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB 
  • 16:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 

İLHAM ƏLİYEVİN XALQA MÜRACİƏTLƏRİ

30-03-2021, 10:05 314 dəfə baxılıb

İLHAM ƏLİYEVİN XALQA MÜRACİƏTLƏRİ


          BAKI ŞƏHƏRİ E.ƏLİYEV ADINA 297 NÖMRƏLİ TAM ORTA MƏKTƏBİN VIII SİNİF ŞAGİRDİ ƏLİYEV POLAD İSLAM OĞLU  



İLHAM ƏLİYEVİN XALQA MÜRACİƏTLƏRİ
“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”
                                                                               HEYDƏR ƏLİYEV


Özümü tanıyandan, lap kiçik yaşlarımdan bütün uşaqlar kimi arzu edirdim ki, böyüyüm, tez boy atım, məktəbə gedim. Bəli, böyüdüm, məktəbli oldum, lakin məktəbli olmaq arzumu  tezliklə növbəti arzu əvəz etdi. Evdə anamın Şuşa həsrətli zümzüməsi, Şuşasız, yarım qalmış xoşbəxt uşaqlıq illərinin acınacaqlı məcburi köçkünlük həyatı iə əvəz olmasının, məktəbdə isə müəllimlərimdən torpaqlarımızın20 %-nin işğal olunmasının səbəbkarı olam mənfur düşmənləri- erməniləri qiyabi də olsa tanıdım. Onların dinc azərbaycanlılara, Xocalı sakinlərinə qarşı törətdikləri soyqırım hadisəsi, daha neçə-neçə vəhşilikləri ilə tanış olduqca  qəlbimdə intiqam hissi yaradırdı.
Lakin, televiziya verilişlərində, məktəbdə müəlimlərimdən eşidirdim ki, Avropa  Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupu torpaqlarımızın geri qaytarılmasının hərb yolu yoxdur, dinc yolla torpaqlar alınmalıdır. Prezidentimiz, möhtərəm İlham Əliyev isə deyirdi ki, dinc yolla torpaqlarımız geri qaytarılmasa, onda biz hərb yolu ilə işğal altında olan torpaqlarımızı azad edəcəyik. 
Səbirsizliklə 18 yaşına çatmaq istəyirdim. İstəyirdim ki, Azərbaycan Ordusu sıralarında qulluq edim, tezliklə mənfur düşmənlərdən torpaqlarımızın azad edilməsində iştirak edim. Valideynlərim kimi xoşbəxt uşaqlıq illərindən məhrum olmuş həmyaşıdlarımın, onların valideynlərinin, Birinci Qarabağ müharibəsi, o cümlədən  atəşkəs dövründə erməni xəyanəti nəticəsində şəhid olan əsgərlərimizin, mülki şəxslərimizin- qocalar, uşaqlar və qadınların qisasını alım. 
Lakin, bu arzum arzu olaraq qaldı, amma daha gözəl, ülvi arzularla əvəz olundu. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən müharibə nəticəsində bütün Azərbaycan xalqı kimi, mən də xoşbəxtliyə qovuşdum, indi yeni arzularım var. Bu barədə bir qədər sonra.
  27 sentyabr 2020-ci ildə Ali Baş Komandanımız, mənim Prezidentim İlham Əliyevin ordumuza əks hücum əmri barədə xalqa müraciəti bütün televiziya kanalları vasitəsilə yayımlandı. Bu müraciət Dağlıq Qarabağ və ətraf torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda ədalətli müharibədə vətənpərvərlik və birlik nümayiş etdirməyə çağırışın ifadəsi oldu. 
Həmin an, nə üçün tezliklə böyümədiyim üçün təəssüf hissi keçirdim. İstədim ki, hansısa bir sehrin qüvvəsi ilə böyüyüm. Ana Vətəndir! Vətən Ana! Mən də müzəffər əsgər olub  torpaqlarımızın azadlığı uğrunda döyüşmək istədim. Mən də ilk şəhid generalımız Polad Həşimovun daşıdığım adının haqqını vermək istədim. Bu çoşqunu məndə Ali Baş Komandanın xalqa ilk müraciəti  və tviti yaratdı.  
44 gün davam edən müharibədə Ali Baş Komandanımızın xalqa müraciətləri bir-birini əvəz edirdi.Mən hər gün səbirsizliklə Ali Baş Komandanın xalqa müraciət etməyini gözləyirdim. Böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinirdim. Hər yeni günü ip ilə çəkirdim ki, müharibə boyunca işğaldan azad edilən yaşayış məntəqələrinin sırasına gün keçdikcə yeniləri əlavə olunsun. Torpaqlarımızın alınan hər qarışını xəritədə qürur hissi ilə işarələyib, azad olunma  tarixini qeyd edirdim.
Ali Baş Komandanımızın 4 oktyabr Cəbrayıl, 17 oktyabr  Füzuli, 20 oktyabr Zəngilan, 26 oktyabr Qubadlı, 8 noyabr Şuşa şəhəri kimi strateji əhəmiyyətli torpaqlarımızın alınması müjdəsini xalqa müraciətlərində verirdi.Hətta kapitulyasiya aktının imzalanmasından sonra İlham Əliyev xalqa müraciətində bildirmişdi ki, biz Laçını, Kəlbəcəri və Ağdamı döyüş olmadan, şəhid vermədən, qan tökmədən azad edirik. 20 noyabrda Ağdamın, 26 noyabrda Kəlbəcərin, 1 dekabrda Laçının erməni mənfurlarının tapdağından tamamilə təmizlənməsi xəbərini də Ali Baş Komandanın xalqa müraciətləri sayəsində çatdırıldı.  



Ali Baş Komandanın xalqa müraciətlərində“iti qovan kimi qovuruq”!“Erməni əsgəri ölmək istəmirsə, rədd olsun torpaqlarımızdan”, “Bəs nə oldu Paşinyan” kimi sözləri Müzəffər  Ordumuzun zəfər coşğulu şüarına çevrilməklə yanaşı, kiçikdən-böyüyə dillər əzbəri oldu. Cənab İlham Əliyev müraciətlərində mənfur düşmənimizə ünvanladığı sözlərin xalqının sınıq qəlblərinə su kimi səpildiyini və dillərinin əzbəri olduğunu 10 noyabr 2020-ci ildə xalqa müraciətində də təsdiq edir: “Paşinyan. Nə oldu bəs? Bəs nə oldu, Paşinyan? Deyəsən, bir çox illər ərzində dillərdə qalacaq. Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status? Cəhənnəmə getdi status, gora getdi status, gorbagor oldu status, yoxdur status və olmayacaq. Nə qədər ki, mən Prezidentəm, olmayacaq”.
Bir vaxtlar “Kiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə də Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri 8 noyabr  tarixindən etibarən Ermənistan silahlı qüvvələrinin işğalından azaddır. 
Prezdentimizin 5 yanvar 2020-ci il xalqa müraciətində “Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər” deməsi, Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi məni bir daha bir dövlət başçısının bu qədər vətənpərvər olmasına heyran qoydu. Torpaqlarımız azaddır! 



Çox xoşbəxtəm ki, VIII sinifdə Qarabağ torpaqlarının, ana yurdum-Şuşanın alınmasının şahidi oldum! Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qoy uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin”, - diləyinə çatdım! Şuşam azaddır!Artıq rahat şəkildə əzəli və əbədi torpaqlarımıza qayıtdıq!
Ulu öndər söyləyirdi ki, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir” və onun ölkəmiz, Vətənimiz üçün xüsusi, vacib yeri olduğunu vurğulayaraq bildirmişdi ki, “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”. Dahi şəxsiyyət Heydər Əliyevin doğma Azərbaycana hədsiz sevgisi onun bütün dəyərli kəlamlarında öz əksini tapmışdır: “Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”, “Anam məni Azərbaycan üçün dünyaya gətirib”... Amma bu kəlamların içərisində bir kəlamı var idi: “Mən ömrümün qalan hissəsini xalqıma bağışlayıram!” Mən bu kəlamın nə olduğunu bu  gün başa düşürəm! Belə ki, Uluöndər ömrünün qalan hissəsini deyil, ömrünün tam hissəsini xalqına bağışlamışdır!
Vətənpərvərlik hissləri aşılayan müdrik kəlamları ilə böyüyüb boya-başa çatmış Azərbaycan övladları irsini layiqincə davam etdirən  Ali Baş Komandan İlham Əliyevin başçılığı altında 27 sentyabr 2020-ci ildə başlamış Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalmış Qarabağ  torpaqlarını mənfur düşmən tapdağından azad etdilər. Azərbaycan tarixində yeni səhifə açıldı. 
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük bacarıq və qətiyyətlə rəhbərlik etdiyi Qarabağ savaşı, Vətən müharibəsi xalqımızın Böyük Qələbəsi ilə başa çatdı. Dövlətimizin başçısı noyabrın 10-da gecə saatlarında Azərbaycan xalqına zəfər müjdəli müraciətində elan etdiyi Böyük Qələbə xəbəri ilə ölkəmizin və xalqımızın başı üzərində parlaq günəş doğdu. Müzəffər Ali Baş Komandanın dönməz iradəsi və ağıllı, düşünülmüş rəhbərliyi ilə Vətən müharibəsi başa çatdırıldı.  Azərbaycan torpaqlarının işğalına birdəfəlik son qoyuldu. Bu, Azərbaycan tarixində təkrarolunmaz qələbədir.
                Zəfər müjdəli müraciətində  İlham Əliyev dedi: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan! 



Budur Lider! Budur Ali Baş Komandan! Budur Yenilməz ordunun Sərkərdəsi! Budur yeni Azərbaycan tarixinin müəllifi,  İlham Əliyev! Xalqına hər müraciətinin hər kəlməsi dəmir yumruq idi. O dəmir yumruq ki, hər çıxışında ermənilərə ən sərt məsajı idi. Xalqa müraciətləri tariximizə qızıl hərflərlə yazıldı. Azərbaycanın ilk qalib prezidenti statusuna fəxarətli çıxışları, siyasi-tarixi savadı sayəsində nail ola bildi. Vətən müharibəsində Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətləri gələcək nəsillərə birlik, vətənpərvərlik və səfərbərlik dərsləridir. 
“Zəfər günü” Qarabağ torpaqlarının işğal tarixini Azərbaycan tarixindən sildi. “Zəfər günü” Azərbaycan xalqının əyilmiş qəddini düzəltdi. Ruhunda illərin torpaq ağrı-acısını daşıyan Azərbaycanın mərd, vətənpərvər oğulları bu gün Heydər Əliyevin yolunu davam etdirdi! Ali Baş Komandan İlham Əliyevin  Azərbaycanın xarıbülbüllü Şuşa şəhərinin işğaldan azad olunduğu “Zəfər günü”ndə Fəxri Xiyabanda Uluöndər Heydər Əliyevin abidəsinin önündə atasının vəsiyyətini yerinə yetirərək hesabat verdi. 
İnanıram ki, Uluöndərimizin ruhu bizim Zəfər coşqumuzu görür və biz qalib Azərbaycan xalqı ilə fəxr edir! 12 dekabr 2003-cü ildə aramızdan cismən ayrılmış Uluöndərin simasında  Qarabağ həsrəti ilə dünyadan nakam köçənlərimizin artıq ruhu şaddır! Vətən uğrunda ən ali məqama çatan Şəhidlərimizin ruhu şaddır! Bu torpaqlarda artıq bizim, Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalanır və dalğalanacaq!
Bəli, mən bir baş böyüdüm. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi və Müzəffər ordumuzun qələbəsi ilə məni, mənim kimi milyonlarla məktəblini və bütün Azərbaycan xalqını sanki bir baş böyütdü. Bu gün əyilmiş başlar çiyinlərimizin üzərində dik və məğrur dayanır. 
Yaşasın Azərbaycan! 
Yaşasın Ali Baş Komandan! 
Qarabağ Azərbaycandır! 


E.Əliyev adına 297 nğmrəli tam orta məktəbin
8-ci sinif şagirdi Əliyev Polad İslam oğlu






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO