sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Hacı Habil Həmidov: Regionda sülhü bərpa etmək məqsədilə Azərbaycan və Rusiya arasında fəal dialoqlar öz səmərəsini verir

2-12-2021, 12:42 442 dəfə baxılıb



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Binə qəsəbəsi bələdiyyəsinin sədri Hacı Habil Həmidovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Binə qəsəbəsi bələdiyyəsinin sədri Hacı Habil Həmidov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Habil Həmidov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Binə qəsəbəsi bələdiyyəsinin sədri Hacı Habil Həmidova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Binə qəsəbəsi bələdiyyəsinin sədri Hacı Habil Həmidov - Uzun illərdir ki, Azərbaycan və Rusiya arasında iqtisadi, mədəni əlaqələr mövcud olmuşdur və bu gün də bu əlaqələr inkişaf etməkdədir. Hal-hazırda 15 mindən çox azərbaycanlı tələbə Rusiyanın ali məktəblərində təhsil alır. Bu əlaqə 2 xalq arasında gözəl münasibətlərin, elmi-mədəni əlaqələrin mövcudluğundan xəbər verir. Hal-hazırda ikitərəfli münasibətlər sürətlə inkişaf edir, əmtəə dövriyyəsi artır. Bir sözlə münasibətlər çox sahələri əhatə edir. Məhz buna görə də hər iki dövlət arasında iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşmışdır.

Bu gün Qarabağda sülhün əldə olunmasında, Azərbaycan və Ermənistanın arasında müharibənin dayandırılmasında və hər iki dövlət arasında sülhün etibarlı zəminin yaranmasında Rusiyanın rolu əvəzsizdir. Sülhməramlının regionda yerləşməsi və onların fəaliyyətə başlaması ilə əlaqədar ciddi hadisələr olmayıb, Qarabağda sülhün saxlanılması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir.

Bu gün Ermənistan tərəfə açıq təklif olunub ki, qarşıdurmaya son qoyulsun, bir-birimizin ərazi bütövlüyü, suverenliyi tanınsın və gələcəkdə qonşular kimi yaşamaqla, yenidən qonşular kimi təşviş etmək üçün sülh müqaviləsi üzərində işə başlanılsın.

Bu gün 26 noyabr 2021-ci il tarixli Bəyanat Azərbaycan Ermənistan arasında mövcud münasibətlərin müsbət həllinə yönəldilmiş böyük bir addımdır. Belə ki, ən böyük uğur Bəyanatda Qarabağ ifadəsinin olmasıdır. Burada əsir və girovlardan danışılmır. Çünki Azərbaycanda həbs olunan ermənilər müharibədən sonra fəaliyyət göstərən silahlı qüvvələr olmuşdur. Avtomobil və dəmir yollarının açılması üçün layihələrin qəbulu üçün qərarlar irəli sürülür. Ən böyük uğur isə heç bir şərt qoymadan Azərbaycan Prezidentinin mövqeyinin sənəddə öz əksini tapmasıdır. Bəyanatda Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demorkasiyası üzrə üçtərəfli komissiyanın yaradılması şərtlənib. İnanırıq ki, xoşməramlılar üzərində qurulan Azərbaycan və Rusiya münasibətləri 26 noyabr Bəyanatının icrasına öz müsbət təsirini verəcəkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO