sonnoqte.az
Xəbər başlıqları
  • 11:54 – Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak edirlər 
  • 21:33 – Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR 
  • 21:25 – Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ 
  • 14:30 – Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub 

Niyaməddin Şəfayətli: Uğurlar ölkəmizin daxili imkanları, öz gücü hesabına qazanılıb

21-04-2022, 13:30 303 dəfə baxılıb

Niyaməddin Şəfayətli: Uğurlar ölkəmizin daxili imkanları, öz gücü hesabına qazanılıb


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Cəlilabad rayon İcra Hakimiyyətinin Göytəpə şəhər üzrə nümayəndəsi Niyaməddin Şəfayətlinin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Cəlilabad rayon İcra Hakimiyyətinin Göytəpə şəhər üzrə nümayəndəsi Niyaməddin Şəfayətli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Niyaməddin Şəfayətli səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Cəlilabad rayon İcra Hakimiyyətinin Göytəpə şəhər üzrə nümayəndəsi Niyaməddin Şəfayətliyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Cəlilabad rayon İcra Hakimiyyətinin Göytəpə şəhər üzrə nümayəndəsi Niyaməddin Şəfayətlidir.

Cəlilabad rayon İcra Hakimiyyətinin Göytəpə şəhər üzrə nümayəndəsi Niyaməddin Şəfayətli peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Niyaməddin Şəfayətli bu işin müqəddəsliyini qoruyub saxlayır. Niyaməddin Şəfayətli kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Niyaməddin Şəfayətlidən danışdılar yaxşı ki, Niyaməddin Şəfayətli Cəlilabad rayon İcra Hakimiyyətinin Göytəpə şəhər üzrə nümayəndəsidir… Niyaməddin Şəfayətli öz isguzarlığı ilə tanınır və seçilir….

Niyaməddin Şəfayətli Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Niyaməddin Şəfayətli böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Niyaməddin Şəfayətli yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Niyaməddin Şəfayətlinin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Niyaməddin Şəfayətli insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Niyaməddin Şəfayətli bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Cəlilabad rayon İcra Hakimiyyətinin Göytəpə şəhər üzrə nümayəndəsi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Niyaməddin Şəfayətli özünü doğruldub. Bizdə hörmətli Niyaməddin Şəfayətlini dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Cəlilabad rayon İcra Hakimiyyətinin Göytəpə şəhər üzrə nümayəndəsi Niyaməddin Şəfayətli - Prezident İlham Əliyevin aprelin 12-də cari ilin birinci rübünün yekunları ilə bağlı müşavirədəki nitqi mətbuatda əsas müzakirə mövzusuna çevrilib. Dövlət başçısı ölkə həyatının bütün istiqamətləri üzrə mövcud durumu, qarşıda dayanan vəzifələri dəqiqliklə ifadə edərək respublikamızın daxili və xarici siyasətdə, iqtisadi-ticari və s. münasibətlərdə yeni çağırışlara necə hazırlandığını, Azərbaycanın yeni dünya düzənindəki layiqli yerini, rolunu diqqətə çatdırdı. 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərlə yaratdığımız yeni reallıqlar, ötən bir ildən artıq dövrdə görülmüş işlər əsas götürülərək, müharibə öncəsi və sonrakı dönəmdə fəaliyyətin mahiyyəti açıqlandı.

Müşavirədə Müzəffər Ali Baş Komandan bir çox məqamlara toxundu. Bunlardan biri beynəlxalq təşkilatlarla bağlı idi. Cənab Prezident qeyd etdi ki, Minsk” qrupuna münaqişənin həlli üçün verilən mandat de-fakto olaraq etibarsız sayılır. Minsk qrupu 28 il fəaliyyətdə olmuş, Azərbaycana və Ermənistana yüzlərlə səfər etmişlər. Nəticədə isə Azərbaycanın ərazi bütövlüyünü tanıyan BMT 30 ildə ədalətli qərarlar qəbul etsə də qələbəyə qədər kağız üzərində qalmışdır. Avropa İttifaqı postmünaqişə dövrünün reallıqlarını qəbul etmişdir. İmzalanmış yekun kommunikedə “Dağlıq Qarabağ” adı yoxdur. Artıq münaqişə həll olunub. Avropa İttifaqı tərəflərin normallaşması ilə məşğuldur və son 6 aprel tarixində keçirilmiş görüşdə bu məsələlər müzakirə edilmişdir. Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 30 illiyi münasibətilə Şuşa şəhərində beynəlxalq tədbir keçirildi. Bu tədbirin Şuşada keçirilməsi Ermənistanda növbəti panikaya səbəb olmuşdur. BMT-dən sonra ən böyük təsisatlardan biri Qoşulmama Hərəkatına hazırda Azərbaycan rəhbərlik edir. Bu təşkilat birmənalı olaraq işğal dövründə, həm müharibə, həm də müharibədən sonra Azərbaycanla həmrəy olmuşdur.

Azərbaycanın dövlət müstəqilliyini elan edəndən sonra daxil olduğu ilk beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. İşğal dövründə tarixi-dini abidələrimizin dağıdılmasına etiraz olaraq qurum dəfələrlə qətnamələr qəbul etmişdir. 6 aprel Brüssel görüşü göstərdi ki, ATƏT yeni reallıqları qəbul edir. Bu çox əlamətdar hadisədir. ATƏT beynəlxalq təşkilat kimi Azərbaycan-Ermənistan əlaqələrinin normalaşmasına kömək edə bilər. 30 ilə yaxın müddətdə ilk dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon söhbətinin baş tutması da özünəməxsus müsbət hadisədir. Ermənistan üçüncü tərəfin iştirakı olmadan birbaşa danışıqlarda nə qədər konstruktivlik nümayiş etdirsə, bu, ilk növbədə, onun özü, eyni zamanda, münasibətlərin normallaşdırılması üçün yaxşıdır. Azərbaycan beynəlxalq təşkilatlarla yanaşı, qonşu ölkələrlə də sıx əlaqədədir. İndi hər kəsə aydındır ki, Azərbaycan və Türkiyə ilə əlaqələri normalaşdırmadan Ermənistan inkişaf edə bilməz. Sərhədin delimitasiyası ilə bağlı aprelin sonuna qədər formalaşdırılacaq işçi qruplar, eyni zamanda, sülh müqaviləsinin hazırlanmasına dair işçi qruplar tezliklə öz işinə başlamalıdır.

Ölkə Prezidenti müşavirədə vurğuladı ki, bölgədə sülhün bərqərar olması üçün Ermənistanın silahlanmasına son qoyulmalıdır. Ermənistanın özünün silah almağa pulu yoxdur, heç vaxt da olmayıb. İkinci Qarabağ müharibəsində Ermənistanın 4-5 milyard dollar dəyərində hərbi texnikası Azərbaycan Ordusu tərəfindən məhv edilib. Əgər yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa, Azərbaycan bunu qeyri-dost kimi qiymətləndirəcək.

Əlbəttə, müharibədən əvvəl reallaşdırılan iqtisadi layihələrin Qələbəmiz üçün əhəmiyyəti çox böyükdür. Hər birimiz üçün qürurvericidir ki, müşavirədə ölkəmizin xarici ticarət dövriyyəsinin 60 faizdən çox artdığı bildirildi. Dövlət büdcəsi profisitlə icra olunur. Vergi orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon manatdan, gömrük orqanları isə 200 milyon manatdan çox vəsait toplayıblar. Bəli, bütün bu uğurlar ölkəmizin daxili imkanları, öz gücü hesabına qazanılıb.

Bütün məqsədlər Cənubi Qafqazda sülhün əmin-amanlığın yaradılmasına, müharibə risklərinin azalmasına, insanların rahat yaşamasına xidmət etməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO