sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Şuşadakı türk məktəbinin təməlini İlham Əliyev, Ərdoğan və Bağçalı birlikdə atacaq

20-02-2021, 12:27 192 dəfə baxılıb

Şuşadakı türk məktəbinin təməlini İlham Əliyev, Ərdoğan və Bağçalı birlikdə atacaq


Ermənistanın işğalından azad olunan Şuşa şəhərində Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MPH) Ülkü Ocaqlarının Təhsil və Mədəniyyət Fondunun tikəcəyi məktəbin təməlqoyma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və MHP sədri Dövlət Bağçalının iştirakı planlaşdırılır".

“Report xəbər verir ki, bunu MHP sədrinin müşaviri, memar Ziya Günaydın deyib.

Azərbaycana səfərindən danışan müşavir bildirib ki, hazırda Şuşaya yol problemi var və bunu aradan qaldırmaq üçün yeni yol çəkilir: “Müşahidələrimizə və keçirdiyimiz görüşlərə əsasən deyə bilərəm ki, işlər sürətlə gedir və yaz gəlmədən bu yolun açılması planlaşdırılır. Prezident İlham Əliyev bizə də “Mən qardaşımsız Şuşaya getmərəm, birgə gedəcəyik” dedi. O, möhtərəm Dövlət bəyin də gəlməsini arzu etdiyini və birlikdə təməl qoyulacağını söylədi. Hazırlıqlar bitəndən sonra yol açılışı və sonra iki prezident və Dövlət bəyin iştirakı ilə məktəbin təməlinin qoyulması planlaşdırılır”.

Z.Günaydın bildirib ki, məktəbin tikiləcəyi yer hələlik müəyyənləşməyib: “Şuşada diqqətlə kadastr işləri aparılır. Cənab İlham Əliyev qeyd etdi ki, bu işlər nəticəsində məktəbə şəhərin ən gözəl yerində ərazi ayrılacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO