sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Şərəfli vəzifəyə yiyələnən Rafael Musayev bu işin müqəddəsliyini qoruyub saxlayır

24-09-2021, 13:59 330 dəfə baxılıb


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Ağdam Musiqi Kollecinin direktoru Rafael Musayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Ağdam Musiqi Kollecinin direktoru Rafael Musayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rafael Musayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağdam Musiqi Kollecinin direktoru Rafael Musayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağdam Musiqi Kollecinin direktoru Rafael Musayevdir.

Ağdam Musiqi Kollecinin direktoru Rafael Musayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Rafael Musayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Rafael Musayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Rafael Musayevdən danışdılar yaxşı ki, Rafael Musayev Ağdam Musiqi Kollecinin direktorudur… Rafael Musayev öz isguzarlığı ilə tanınır və seçilir….

Rafael Musayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Rafael Musayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Rafael Musayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Rafael Musayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Rafael Musayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Rafael Musayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağdam Musiqi Kollecinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Rafael Musayev özünü doğruldub. Bizdə hörmətli Fərrux Rafael Musayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Ağdam Musiqi Kollecinin direktoru Rafael Musayev - Uzun illərdən bəri Ermənistan respublikası bir sıra dünya ölkələrinə arxalanaraq Azərbaycan torpaqlarının 20 faizə qədərini işğal edərək 100 minlərlə Azərbaycanlını dədə-baba yurdundan didərgin salmışdır. Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev dinc yolla torpaqlarımızı geri qaytarmaq, ərazi bütövlüyünü bərpa etmək üçün var qüvvələri ilə çalışırdılar. Lakin günü-gündən havadarlarının dəstəyi ilə həyasızlaşan Ermənistan iddialarından əl çəkməyib işğalçılıq işlərini genişləndirirdi.

Ermənistan silahlı qüvvələri 27 sentyabr 2020-ci il səhər saatlarında genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iri çaplı silahlar, mina atanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmağa başladı. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar qəbul edilir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanaraq İkinci Qarabağ müharibəsinə çevrilir. Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. 2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.

İkinci Qarabağ müharibəsi əhali arasında Vətən müharibəsi və “Dəmir Yumruq əməliyyatı” kimi qəbul edilərək Azərbaycan tarixinə ən parlaq səhifə kimi yazıldı. 44 gün davam edən müharibə zamanı Azərbaycan əhalisi dünya tarixində sözün əsl mənasında qeyri-adi birlik və fədakarlıq göstərərək milli, dini, sosial fərqləri bir kənara atıb Prezident cənab İlham Əliyev ətrafında sıx birləşdilər. Azərbaycan hərbçiləri yüksək fədəkarlıq nümayiş etdirib dünya hərb tarixində yeni nailiyyətlərə imza atdılar. Məhz peşəkarlıq Azərbaycan ordusunda az itki ilə qısa müddətdə parlaq qələbə qazanmasına şərait yaratdı. Azərbaycanın qələbəsində Türkiyə və Pakistan kimi qardaş ölkərərin mənəvi dəstəyinin də rolu oldu. Müharibə Azərbaycanın əsl dostunun və düşmənin kimlər olduğunu üzə çıxardı.

Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3000 nəfərə qədər hərbi qulluqçusu həlak olmuş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Azərbaycan xalqı və dövləti hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Heç kim unudulmur, heç nə yaddan çəxmır.

Allah bütün şəhidlərə rəhmət eləsin.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO