sonnoqte.az
Xəbər başlıqları
  • 12:22 – Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 
  • 13:23 – İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB 
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 

Mirhəsən Seyidov: İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur

8-07-2022, 10:51 255 dəfə baxılıb

290074290_435365425270201_3384979920566662903_n.jpg

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov - Qurban Bayramı bizə Hz. İbrahim peyğəmbərdən yadigar qalıb. Ömrü boyu Allah yolunda çalışan, mübarizə aparan, bu mübarizəsi zamanında dəfələrlə həyatından, mal- dövlətindən, ailəsindən keçməyə hazır olan, oda atılaraq yandırılmağa məhkum edilən, lakin Allahın möcüzəsi ilə oradan sağ çıxan Hz. İbrahim, qoca yaşlarına qədər övlad sahibi ola bilmir, həyatın bəlkə də bu ən şirin nemətindən məhrum olur. Lakin qoca vaxtında Allah təala hər halda bu neməti ona əta edir – onun İsmayıl adında oğlu olur. Hz. İbrahim bütün məhəbbətini ona salır, İsmayılı qoca vaxtında ona verilmiş nemət hesab edir. Lakin hələ bilmir ki, İsmayıl ona verilmiş son və ən mühüm sınaqlardan biri olacaq. Elə bir sınaq ki, əvvəllər əqidəsinə, Allahın əmrinə görə vətənindən didərgin düşməsi, təqib olunması, oda atılaraq yandırılması bu sınağın yanında kiçik görünəcək. İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

İsmayıl Qurbanında kəsilən heyvanlar da bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iri buynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir.

Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayana isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.

İslam dini böyük inama, Uca Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir.

Ümummili lider Heydər Əliyevin daxili və xarici siyasət kursu Prezident İlham Əliyev tərəfindən güclü və qüdrətli dövlət quruculuğu strategiyası ilə davam etdirilir. Bu gün Azərbaycan heç kimdən asılılığı olmayan, öz müqəddəratını sərbəst həll etməyə qadir olan ölkədir və cənab İlham Əliyev tərəfindən həyata keçirilən, xalqın iradəsinə və milli maraqlara söykənən dövlət siyasətinə alternativ yoxdur.

“Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Respublikamıza rəhbərlik etdiyi dövrdə yürütdüyü uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq ölkədə öz nəticələrini verməkdə olan dərin iqtisadi islahatlar aparılmış, ixracı stimullaşdırmaq və idxaldan asılılığı azaltmaq, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi və sənaye potensialının gücləndirilməsi  sahəsində lazımi tədbirlər həyata keçirilmiş, Azərbaycan müstəqil dövlət kimi beynəlxalq mövqeyini formalaşdırmaqla yanaşı, həm də mənsub olduğu regionda liderliyi ələ alaraq, bütövlükdə, dünya siyasi proseslərində söz sahibinə çevrilmişdir.  

Məhz Prezident İlham Əliyevin məqsədyönlü xarici siyasət kursu sayəsində bu gün Azərbaycan Respublikası Türk Dünyası və İslam ölkələri  arasında mötəbər status qazanmış, ABŞ və Avropa Birliyinin Şərqdə ən etibarlı strateji tərəfdaşlarından birinə çevrilmişdir.

Dünya arenasında Azərbaycanın ədalətli və sülhpərvər mövqe tutması dövlətimizin nüfuzuna xüsusilə müsbət təsir göstərir. Bu baxımdan Qoşulmama Hərəkatı ölkəmizin xarici siyasətində mühüm mövqeyə malikdir. Xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin müstəsna fəaliyyəti və təşəbbüskar siyasəti nəticəsində Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin vacib ünvanına çevrilmişdir və bu mötəbər qurumun bir çox tədbirlərinə Bakı ev sahibliyi edir.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir və 40-dan çox ölkənin nümayəndəsinin qatıldığı konfransın mövzusunun “Dünyada sülhün və dayanıqlı inkişafın təşfiqində milli parlamentlərin rolunun gücləndirilməsi” formatında müəyyən edilməsi də təsadüfi deyildir.

Dərin məzmunlu çıxışı ilə müzakirələrə yol açan Prezident  İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın  ikinci ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatının Parlament şəbəkəsinın yaradılmasının  ölkəmizin irəli sürdüyü və fəal dəstək qazanan yeganə təşəbbüs olmadığını diqqətə çatdırmaqla, gələn ay Bakıda keçiriləcək növbəti bir tədbirin–gənclər şəbəkəsinin anonsunu verməsi tutarlı əsaslara söykənir. Göründüyü kimi, ölkəmiz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulmasına baxmayaraq,  fəaliyyəti ilə Azərbaycan bu qurumda ilk günlərdən həmrəylik, qarşılıqlı dəstək təşəbbüsləri ilə çıxış edib.

Prezident İlham Əliyev konfransda Azərbaycanın ötən dövrdə Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə fəal şəkildə cəlb olunmasının məntiqi nəticəsi olaraq ölkəmizin bu nüfuzlu quruma sədrlik etmək üçün namizədliyinin yekdil şəkildə dəstəklənərək qəbul edildiyini məmnunluqla xatırladı. Bundan başqa, dövlətimizin başçısı 120 ölkənin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına 2023-ci ilin sonuna kimi sədrliyinin  uzadılmasını ölkəmizə əlavə bir etimad və fəaliyyətimizə verilən yüksək qiymət kimi dəyərləndirdi.

Azərbaycanın 30 ildən bəri təcavüzkar Ermənistanın işğalına məruz qaldığını, BMT Təhlükəsizlik şurasının qətnamələrinin kağız üzərində icra olunmamış qaldığını, Minsk qrupunun münaqişənin mümkün ədalətli həllini kənara ataraq münaqişənin əbədi qalmasına çalışdığını, nəhayət 2020-ci ilin payızında apardığımız Vətən müharibəsində haqlı tərəf kimi  ədaləti və eyni zamanda, beynəlxalq hüququ bərpa etdiyini söyləyən dövlətimizin başçısı təəssüflə qeyd etdi ki, bəzi ölkələr həmin zaman Azərbaycana  qarşı qarayaxma, böhtan kampaniyasına başladılar. Bütün bunlar azmış kimi, bəziləri  işğalçıya qarşı haqq mübarizəmizə mane olmaq məqsədilə bu məsələni BMT və onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız bizə qarşı ittihamı blokladılar və bununla da ermənipərəst  qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Azərbaycan Prezidenti xalqımızın Qoşulmama Hərəkatının bu ədalətli və qətiyyətli mövqeyini heç vaxt unutmayacağını məmnunluqla bəyan etdi və bu tarixi həmrəyliyə görə minnətdarlığını ifadə etdi.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı Konfransı həm qurumun, həm də ölkəmizin siyasi  həyatında mühüm əhəmiyyət kəsb edir. Xoş gələcəyə köklənmiş real fəaliyyəti ilə ümidlər doğuran bu təsisatın Azərbaycan dövlətinin təşəbbüsü ilə ərsəyə gəlməsi və ilk addımını Bakıda atması ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq göstəricisidir. Konfrans iştirakçılarının Şuşaya səfəri isə Azərbaycanın haqq davasına və ərazi bütövlüyümüzə vacib beynəlxalq dəstəkdir. Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, rəsmi Bakının sülhə, təhlükəsizliyə, çağdaş əməkdaşlığa verdiyi töhfəsidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO