sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Solmaz xanım Babayeva: Azərbaycanda təhsilin inkişafı hər zaman diqqət mərkəzindədir

2-06-2022, 12:20 303 dəfə baxılıb

Lənkəran Tibb Kollecində” rüşvət tüğyan edir ŞİKAYƏT | KORRUPSİYA

Azərbaycan bütün istiqamətlərdə sürətli inkişaf yolunda inamla irəliləyir. Təbii ki, hər bir inkişafın təməlində insan kapitalı, onun əsasında isə təhsil dayanır. Çünki hər bir dövlətin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Azərbaycanda təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təhsil sahəsində önəmli islahatlar həyata keçirilir. Bu gün ölkəmizdə təhsilin daha da inkişafı üçün xeyli sayda dövlət proqramı icra olunur. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilir, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib, bütövlükdə təhsilin infrastrukturu müasirləşib.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Lənkəran Tibb Kollecinin direktor əvəzi Solmaz xanım Babayevanın keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Lənkəran Tibb Kollecinin direktor əvəzi Solmaz xanım Babayeva qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Solmaz xanım Babayeva səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Lənkəran Tibb Kollecinin direktor əvəzi Solmaz xanım Babayevaya biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Lənkəran Tibb Kollecinin direktor əvəzi Solmaz xanım Babayevadır.

Lənkəran Tibb Kollecinin direktor əvəzi Solmaz xanım Babayeva peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Solmaz xanım Babayeva bu işin müqəddəsliyini qoruyub saxlayır. Solmaz xanım Babayeva kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Solmaz xanım Babayeva Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Solmaz xanım Babayeva böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Solmaz xanım Babayeva yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Solmaz xanım Babayevanın böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Solmaz xanım Babayeva insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Solmaz xanım Babayeva bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Lənkəran Tibb Kolleci kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Solmaz xanım Babayeva özünü doğruldub. Bizdə hörmətli Solmaz xanım Babayevanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Sən mövcud peşələr içərisində ən humanist və aktual olan tibbi seçməklə məsuliyyətli və vacib bir addım atmısan. Çünkü bu sənət insana ən qiymətli olan sağlamlıq və həyat bəxş edir. Artıq sənin qarşında tibb aləminin qapıları açılmışdır. İndi səndən, sənin biliyindən, bacarığından və səriştəndən təkcə öz taleyin deil, həm də sənin gələcək xəstələrinin sağlamlığı və bəzən də həyatları aslı olacaqdır. Bunu heç vaxt unutma! Kollecə daxil olmaq – bu hələlik tibb elminə atılan ilk addımdır. Sən ömrünün sonunadək əyninə ağ xalat geyinərək mərhəmət və fədakarlıq adlanan iki ağappaq qanad üzərində uçan bir sənətlə həmişə fəxr edəcəksən. Çünki ağ xalat- tibb fədaisinin əsləhəsi, onun nifuzunun ayrılmaz hissəsidir, vəzifəyə sədaqətin və həmişə yardıma hazır olma kimi saf niyyətin rəmzidir. Ağ rəng ilahi saflığın və yüksək etimadın rəmzidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO