sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Naibə xanım Məmmədova: Ümumdünya Səhiyyə təşkilatı İlham Əliyevin liderliyini alqışlayır

16-07-2021, 09:30 468 dəfə baxılıb


Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 6 saylı uşaq klinik xəstəxanasının baş həkimi Naibə xanım Məmmədovadır.

6 saylı uşaq klinik xəstəxanasının baş həkimi Naibə xanım Məmmədova peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə yiyələnən Naibə xanım Məmmədova bu işin müqəddəsliyini qoruyub saxlayır və kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır. Sorğu apardıq ağız dolusu Naibə xanım Məmmədovadan danışdılar yaxşı ki, Naibə xanım Məmmədova 6 saylı uşaq klinik xəstəxanasının baş həkimidir və öz isguzarlığı ilə tanınır və seçilir….

Naibə xanım Məmmədova Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Naibə xanım Məmmədovanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! Naibə xanım Məmmədova bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 6 saylı uşaq klinik xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! Ona etibar edilən bütün işlərdə Naibə xanım Məmmədova özünü doğruldub. Bizdə hörmətli Naibə xanım Məmmədovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

6 saylı uşaq klinik xəstəxanasının baş həkimi Naibə xanım Məmmədova - Bu, bir həqiqətdir ki, koronavirus pandemiyası başlanandan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən çox ciddi tədbirlər görülməklə yanaşı, regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır. Bu gün ölkənin səhiyyə sistemi qısa zamanda virusla mübarizəyə istiqamətləndirilib, xüsusi karantin rejimi tətbiq olunub, modul tipli xəstəxanalar inşa edilib, maska istehsalı fabriki açılıb, 20-dən çox müasir laboratoriya quraşdırılıb. Ölkəmizdə həm də yoluxmanın erkən aşkarlanması üçün xeyli sayda testlərin aparılması, koronavirusa yoluxmuş bütün xəstələrin xəstəxana şəraitində yüksək səviyyədə müalicə edilməsi də bu prosesin tərkib hissəsidir. Bundan başqa, xüsusi karantin rejiminin tətbiq olunduğu zaman dövlət hər bir vətəndaşının yanında olub, onların problemlərinin həllinə dəstək göstərib, maddi yardım edib. İqtisadi sabitliyi, məşğulluqla bağlı problemləri həll etmək üçün sosial-iqtisadi dəstək paketi qəbul olunub. Ən nəhayət, vaksinasiya prosesinə başlanılıb. Bütün bu proseslər isə vətəndaş sağlamlığının qorunması faktorunun dövlət üçün prioritet olduğunu göstərdi və Prezident İlham Əliyevin birbaşa nəzarəti, təşəbbüskarlığı ilə pandemiyaya qarşı mübarizə tədbirləri, atılan ümumi addımlar həm də növbəti Azərbaycan təcrübəsini yaratdı.

Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir. Bu günədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir. Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Digər müsəlman ölkələri kimi respublikamızda da bu bayram qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında “Qanuna əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində qeyd olunur.

Qurban bayramı ən qədim bayramlardandır. Belə ki, qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o zamanlar insanların məqsədi günahdan təmizlənmək idi. Hicrinin ikinci ilindən sonra qurban kəsmənin başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, xeyriyyəçilik, başqalarına kömək etmək kimi məqsədlərə xidmət etdi. Hər kəsə məlumdur ki, dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır.

Qurban bayramının müqəddəsliyi bundadır ki, bu bayram ehtiyacı olanların süfrələrinə bərəkət, qurban kəsənlərin isə qəlblərinə saflıq və ruh yüksəkliyi gətirir. Bu bayram bizə bir insan olaraq ətrafımızdakı insanlara biganə qalmamağı, ehtiyacı olan insanlara əl tutmağı, kömək etməyi öyrədir. Qurban bayramı insanlara yardımsevər olmağı , paylaşmağı öyrədir.

Azərbaycan xalqı təkcə bayram günlərində deyil hər zaman bir-birinə dəstək olub. “Güc birlikdədir” söyləyib. Biz bunu güclü respublika olaraq 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla bütün dünyaya sübut etdik. Allah bütün kəsilən qurbanları qəbul etsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO