sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Ramiz Zeynalov: Heç zaman unudulmayan bayramlardan biri də “ Qurban bayramı”dır

17-07-2021, 10:59 389 dəfə baxılıb


Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general - mayor Ramiz Zeynalov - Milli-mədəni irsimizin qorunub-saxlanmasında və gələcək nəsillərə ötürülməsində bir sıra təqdirəlayiq dini və ənənəvi ritualları özündə əks etdirən bayramlarımızın rolu böyükdür. Hansı ki, bu bayramlar insanları mərhəmətə, birliyə, yardımlaşmağa və ənəsas ıuca Allah ilə mənəvi yaxınlığa sövq edir.

Hələ İslamdan çox öncə İbrahim peyğəmbər və sevimli oğlu İsmayılın adı ilə bağlı olan müqəddəs Qurban bayramı bütün İslam dünyasında qeyd edilir. Allaha xatir sevimli oğlunu qurban etməyə hazır olan İbrahim peyğəmbərə Rəbbimizin qoç göndərməsi- bu ənənənin təməlində böyük fəlsəfi məna olduğunu göstərir. İmanı artıran, qəlbləri aydınladan Qurban bayramı həm də tolerantlıq ənənələri ilə fərqlənir. Allaha xatir kəsilən qurbanlar (qoç, qoyun, dəvə) bərabər miqdarda olmaqla paylanılır, burada insanların hansı dindən, hansı milli mənsubiyyətdən olduğu önəmli deyil. Məqsəd birləşmək, yoxsulun halından anlamaq, yardımlaşmaq, ənənəmizi qoruyub, miras kimi yaşatmaqdır. Qurban bayramı hər il Hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və iki gün davam edir. Cari ildə Qurban bayramı iyul ayının 20-si və 21-i tarixlərində qeyd olunacaq.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Ümummilli lider Heydər Əliyevin də qeyd etdiyi kimi milli kimliyimiz, milli mənliyimiz yenidən özümüzə qayıtdı. Məhz buna ən bariz nümunələrdən biri 1992-ci il 27 oktyabr tarixində “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna əsasən Qurban bayramı rəsmi olaraq dövlət səviyyəsində qeyd olunmağa başladı.

Məlumdur ki, mənfu düşmənlərimiz 30 ilə yaxın bir tarixi dövr ərzində Qarabağ və ətraf ərazilərimizi işğal altında saxladılar. Bir çox milli-mənəvi sərvətlərimizi, abidələrimizi məhv etdilər. Ancaq Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu bu işğala son qoydu. Qarabağ və ətraf ərazilər yenidən anamız Azərbaycana qovuşdu. Hərbirimizin ən çox eşitdiyi kəlimələri xatırlatmaq istəyirəm: “Qarabağımız işğaldan azad olsun 7 qurban kəsəcəyəm”, “Bayrağımız Şuşada dalğalansın Allaha xatir qurban demişəm”.

Bəli, xalqımız bu müqəddəs arzusuna çatdı, vüsala yetişdi. İgid oğullarımızın qanı-canı bahasına azad olunmuş Şuşamızda bu qurbanlar bu il daha da təmtəraqlı kəsiləcək. 3000-ə yaxın şəhidimizin ruhuna dualar oxunacaq, kəsilən qurbanlar insanların qəlbinə daha çox fərahlıq gətirəcək. Biz Qalib Ölkənin gözəl bir ənənəsini, milli-mənəvi mirasını yaşadırıq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO