sonnoqte.az
Xəbər başlıqları
  • 08:44 – Bakı “soyuq müharibə”dən çəkinmir: Azərbaycanı hədəf alan dövlətlərə sərt xəbərdarlıq edilib 
  • 13:47 – İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər 
  • 13:43 – Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB 
  • 16:49 – İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO 

Telman Quliyev: Qurban bayramının müqəddəsliyi bundadır ki, bu bayram ehtiyacı olanların süfrələrinə bərəkət, qurban kəsənlərin isə qəlblərinə saflıq və ruh yüksəkliyi gətirir

8-07-2022, 13:06 350 dəfə baxılıb

edaletli-sulhe-dogru

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyevİslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Digər müsəlman ölkələri kimi respublikamızda da bu bayram qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında “Qanuna əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində qeyd olunur.

Qurban bayramı ən qədim bayramlardandır. Belə ki, qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o zamanlar insanların məqsədi günahdan təmizlənmək idi. Hicrinin ikinci ilindən sonra qurban kəsmənin başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, xeyriyyəçilik, başqalarına kömək etmək kimi məqsədlərə xidmət etdi. Hər kəsə məlumdur ki, dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır.

Qurban bayramının müqəddəsliyi bundadır ki, bu bayram ehtiyacı olanların süfrələrinə bərəkət, qurban kəsənlərin isə qəlblərinə saflıq və ruh yüksəkliyi gətirir. Bu bayram bizə bir insan olaraq ətrafımızdakı insanlara biganə qalmamağı, ehtiyacı olan insanlara əl tutmağı, kömək etməyi öyrədir. Qurban bayramı insanlara yardımsevər olmağı , paylaşmağı öyrədir.

Azərbaycan xalqı təkcə bayram günlərində deyil hər zaman bir-birinə dəstək olub. “Güc birlikdədir” söyləyib. Biz bunu güclü respublika olaraq 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla bütün dünyaya sübut etdik. Allah bütün kəsilən qurbanları qəbul etsin.
 

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyevdir.

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Telman Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Telman Quliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Telman Quliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Telman Quliyevdən danışdılar yaxşı ki, Telman Quliyev Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir… Telman Quliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Telman Quliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Telman Quliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Telman Quliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Telman Quliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Telman Quliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Telman Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Telman Quliyev özünü doğruldub. Bizdə hörmətli Telman Quliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Telman Quliyev - Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycan lider rolunu oynamaqla yanaşı  istər sahilyanı, istərsə də digər ölkələrlə qarşılıqlı maraqların qorunması əsasında münasibətlərin daha da genişlənməsi istiqamətində fəal siyasət yürütməkdədir. Bu gün Ali Baş Komandanımız, Ölkə Prezidenti cənab İlham Əliyevin ali rəhbərliyi altında Azərbaycan tariximizdəki ən güclü inkişaf dövrünü keçir.  Ən müasir  hərbi silah-sursatla təmin edilmiş Azərbaycan Ordusunun yaradılması Vətənimizin təhlükəsizliyinin başlıca təminatçısına çevrilmiş və nəticə etibarilə 44 günlük Vətən müharibəsində  doğma torpaqlarımız işğaldan azad edilərək, tarixi ədalət bərpa olunmuşdur. Cənab Prezidentin xalqımızın maraqları naminə hesablanmış siyasəti nəticəsində Azərbaycanın sosial-iqtisadi göstəriciləri yüksək tendensiyalar üzrə dəyişmiş, vətəndaşlarımızın sosial rifah halı yaxşılaşdırılmış, xarici əlaqələrimiz genişlənmiş və beynəlxalq müstəvidəki nüfuzumuz artmışdır. Təsadüfi deyil ki, xalqdan etimad mandatı aldıqdan sonra dahi, kreativ ideyalara sahib olan cənab İlham Əliyev yeni inkişaf strategiyası müəyyənləşdirdi. Son 18 ildə cənab Prezident  Azərbaycanı dünyanın kosmik üzvünə də çevirdi. “Azerspace-1”, “Azersky” və “Azerspace-2” peyklərini kosmosda uğurlu fəaliyyətinə nail olunmaqla ölkəmiz dünyada az sayda orbitdə peyki olan ölkələr sırasına daxil olub. Digər mühüm bir məsələ də qeyd edilməlidir ki,  BMT-dən sonra dünyada ən böyük siyasi qurum olan Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Prezidenti İlham Əliyevin bu quruma sədrlik müddətinin daha bir il artırılması onun qlobal liderlik səylərinə verilən yüksək dəyərdir. 2022-ci il iyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı işə başlamışdır və hər zaman olduğu kimi dövlətimizin başçısı mühüm məsələlərə diqqət çəkmişdir. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Biz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulduq və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq. Biz Bandunq prinsipləri ilə tamamilə razıyıq və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edirik. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə - bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Elə Azərbaycanda ədalətsizliklə barışmayıb öz doğma torpaqlarını işğaldan azad edərək, məhz  tarixi ədaləti bərpa etmişdir. Biz 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı təmin etmişik. Həmçinin biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etmişik və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Beləliklə, COVID-19 ilə mübarizəyə yanaşmamızla bağlı səylərimiz zənnimcə çox mühüm qlobal təsirə malik olmuşdur.

Doğrudan da Azərbaycanda bu konfransın keçirilməsi xüsusi əhəmiyyət kəsb edir və ölkəmizin Qoşulmama Hərəkatına üzv olan ölkələrlə bir çox məsələlərdə sıx əməkdaşlığı, təması, strateji tərəfdaşlıq əlaqələri hər gün daha da güclənir və genişlənir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO