sonnoqte.az
Xəbər başlıqları
  • 10:58 – Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB 
  • 12:01 – Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB 
  • 11:57 – Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  • 15:11 – Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var” 

Ülfət Bəbirov: Azərbaycanın enerji diplomatiyasının uğurları ölkəmizin malik olduğu potensialdan səmərəli istifadəsinə əsaslanır

18-03-2022, 00:54 554 dəfə baxılıb

İlham Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib -  16.03.2018, Sputnik Azərbaycan

“Azərbaycan malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində və marağında  olub.  Amma reallıq budur ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə yaradılan sabitlik, əlverişli iqtisadi mühit ölkəmizlə əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin  müəllifi olduğu “Əsrin müqaviləsi” ölkəmizin  iqtisadi və siyasi mövqeyinin möhkəmləndirilməsində stimulverici amil rolunu oynadı. Bu müqavilədən sonra imzalanan onlarla saziş, Anlaşma memorandumları da deyilənlərin təsdiqidir. “Əsrin müqaviləsi”nin  imzalanmasından ötən 28 ilə yaxın dövrdə  ölkəmizin enerji sektorunda  qazandığı uğurların miqyasına diqqət yetirməklə Azərbaycanın regional inkişafa və dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfələrinin aydın mənzərəsini  yarada bilərik. Qədim dövrlərdən  neft ölkəsi kimi tanınan Azərbaycan bu gün, eyni zamanda, beynəlxalq arenada qaz ixracatçısı kimi nüfuz qazanmaqdadır. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi ilə əməkdaşlığın regional çərçivədə inkişafının təməli qoyuldu.  Bu layihələr nəinki iştirakçı ölkələrin, həmçinin dünya dövlətlərinin  dayanıqlı iqtisadi inkişafına geniş imkanlar açdı. Təsadüfi deyil ki, artıq bu gün beynəlxalq səviyyədə çoxtərəfli əməkdaşlığın  başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin perspektivlərindən, Azərbaycanın  etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyindən geniş bəhs olunur. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması mərasimində dövlət başçısı İlham Əliyev bu mühüm addımı görülən işlərin zirvəsi kimi dəyərləndirmişdir. Enerji layihələrinin  coğrafiyasının genişləndirilməsi, yeni-yeni layihələrin  gündəmə gətirilərək onların siyasi və iqtisadi əhəmiyyətinin beynəlxalq müzakirəyə çıxarılması  bölgədə,  dünya birliyində sabitlik və əmin-amanlığın möhkəmlənməsinə öz müsbət təsirini göstərir. İqtisadi müstəqilliyin siyasi müstəqillik üçün əsas olduğunu nəzərə alsaq, bu gün Azərbaycanın digər sahələrdə olduğu kimi, enerji  sektorunda da liderliyinin özünü qabarıq şəkildə büruzə verdiyini inamla söyləyə bilərik. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü barədə səsləndirdiyi fikirlər də bugünümüzün reallıqlarına söykənir.”

Bu fikirləri Lerik qaz istismar sahəsinin rəisi Ülfət Bəbirov bu günlərdə təməlqoyma mərasimi keçirilən Qaradağ Günəş Elektrik Stansiyasının perspektivləri ilə bağlı açıqlamasında bildirib.

Novruz bayramı milli-mənəvi dəyərlərimizin və yüksək bəşəri ideyaların daşıyıcısı, qədim adət-ənənələrimizin əbədi təcəssümü kimi neçə əsrdir ki, xalqımızın həyatında mühüm yer tutur. Baharın gəlişinin, təbiətin oyanışının carçısı olan bu əziz  bayram zəngin və qədim mədəniyyətimizin ayrılmaz hissəsi, insanlarda işıqlı sabaha, xoşbəxt gələcəyə inam yaradan, təbiətin bəxş etdiyi nemətləri qorumağı, onlardan səmərəli istifadə etməyi öyrədən qiymətli bir irsdir. Novruz ruzi-bərəkət, sevinc və səadət, birlik və həmrəylik rəmzidir, cəmiyyətimizin möhkəmlənməsi üçün sağlam təməllər yaradan misilsiz bir ənənədir. 

Xalqımız bu əziz gündə Novruzu dövlət bayramı səviyyəsində rəsmiləşdirmiş Ümummilli liderimiz Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edir, tarixi-mədəni və milli-mənəvi dəyərlərimizin, el mərasimlərinin bu gün də qorunub saxlanılması, böyük ruh yüksəkliyi ilə qeyd olunması üçün Ulu öndərin göstərdiyi səyləri böyük minnətdarlıq hissi ilə xatırlayır. 24 il bundan öncə, 1998-ci ildə Ulu öndər Heydər Əliyev deyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Bu fikirlər Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında reallaşdırıldı. Artıq iki ildir ki, xalqımız əziz bayramımızı ikiqat sevinc hissi ilə qeyd edir. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev cənablarının müdrik və qətiyyətli rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun düşmən əsarətindən azad etdiyi gözəl Qarabağımız artıq iki ildir ki, Novruz bayramını milli musiqimizin xoş təranələri, doğma övladlarının sevinc və qürur sədaları ilə qarşılayır, bayram tonqalları Qələbəmizin rəmzinə çevrilir. Xalqımız doğma Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda canlarını qurban vermiş müqəddəs şəhidlərimizi böyük ehtiramla yad edir. Kimliyindən, harada yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız bu möhtəşəm zəfəri onlara yaşatdıqlarına görə möhtərəm Prezidentimizə və onun müzəffər Ali Baş Komandanlığı altında canlarını sipər edərək düşməni Azərbaycan torpaqlarından qovub çıxarmış qəhrəman Ordumuza hədsiz minnətdardır. Azərbaycan bu gün öz tarixinin ən şərəfli dövrünü yaşayır.

Novruz bayramının rəngarəng, şən, xoş əhval-ruhiyyəli mərasimləri milli, dini, irqi mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar tərəfindən təqdir olunur. Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının və Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edildi. 2009-cu ilin sentyabr-oktyabr aylarında  Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salındı. BMT Baş Assambleyasının 64-cü sessiyasının 23 fevral 2010-cu il tarixli iclasında isə martın 21-i BMT Baş Assambleyası tərəfindən “Beynəlxalq Novruz Günü” elan olunması, Novruz bayramının UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsini bütün dünyaya bir daha nümayiş etdirdi.

Novruz bayramı adətləri və inancları Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları müasir dövrdə qarşılıqlı hörmət və etibarlı münasibətləri tərənnüm edən yeni siyasi mədəniyyət nümunəsi yaratdı. Belə ki, Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiya rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstəricisidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO