sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Elçin Zülfüqarov: Bu, Azərbaycanın qətiyyətinin bariz nümunəsi, milli gücünün ifadəsidir

23-08-2021, 13:24 292 dəfə baxılıb


Nəqliyyat İdarəsi Azərbaycan Respublikası Prezidentinin ''Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında'' 24 fevral 2014-cü il tarixli Fərmanına uyğun olaraq yaradılmışdır. Nəqliyyat İdarəsinin əsas məqsədi ARDNŞ-nin Baş ofisi və strukturuna daxil olan qurumlar üzrə təşkilati, idarəçilik, təsərrüfat, istehsalat fəaliyyətinin həyata keçirilməsi üçün tələb edilən avtomobil və xüsusi texniki vasitələrinin təmin olunmasından ibarətdir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovdur.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elçin Zülfüqarov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elçin Zülfüqarov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Elçin Zülfüqarovdan danışdılar yaxşı ki, Elçin Zülfüqarov Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin rəisidir… Elçin Zülfüqarov öz isguzarlığı ilə tanınır və seçilir….

Elçin Zülfüqarov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Elçin Zülfüqarovu heç vaxt əqidəsindən döndərə bilməz.

Elçin Zülfüqarov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Elçin Zülfüqarov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elçin Zülfüqarov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Elçin Zülfüqarovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Elçin Zülfüqarov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elçin Zülfüqarov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elçin Zülfüqarov özünü doğruldub. Bizdə hörmətli Elçin Zülfüqarovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarov - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qalib Lider kimi Kəlbəcər və Laçın rayonlarına səfəri mühüm tarixi və strateji əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti torpaqlarımızı işğaldan azad edərək tarix yazan şanlı və qalib Ordunun Müzəffər Ali Baş Komandanı kimi çıxışında Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi, hazırkı hərbi-siyasi vəziyyəti dəqiq qiymətləndirdi, Ermənistana, onun havadarlarına ünvanlanmış açıq və konkret mesajlar Verdi.

Öz milli gücü vasitəsilə ərazi bütövlüyünü bərpa edən və hazırda bütün şərtləri diktə edən Azərbaycan istənilən təxribat cəhdinin qarşısını almaq, revanşizm təfəkkürü ilə yaşayan erməni faşizminin başını əzmək iqtidarındadır. Azərbaycan 44 günlük müharibədə bir çox mifi darmadağın edərək reallığın nədən ibarət olduğunu təkcə işğalçı Ermənistana deyil, hələ də müstəmləkəçilik təfəkkürü ilə yaşayan mərkəzlərə, ermənipərəst və islamofob dairələrə sübut etdi. “Qəhrəman erməni əsgəri”, “görkəmli erməni sərkərdələri” mifi dağıdıldı. Azərbaycan Ordusu döyüş meydanında öz sözünü dedi, ancaq əliyalın insanlarla müharibə aparmaq qabiliyyətinə malik olan erməni cəlladları qaçıb gizləndilər. Xocalıda dinc əhalini qıran Koçaryan, Sarkisyan, Ohanyan kimi canilər rəşadətli Ordumuzun qarşısına çıxmaqdan qorxaraq Yerevana qaçdılar. Azərbaycan Silahlı Qüvvələri “yenilməz erməni ordusu” mifini də darmadağın edərək təcavüzkar qüvvələrə layiqli cəza verdi. Bunu görmək istəyənlər xalqımızın çoxəsrlik tarixinin bənzərsiz qələbəsi olan tarixi Zəfərimizin rəmzi kimi çıxış edən Hərbi Qənimətlər Parkına nəzər salsınlar.

Prezident İlham Əliyev bəhs olunan səfər zamanı, həmçinin Azərbaycan dövlətinin milli maraqlara əsaslanan bütün məsələlərdə prinsipial yanaşma ortaya qoyduğunu diqqətə çatdırdı. Bu kontekstdə işğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlərin cinayətlərinin gündəmə gətirilməsi xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısı bu şirkətlərin iki yolu olduğunu – ya təzminat ödəyəməli olduqlarını, ya da beynəlxalq məhkəməyə veriləcəklərini vurğuladı. Bu, heç şübhəsiz, haqlı və ədalətli mövqedə olan Azərbaycanın qətiyyətinin bariz nümunəsi, milli gücünün ifadəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO