sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayeva peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır

20-08-2021, 11:04 632 dəfə baxılıb



Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayevadır.

Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayeva peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Səkinə xanım Babayeva bu işin müqəddəsliyini qoruyub saxlayır. Səkinə xanım Babayeva kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Səkinə xanım Babayevadan danışdılar yaxşı ki, Səkinə xanım Babayeva Bakı Tekstil Fabrikinin direktorudur… Səkinə xanım Babayeva öz isguzarlığı ilə tanınır və seçilir….

 Son illər qeyri-neft sektorunun, xüsusilə də paytaxt Bakıda və regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində genişmiqyaslı tədbirlər, qabaqcıl beynəlxalq təcrübəyə uyğun müxtəlif layihələr həyata keçirilir. O cümlədən qadın sahibkarlığın inkişafına dəstək göstərilir.  Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğının fonunda sahibkarlar, o cümlədən qadın sahibkarlar səmərəli fəaliyyət göstərmək imkanı əldə ediblər. Azərbaycanda fəaliyyət göstərən bir çox sahibkar qadınlar xeyli nailiyyətlər qazanıblar. İqtisadiyyatın bütün sahələrində qadınlarımızın böyük əməyi var. Ona görə də regionlarda pambıqçılığın inkişaf etdirilməsi, yeni zavod və fabriklərin yaradılması, onların məhsullarının xaricə ixrac olunması, qadınlar arasında savadlı və təcrübəli mütəxəssislərin hazırlanması istiqamətində mühüm işlər görülür.

Bakı Tekstil Fabriki 2010-cu ildən fəaliyyət göstərir. 
Bakı Tekstil Fabriki Binəqədi rayonu, Baksol ərazisi 1 ünvanında yerləşir. Hal-hazırda müəssisədə 120 nəfər işçi çalışır.  Müəssisəyə Аlmаniyа, Itаliyа, Hollandiya, Yаpоniyа və Türkiyədən ən sоn xammal və tехnоlоgiyаlаr tətbiq оlunmаqlа yanaşı müаsir təcrübəyə mаlik  xarici mütəхəssislər də cəlb оlunur. Hаzırdа müəssisədə yüksək kеyfiyyətə və təhlükəsizlik göstəricilərinə mаlik dünyа və аvrоpа stаndаrtlаrınа uyğun 5000-dən çох çеşidli müхtəlif tekstil məhsullаrı istеhsаl оlunur, еyni zаmаndа müхtəlif təyinаtlı dövlət və şirkət şifаrişləri həyаtа kеçirilir. «Bakı Tekstil Fabriki» MMC-nin istehsal profilinə daxildir:
- Xüsusi təyinatlı geyimlər
- Promo geyimlər
- Məktəbli geyimi
- Tibbi geyim
- Idman geyimi
- Alt geyim
- Corab
- Digər geyimlər 


Səkinə xanım Babayeva Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Prezident İlham Əliyevdən nümunə götürən Səkinə xanım Babayevanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Səkinə xanım Babayeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Səkinə xanım Babayeva bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bakı Tekstil Fabrikinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Səkinə xanım Babayeva özünü doğruldub. Bizdə hörmətli Səkinə xanım Babayevanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.


Bakı Tekstil Fabrikinin direktoru Səkinə xanım Babayeva - Dövlət başçısı cənab İlham Əliyevin hər bir nitqi, yerli və xarici mətbuata müsahibələri reallıqlarımızın təbliği ilə yanaşı, ölkə Prezidentinin natiqlik məharətini, zəngin diplomatik təcrübəsini, dünya miqyaslı siyasi lider obrazını, hər bir fikrini konkret faktlarla əsaslandırmaq bacarığını nümayiş etdirir. Bu baxımdan möhtərəm Prezidentimizin avqustun 14-də “CNN Türk” televiziya kanalına müsahibəsi mühüm məqamlarla, çağırışlarla diqqəti cəlb edir. Cənab İlham Əliyev sözügüdən müsahibədə telekanalın suallarını qalib ölkənin qalib Lideri kimi cavablandırdı. Digər mühüm məqam isə odur ki, daim dövlətinin, xalqının sabahını düşünən, gələcəyə hesablanmış siyasəti, yeni təkmil islahatları ilə Azərbaycana davamlı uğurlar qazandıran Prezidentin əldə olunan nailiyyətlərdən, dövlətimizin beynəlxalq hüquqa əsaslanan balanslaşdırılmış xarici siyasəti nəticəsində ayrı-ayrı ölkələrlə qurduğu əməkdaşlıq əlaqələrindən, postmüharibə dövrünün reallıqlarının gerçəkləşdirilməsi məqsədilə möhkəm hüquqi bazanın mövcudluğundan məmnunluğunun aydın ifadəsini yaradır. Əsas olan budur ki, Azərbaycan müstəqilliyinin 30-cu ildönümünü Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində ərazi bütövlüyü təmin olunan, işğaldan azad edilən torpaqlarında üçrəngli bayrağı dalğalanan, 30 ilin işğalına 44 gündə son qoyan qalib ölkə kimi qeyd edəcək. Sözügedən müsahibə, ümumilikdə, Prezident İlham Əliyevin güclü, öz xalqını dərindən sevən, bütün qüvvə və bacarığını Azərbaycanın daha da qüdrətlənməsinə, xalqımızın ən böyük arzularının gerçəkləşdirilməsinə sərf edən, bütöv bir millətin sevgi və böyük dəstəyini qazanmış Lider olduğunu təqdim edir. Möhtərəm Prezidentimiz bu etimadı, nüfuzu, inamı ölkəmizi güclü dövlətə çevirməklə, ərazi bütövlüyümüzü bərpa edib Ümummilli lider Heydər Əliyevin vəsiyyətini, Azərbaycan xalqının bütün istək və arzularını gerçəkləşdirməklə qazanıb. 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO