sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Lerik Rayon 43 saylı Yol İstismar İdarəsinin rəisi Elxan Əliyev vəzifəsini şərəflə yerinə yetirir - ÖZƏL

12-07-2021, 09:31 273 dəfə baxılıb


Lerik Rayon 43 saylı Yol İstismar İdarəsinin rəisi Elxan Əliyev - Şuşa Bəyannaməsi iki dövlət - Türkiyə və Azərbaycan arasında konfederativ dövlət quruculuğu istiqamətində atılmış çox mühüm bir addımdır. Hesab edirəm ki, xüsusilə hərbi və milli təhlükəsizlik məsələlərini özündə əks etdirən və birgə fəaliyyəti, koordinasiya olunmuş fəaliyyəti özündə əks etdirən bu sənəd Türkiyə və Azərbaycanın konfederativ dövlət olması yolunda mühüm addım olmaqla üzləşə biləcəkləri istənilən üçüncü qüvvə tərəfindən təhdidlərə birgə, qarşılıqlı kömək və yardım əsasında, birgə iştirak və birgə mübarizənin həyata keçirilməsini nəzərdə tutur. Bu baxımdan hesab edirəm ki, çox tarixi bir sənəd imzalanıbdır. Bu sənədin imzalanması ilə bundan sonra istənilən təhdidlərə qarşı Azərbaycan dövləti, Azərbaycan xalqının gücü ilə yanaşı həm də Türkiyə dövlətinin, xalqının gücünü yanımızda hiss edəcəyik.

Ərdoğan açıq şəkildə bəyan etdi ki, Şuşa Bəyannaməsi heç bir üçüncü dövlətə qarşı imzalanmış razılaşma sənədi deyil. Bildirildi ki, biz Qafqazda fəaliyyətimizi, Qafqazda sülh prosesinin təmin olunması istiqamətindəki addımlarımızı, eyni zamanda kommunikasiya layihələrinin həyat keçirilməsi istiqamətindəki fəaliyyətimizi Rusiya prezidenti Vladimir Putinlə və Rusiya tərəfi ilə məsləhətləşmələr, qarşılıqlı razılaşmalar əsasında həyata keçiririk. Bütün bunlar onu göstərir ki, Şuşa Bəyannaməsi regiona çox böyük bir iqtisadi inkişaf, stabillik və davamlı sülh gətirəcək.
 


Son illərdə baş verənlərin yekununda diqqət çəkiləsi xeyli problematik situasiyalar var ki, günümüzdə dərhal həllinə çalışmalı və daha geniş miqyasda yayılmasına imkan verilməməlidir.
Yaşadığımız cəmiyyətdə az qala gündəlik eşitdiyimiz bir kəlmə, hazırki nəsil cırlaşıb kimi ifadələr eşitmə sistemimizi az qala iflic vəziyyətinə salıb. Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən gənəşiklər yapmaq, çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Lerik Rayon 43 saylı Yol İstismar İdarəsinin rəisi Elxan Əliyev belə insanlardandır.
Yeganə məmurdur ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.
Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatının sistemli və hərtərəfli inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dövlət başçısı tərəfindən mütəmadi olaraq imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır. Məhz bunun nəticəsidir ki, son illər bu sahədə infrastruktur imkanları getdikcə artır, ölkəmizin avtomobil yolları dünya standartlarına uyğunlaşdırılır.
Lerik Rayon 43 saylı Yol İstismar İdarəsinin rəisi Elxan Əliyevin uğurlu xidmətləri sayəsində Lerik rayonunun küçələri və kənd yolları əsaslı şəkildə təmir olunub.
Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Ölkəmizdə yol infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər Lerik rayonunda da uğurla davam etdirilir.
Elxan Əliyevin rəhbərliyi ilə Lerik rayonunda yolların müasir standartlar səviyyəsində yenidən qurulması yerli iqtisadiyyatın inkişafına çox böyük töhfələr verir.
Bu gün Elxan müəllim var gücü ilə çalışır ki, rayonda yol sarıdan insanların problemi olmasın. Rayonda hamıya məlumdur ki, Elxan Əliyevin güclü idarəetmə bacarığı sayəsində 43 saylı Yol İstismar İdarəsi qısa vaxt ərzində böyük uğurlara imza atıb. Bir sözlə Elxan Əliyevin kollektivi Lerikdə yol infrastrukturuna yeni həyat, yeni nəfəs, yeni mədəniyyət gətirib. Lerik sakinləri və rayona gələn qonaqlar yolların bərpasından razılıq edirlər.
43 saylı Yol İstismar İdarəsinin uğurları göz qabağındadır.  






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO