sonnoqte.az
Xəbər başlıqları
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 
  • 13:23 – İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 

“Abşeron” sanatoriyası: ümid qapısı

30-03-2022, 11:17 364 dəfə baxılıb



Həkimlər insanlara tibbi yardım göstərməklə, onları müalicə etməklə özlərinə böyük mənəvi hörmət, etiram qazanırlar.

Heydər Əliyev


"Abşeron" sanatoriyası öz müalicəvi əhəmiyyətinə görə, digər sanatoriyalardan seçilir. Azərbaycanda kurort mövsümü il boyu davam edir. Respublika zəngin və bəzi münasibətlərdə nadir rekreasiya və kurort resurslarına malikdir. Dağlıq və dağətəyi rayonların gözəl təbiəti, şəfaverici balneoloji mənbələri və müalicəvi palçıqları, gözoxşayan dağ gölləri və şəlalələri, Xəzərin qumlu çimərlikləri, Abşeronun üzümlük və əncirlikləri və eləcə də günəş işığının bolluğu il boyunca dolğun istirahət və sanatoriya və kurort müalicəsi üçün hər bir şərait yaradır.

“Abşeron” mədə-bağırsaq sanatoriyası ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 35 km aralıqda, Abşeron yarımadasının sahilində, Mərdəkan qəsəbəsində yerləşir.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

“Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Fəxrəddin Kazımov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımovdur.

“Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi Fəxrəddin Kazımov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Fəxrəddin Kazımov bu işin müqəddəsliyini qoruyub saxlayır. Fəxrəddin Kazımov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Fəxrəddin Kazımovdan danışdılar yaxşı ki, Fəxrəddin Kazımov “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimidir… Fəxrəddin Kazımov öz isguzarlığı ilə tanınır və seçilir….

Fəxrəddin Kazımov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Fəxrəddin Kazımov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Fəxrəddin Kazımov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Fəxrəddin Kazımovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Fəxrəddin Kazımov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Fəxrəddin Kazımov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Abşeron” Mədə-Bağırsaq Sanatoriyasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Fəxrəddin Kazımov özünü doğruldub. Bizdə hörmətli Fəxrəddin Kazımovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

İlk 5 şəkil
İlk 5 şəkil
İlk 5 şəkil
İlk 5 şəkil
İlk 5 şəkil








Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO