sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Ağababa İbrahimov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

29-07-2022, 10:49 284 dəfə baxılıb

Direktor

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Ağababa İbrahimov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimovdur.

İbrahimov Ağababa Bayram oğlu 17 fevral 1957-ci ildə Babək rayonunun Sirab kəndində müəllim ailəsində anadan olmuşdur. 1964-cü ildə Sirab kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1972-ci ildə Bakı şəhərindəki 1№-li fizika-riyaziyyat təmayüllü internat məktəbinin 9-cu sinfinə daxil olub. Həmin məktəbi 1974-cü ildə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə qəbul olmuşdur. 1979-cu ildə Universiteti bitirib, təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda əmək fəaliyyətinə başlamışdır.

1990-cı ilin sentyabrında Nərimanov rayonu 43 saylı “İstedadlar” məktəbinə direktor, 1993-cü ilin yanvarında isə Bağça-məktəb-lisey kompleksinin direktoru təyin olunmuşdur. 06 dekabr 2001-ci il tarixindən Nərimanov Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 23 fevral 2004-cü il tarixindən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdiri, 28 dekabr 2013-cü il tarixindən təhsil nazirinin müşaviri vəzifəsində işləmişdir. 25 avqust 2015-ci il tarixindən 11 iyul 2016-cı il tarixinədək Goranboy Rayon Təhsil Şöbəsinin müdir müavini vəzifəsində işləmişdir. Fizika-riyaziyyat elmləri namizədidir. Dövlət qulluğunun müşaviridir.

Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci ildən 2004-cü ilədək Yeni Azərbaycan Partiyasının Ağa Neymətulla küçəsi, 23 A ünvanında yerləşən ilk təşkilatının sədri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4oktyabr tarixli, 1034 №-li Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11/70 nömrəli, 17 fevral 2007-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

2015-ci ildə Strateji Araşdırmalar və Dövlət Müdafiəsi İdarəetmə Akademik Kursunu bitirmişdir.

Ümumtəhsil məktəblərinin 5,6-cı siniflərin Riyaziyyat,  7, 8, 9-cu siniflərin cəbr, 10, 11-ci siniflərin cəbr və analizin başlanğıcı dərsliklərinin, bir sıra dərs vəsaitlərinin və metodiki vəsaitlərin həmmüəllifidir. Xalq təbabətinə aid kitabların müəllifidir.

2017 –ci ilin fevralın 1-dən Astara Pedaqoji Kollecin direktoru vəzifəsinə təyin olunmuşdur.


Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Ağababa İbrahimov bu işin müqəddəsliyini qoruyub saxlayır. Ağababa İbrahimov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Ağababa İbrahimovdan danışdılar yaxşı ki, Ağababa İbrahimov Astara Pedaqoji Kollecin direktorudur… Ağababa İbrahimov öz isguzarlığı ilə tanınır və seçilir….

Ağababa İbrahimov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Ağababa İbrahimov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ağababa İbrahimov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ağababa İbrahimovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ağababa İbrahimov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Ağababa İbrahimov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Astara Pedaqoji Kollecin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Ağababa İbrahimov özünü doğruldub. Bizdə hörmətli Ağababa İbrahimovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov - Azərbaycan iqtisadi inkişafı ilə daim dünyanın diqqət mərkəzindədir. Təbii ki, bu uğurumuz ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi  siyasətə və  bu xəttin son 18 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinə əsaslanır. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəkən Ümummilli Liderin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” tezisi bütün dövrlər üçün aktuallığını qoruyur.

2003-cü ildən iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atan dövlət başçısı İlham Əliyev regionların potensialından səmərəli istifadəni təmin etmək məqsədilə Regional inkişaf proqramlarını təsdiqlədi. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət proqramının uğurlu icrası nəticələrdə öz əksini tapmaqla yanaşı, növbəti sənədlərin qəbulunu bir zərurətə çevirdi. Belə ki,  Dövlət proqramlarında əsas hədəflərdən biri sahibkarlığın inkişaf etdirilməsidir ki, bu da öz növbəsində yol infrastrukturunun  təkmilləşdirilməsinə çağırış etdi. Belə ki, yol-nəqliyyat infrastrukturu yenilənir, o cümlədən kənd yollarının tikintisi istiqamətində əhəmiyyətli işlər görülür, sakinlərin və sahibkarlıq subyektlərinin yol infrastrukturuna çıxış imkanları yaxşılaşır. Ölkə Prezidentinin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Həmçinin cənab İlham Əliyevin hər səfərindən sonra həmin regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Bu mühüm addımın bölgələrin inkişafına nə kimi təsir göstərdiyi əldə olunan sosial-iqtisadi göstəricilərdən daha aydın görünür. Dövlət başçısı İlham Əliyev  daim bildirir ki, hər bir şəhər, bölgə, kənd və qəsəbə bu inkişafı, tərəqqini öz həyatında hiss etməlidir. Bu məqsədə nail olmaq üçün birgə səylərin göstərilməsi, icra strukturlarının öz səlahiyyətlərini yüksək səviyyədə yerinə yetirmələri bir tələb kimi qarşıya qoyulur. Ölkə Prezidentinin çağırışlarının əsasında insan amilinə dəyər dayanır.  

Dövlət başçısı İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı təyin olunmaları ilə əlaqədar qəbul edərkən bir daha diqqəti qəbul olunmuş Dövlət proqramlarının nəticələrinə yönəldərək bildirmişdir ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülür, böyük infrastruktur layihələri icra edilir və  insanları narahat edən məsələlər öz həllini tapır. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər. İş yerlərinin yaradılmasının daimi proses olduğu hər zaman belə əsaslandırılır ki, ölkə əhalisinin sayı artır. Müqayisə üçün qeyd edək ki, Azərbaycan müstəqilliyini yenidən bərpa edəndə  əhali 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan artıqdır. Bu rəqəmin özü işsizlik probleminin həllinə yönələn yeni iş yerlərinin yaradılması prosesinin daha da sürətləndirilməsinin, əhalinin məşğulluğunun təmin edilməsinin vacibliyini nümayiş etdirir.

Dövlət başçısnın qeyd edilən görüşdə diqqət göstərdiyi əsas məsələlərdən biri ölkənin dayanıqlı inkişafının əsasında dayanan şəffaflığın qorunması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi oldu. Belə ki, bir neçə keçmiş icra başçısının  cinayət məsuliyyətinə cəlb edildiyini, bəzilərinin hökmünün  verildiyini,  bəzilərinin isə  işlərinin  məhkəmədə olduğunu önə çəkən Prezident İlham Əliyev bildir ki, bunlar  heç kimin  qanundan üstün olmadığını göstərir.

İcra başçılarının  daim insanlarla təmasda olmasını qarşıya əsas tələb kimi qoyan cənab İlham Əliyev bildirdi ki, onlar bütün kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidirlər. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.

Ölkə Prezidentinin hər bir təşəbbüsü, qəbul etdiyi hər bir qərar, qarşıya qoyduğu hədəflər ümumilikdə ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Hazırda qalib Azərbaycan inkişafın yeni mərhələsini yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə  genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Bu işlər ölkəmizin iqtisadi imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdan ki, Azərbaycanın işğaldan azad edilmiş torpaqlarımızda bütün işləri  öz daxili imkanları hesabına   görür, dünyanın diqqətini özünə  yönəldir. Dövlət başçısı İlham Əliyevin  rəhbərliyi ilə bu ərazilərimizdə də təkmil idarəçilik sistemi yaradılır. Prezident İlham Əliyev sözügedən görüşdə böyük əminliklə qeyd etdiyi kimi, Azərbaycanın çox böyük perspektivləri vardır. İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz ölkəmizin qarşısında geniş imkanlar açır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO