sonnoqte.az
Xəbər başlıqları
  • 13:05 – Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR 
  • 09:00 – İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO 
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 09:35 – Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - FOTO 

Sevindik Hətəmov: Azərbaycan Respublikası dünyəvi ölkə olsa da, ölkənin əksəriyyətini təşkil edən müsəlmanlar bayramı hər il dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd edirlər

8-07-2022, 10:38 204 dəfə baxılıb

_0634254.JPG

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov - Bütün islam dünyası qarşıdan gələn müqəddəs qurban bayramını qarşılamağa hazırlaşır. Azərbaycan Respublikası dünyəvi ölkə olsa da, ölkənin əksəriyyətini təşkil edən müsəlmanlar bayramı hər il dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd edirlər. Öncə onu vurğulamaq istəyirəm ki, Azərbaycan dünyanın ən tolerant ölkələrindən biri hesab olunur və ölkədə yaşayan bütün dini azlıqlara, onların bayramlarına və adət-ənənələrinə hörmət olunur. Ölkəmizdə yaşayan istənilən dinə inanan insan onun burada hər hansı ayrı seçkiliyə məruz qaldığını deyə bilməz. Tarixə nəzər saldığımız zaman isə sovet dönəmində təbliğ olunan ateizimlə əlaqədar olaraq insanların öz etiqad və inanclarından məhrum buraxıldığını, müqəddəs bayramlarını qeyd edə bilmədiklərini, ibadət etməkdən məhrum buraxıldığını görürük. Bütün bunlar Azərbaycan xalqının mənəvi kimliyini unutmasına səbəb ola bilməmiş, müstəqilliyimizin bərpasından sonra insanların etiqad azadlığı təmin olunmuş, Ramazan bayramı və Qurban bayramı kimi müsəlmanlar üçün müqəddəs hesab olunan günlər rəsmi bayram günləri kimi təqvimə daxil edilmiş, insanların bayramı rahatlıqla qeyd edə bilmələri üçün qeyri-iş günləri kimi nəzərdə tutulmuşdur. Hər il hər iki müqəddəs bayramın qeyd olunması çərçivəsində müxtəlif dövlət tədbirləri keçirilir, müstəqilliyin bərpasında insanların rahat etiqad etməsi üçün ölkədə yüzlərlə məscid açılmış, sovet dövründə baxımsız qalmış məscidlər və diniibadətgahlar təmir olunmuşdur.

İslam inanclarına görə İbrahim peyğəmbərin oğlu İsmayılı Allah yolunda qurban verməyə hazır olduğu bir zamanda Allah tərəfindən qurban vermək üçün qoç göndərilməsindən sonra qeyd olunmağa başlayan Qurban bayramı Allaha inanaraq qurban verilən hər şeyin bir xilası ola biləcəyinə işarədir. Fikrimcə İbrahim peyğəmbər hər nə qədər də oğlunu qurban verməyə hazır olsada Allahın onu xilas edəcəyinə içində inam olub və bu onun inamının imtahanı olub. Din tarixi keçərkən müəllimizin insanların hər zaman nəyəsə inanmağa ehtiyacı olduğunu dediyini xatırlıyıram. İndi daha yaxşı anlıyıram ki, insanın inamı və ümidi olmasa yaşaya bilməz.
 

Salyan rayon İcra hakimiyyətinin inzibati binasında vətəndaşların növbəti qəbulu keçirilmişdir

IMG_6288.jpgIMG_6302.jpgIMG_6292.jpgIMG_6300.jpg

Salyan rayon İcra Hakimiyyətinin Başçısı Sevindik Hətəmov Dayıkənd kəndində səyyar qəbul keçirdi


IMG_5626.jpg

Bu gün Salyan Rayon İcra Hakimiyyətinin  başçısı Sevindik Hətəmov Dayıkənd kəndində vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi.  Rayonun  idarə, müəssisə və xidmət təşkilatları rəhbərlərinin  iştirak etdiyi səyyar görüşdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.  Görüşdə çıxış edən Rayon rəhbəri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı uğurlu siyasətindən, 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən, işğaldan azad olunan torpaqlarımızın Prezident İlham Əliyevin göstərişlərinə əsasən abadlaşmasından və rayon ərazisində aparılan abadlıq quruculuq işləri haqqında məlumat vermişdir. İcra başçısı ölkə Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf kursunun parlaq nəticələrinin hər bir vətəndaşın həyat şəraitinin yaxşılaşdırılmasında müstəsna rolunu xüsusi vurğulayaraq bu inkişaf kursunun bundan sonra da xalqın rifahına xidmət  edəcəyini diqqətə çatdırmışdır.
Qəbulda vətəndaşlar tərəfindən kəndə internet xətlərinin çəkilməsi, elektrik təchizatının yaxşılaşdırılması, kənddaxili yolların təmiri və suvarma kanallarının təmizlənməsi ilə bağlı xahiş və təkliflər səsləndirilib. Rayon İcra başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar vermişdir. Kənd sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
IMG_5626.jpgIMG_5632.jpgIMG_5635.jpgIMG_5637.jpgIMG_5638.jpg






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO