sonnoqte.az
Xəbər başlıqları
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 
  • 08:30 – Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım 
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 

Oktay Əmənullayev: Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub

5-03-2022, 12:53 293 dəfə baxılıb

Astaranın baş həkimi BU SƏBƏBƏ görə işdən çıxarılıb

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Astara rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Astara rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Oktay Əmənullayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Astara rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Astara rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayevdir.

Astara rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Oktay Əmənullayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Oktay Əmənullayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Oktay Əmənullayevdən danışdılar yaxşı ki, Oktay Əmənullayev Astara rayon Mərkəzi Xəstəxanasının direktorudur…Oktay Əmənullayev öz isguzarlığı ilə tanınır və seçilir….

Oktay Əmənullayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Oktay Əmənullayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Oktay Əmənullayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Oktay Əmənullayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Oktay Əmənullayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Oktay Əmənullayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Astara rayon Mərkəzi Xəstəxanasının direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Oktay Əmənullayev özünü doğruldub. Bizdə hörmətli Oktay Əmənullayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Astara rayon Mərkəzi Xəstəxanasının direktoru Oktay Əmənullayev - Pandemiya bəlli bir zaman kəsiyində dünya üzrə birdən çox ölkə, yaxud arealda yayılan və genişmiqyaslı təsir gücünə malik olan epidemik xəstəliklərə verilən ümumi ad olmaqla tibbi kateqoriyadır. Son yüz il ərzində səhiyyə sahəsində əldə olunan əhəmiyyətli irəliləyişlərə baxmayaraq, infeksion xəstəliklər hələ də cəmiyyət üçün ciddi təhlükə olaraq qalmaqdadır. Ölkəmiz də bu bəlaya qarşı bir çox sahələrdə uğurla müqavimət göstərir. Pandemiya ilə mübarizədə dünyanın böyük dövlətləri ilə müqayisədə Azərbaycan daha böyük müvəffəqiyyətə nail olub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycan bu sınaqdan uğurla çıxmaqdadır. İlk vaxtlar virusla mübarizə üçün zəruri olan tibbi avadanlıqların çatışmaması dövlətimizin başçısının diqqətini çəkdi və vacib addımlar atıldı. Bunun üçün ayrıca fabrik yaradıldı, təbii ki, vətəndaşların sağlamlığı, rifah halı yenə ön planda durdu. Pandemiyaya qarşı mübarizədə sənaye imkanlarımızdan da istifadə etdik. Qısa müddət ərzində tibbi maska müəssisələri fəaliyyətə başladı. Bildiyiniz kimi, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıbdır və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrılmışdır. Sahibkarlar və adi vətəndaşlar hesabına fonda yığılmış məbləğ 100 milyon manatı ötüb. İki müəssisə indi fəaliyyətdədir. Dezinfeksiya vasitələri artıq Azərbaycanda istehsal olunur. Eyni zamanda, Azərbaycanda həkimlər üçün xüsusi geyimlər, kombinezonlar istehsal olunur. Həmçinin biz tibbi maskaları xaricdən də idxal edirik. Çünki tələbat artır və tələbatın artması bilavasitə məhdudlaşdırıcı tədbirlərlə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci vitse prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə üç modul tipli xəstəxananın açılışı olub. Qeyd edim ki, dövlətimizin başçısının koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi məqsədi ilə bu il aprelin 7-də imzaladığı sərəncama əsasən hər biri 200 çarpayılıq olan modul tipli xəstəxanalar quraşdırılır. İlk modul tipli xəstəxana istifadəyə verilib. Bu xəstəxanalarda koronavirusa yoluxmuş xəstələrin qəbulu və müalicəsi üçün hər cür şərait yaradılıb. Müasir avadanlıqlar quraşdırılıb. Bakı şəhərində, Abşeron rayonunda və Sumqayıtda istifadəyə verilən modul tipli xəstəxanaların açılış mərasimində ölkəmizin Prezidenti pandemiya ilə mübarizə məqsədi ilə Azərbaycanda həyata keçirilən tədbirlərdən danışaraq vurğulayıb ki, bizim əsas məqsədimiz vətəndaşların sağlamlıqlarını qorumaqdır. Azərbaycan bu çətin zamanda təkcə öz problemlərini həll etmir, başqa dövlətlərə də yardım göstərir. Prezident İlham Əliyevin dediyi kimi; “Bəzi ölkələr humanitar məsələlərdə də özlərini elə apardılar ki, sonra yəqin utandılar. Bəzi ölkələr təşviş içində idi. Biz bəzən vəsaitlə aldığımız tibbi avadanlığı gətirməkdə çətinlik çəkirdik. Ona görə indiki şəraitdə hesab edirəm ki, dünya birliyi vahid mövqedən çıxış etməlidir. Bununla paralel olaraq, biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz

Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO