sonnoqte.az
Xəbər başlıqları
  • 08:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 13:47 – İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər 
  • 13:43 – Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB 
  • 16:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 

Fəqan müəllim: Ölkədə yol-nəqliyyat infrastrukturunun davamlı inkişafı əhalinin sosial-mədəni və sosial-iqtisadi vəziyyətinin yüksəlməsinə xidmət edir

4-04-2021, 15:09 529 dəfə baxılıb


Salyan şəhəri 44 №-li Yol İstismar İdarəsinin müdiri Fəqan müəllim - Xalqımızın xoşbəxtliyi onun müstəqil və güclü dövlətə malik olmasındadır. Çünki bu müstəqillik hər şeydən əvvəl xalqın özünütəsdiqi və milli özünüdərki üçün bir şansdır. O da reallıqdır ki, hər bir dövlətin uzunmüddətli inkişaf perspektivi onun sağlam və etibarlı təməl üzərində qurulmasından keçir. Ulu öndər Heydər Əliyevin qurduğu təməllər bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafına, onun daha da güclənməsinə xidmət edir. İnfrastruktur sahələrindən biri kimi avtomobil yolu sektoruna irihəcmli investisiyaların yönəldilməsi, bu sahədə uzunmüddətli inkişaf proseslərinin sürətlənməsi, körpülərin, tunellərin, yol qovşaqlarının tikilməsi, yeni yolların çəkilməsi, yenidən qurulması bir daha göstərir ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında qələbə yolu ilə uğurla addımlayır və bu naliyyətin təməlində xalqa, dövlətə və Vətən olan sonsuz məhəbbət dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 18 ildə ölkədə həyata keçirilən irimiqyaslı layihələrin tərkibində xüsusi yeri və çəkisi olan yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı görülən işlər bir daha əminlik yaradır ki, bu sahədə layihələrin icrasının dayanıqlığı və davamlılığı tam təmin olunub. 

Prezident İlham Əliyev deyir ki, yol mədəniyyət, rahatlıq, müasirlikdir, həm də ölkənin səviyyəsini göstərir”. Bu sözləri ilə yolun insanların, ölkənin həyatında oynadığı müstəsna rolun əhəmiyyətini vurğulayan dövlət başçısı öz səmərəli fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşına açıq, rahat, müasir yol şəbəkəsi təqdim edir.  Bu yollar həm də ölkəmizi daha yüksək zirvələrə aparır, onun inkişafının dönməzliyini təmin edir. Bütün bunlar isə yalnız müstəqilliyin verdiyi imkanlar sayəsində mümkün olub. Son illərdə özünün iqtisadi, siyasi, hərbi və digər sahələrdə təhlükəsizliyini təmin edən Azərbaycanda həyata keçirilən layihələr ölkəmizi daha da gücləndirir və bir həqiqəti gündəmə gətirir ki, Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır. 

İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir. 
 
Qeyd edək ki, cəmiyyətin balansında 1316 ədəd körpü, ümumi istifadədə olan 17542,6 km uzunluqda avtomobil yolu var ki, bunun da  4385 km-i Respublika əhəmiyyətli, 13157,6 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir.  Bu yollara  işğaldan azad edilmiş  doğma Qarabağımızın ərazisində olan 2661 km uzunluğunda avtomobil yolu və 90 ədəd körpü də daxildir. 
 
BÜTÜN YOLLAR QARABAĞA APARIR..


.
 
 


























Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO