sonnoqte.az
Xəbər başlıqları
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 
  • 10:21 – Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO 
  • 09:00 – Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür 

Nazim Kazımov: Qurban bayramı ən qədim bayramlardandır

8-07-2022, 08:00 256 dəfə baxılıb

Azərbaycan musiqi məktəbinin ən görkəmli nümayəndələri bizim kollecin  yetirmələridir" - Nazim Kazımov

Asəf Zeynallı adına Musiqi Kollecinin direktoru Nazim Kazımov -  İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Digər müsəlman ölkələri kimi respublikamızda da bu bayram qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında “Qanuna əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində qeyd olunur.

Qurban bayramı ən qədim bayramlardandır. Belə ki, qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o zamanlar insanların məqsədi günahdan təmizlənmək idi. Hicrinin ikinci ilindən sonra qurban kəsmənin başqa məqsədləri və səbəbləri yarandı. Belə ki, dini qurban kəsmə islam aləmində böyük ruh yüksəkliyi, xeyriyyəçilik, başqalarına kömək etmək kimi məqsədlərə xidmət etdi. Hər kəsə məlumdur ki, dini qurban kəsmə İbrahim Peyğəmbərin həyatında baş verən əhvalatdan sonra yaranmışdır.

Qurban bayramının müqəddəsliyi bundadır ki, bu bayram ehtiyacı olanların süfrələrinə bərəkət, qurban kəsənlərin isə qəlblərinə saflıq və ruh yüksəkliyi gətirir. Bu bayram bizə bir insan olaraq ətrafımızdakı insanlara biganə qalmamağı, ehtiyacı olan insanlara əl tutmağı, kömək etməyi öyrədir. Qurban bayramı insanlara yardımsevər olmağı , paylaşmağı öyrədir.

Azərbaycan xalqı təkcə bayram günlərində deyil hər zaman bir-birinə dəstək olub. “Güc birlikdədir” söyləyib. Biz bunu güclü respublika olaraq 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla bütün dünyaya sübut etdik. Allah bütün kəsilən qurbanları qəbul etsin.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq arenada söz sahibi olan nüfuzlu bir dövlətə çevrilib. Azərbaycan bir çox mötəbər tədbirlərə, beynəlxalq səviyyəli yarışlara, turnirlərə ev sahibliyi edir. Dünya ölkələrinin, beynəlxalq ictimaiyyətin marağına səbəb olan bu kimi tədbirlərin Azərbaycanda keçirilməsi artıq ənənə halını alıb. Dünya birliyində nüfuz qazanmış Azərbaycan belə tədbirlərdə yüksək səviyyədə təmsil olunur, öz milli maraqlarını təmin edir, həqiqətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırır. Eyni zamanda belə tədbirlərdə iştirak edən xarici dövlətlərin nümayəndələri, siyasətçilər, jurnalistlər, ekspertlər, ümumilikdə ölkəmizə gələn qonaqlar Azərbaycanı daha yaxından tanıyır, ölkəmizin  bütün sahələrdə atdığı addımları dəstəkləyir. 

İyun ayının  30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı da belə tədbirlərdəndir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycanın Qoşulmama Hərəkatına sədr seçilməsi, üzvlərin yekdil həmrəyliyi ilə baş verdi. 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılması ölkəmizə olan böyük hörmətin,  fəaliyyətimizə verilən qiymətin göstəricisidir.

Tədbirdə iştirak edən Prezident cənab İlham Əliyev çıxışı zamanı bir çox önəmli  məsələlərə toxundu. Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulduğumuzu, fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfələr verdiyimizi, Azərbaycanın Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunduğunu qeyd edən cənab Prezident, Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyimizi bildirdi.

Dünyada ədalətsizliyin,  beynəlxalq hüququn pozulmasının mövcud olduğuna, Azərbaycanın da böyük ədalətsizliyə məruz qaldığına diqqət çəkən cənab Prezident qeyd etdi: “Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər.” 

Bəli, XX əsrin 80-ci illərinin sonları Ermənistan Azərbaycana ərazi iddiaları ilə çıxış edərək hərbi təcavüzə başlamışdır. Həmin dövr  Azərbaycanda hökm sürən hərc-mərclik, özbaşnalıq nəticəsində torpaqlarımızın 20%-ni işğal edilmişdir. Ermənistanın işğal  etdiyi Azərbaycan torpaqlarının düşmən taptağından azad olunmasında ilk qətiyyətli addımlar Ulu Öndər Heydər Əliyev tərəfindən atılmışdır. Ulu Öndər bütün beynəlxalq tədbirlərdəki çıxışların­da Qarabağın xalqımıza məxsus olmasını tarixi faktlarla dünya liderlərinin nəzərinə çatdırıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən görülən işlər, atılan addımlar nəticəsində Azərbaycan həqiqətləri bütün dünyaya bəyan edilib.

Lakin, Azərbaycana qarşı həyata keçirilən bu ədalətsizliyə və işğala son qoyulması üçün beynəlxalq ictimaiyyət tərəfindən heç bir yardım göstərilmədi. Bu məqsədlə 1992-ci ildə ATƏT-in Minsk qrupunu təsis edilsə də, nəinki münaqişənin həll yolu tapılmadı, əksinə  Minsk qrupu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrilərək, münaqişənin dondurulması və torpaqlarımızın əbədi işğal altında saxlanılması üçün əlindən gələni edirdi.

Bütün bunlara baxmayaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi müdrikliyi, şanlı ordumuzun gücü sayəsində torpaqlarımız işğaldan azad olundu, tarixi ədalət bərpa edildi. Ermənistan məğlubiyyətini anlayıb  məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Beləliklə, dünya ictimaiyyəti 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı edilmiş haqsızlığa, ədalətsizliyə, törədilmiş cinayətlərə susqunluq, səssizlik nümayiş etdirsə də, Azərbaycan yalnız öz gücünə ədaləti bərqərar etdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO