sonnoqte.az
Xəbər başlıqları
  • 10:17 – İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib 
  • 12:06 – İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 

Rövşən Qasımlı: Bəzi məmurlar ölkə Prezidentinin növbəti xəbərdarlığından ciddi nəticə çıxarmalıdırlar

26-07-2022, 09:20 257 dəfə baxılıb

Bakı Şəhəri 39 saylı Notariat Ofisi • Азербайджан 360°

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi 39 saylı notariat kontorunun xüsusi notariusu Rövşən Qasımlının keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

39 saylı notariat kontorunun xüsusi notariusu Rövşən Qasımlı qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rövşən Qasımlı səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, 39 saylı notariat kontorunun xüsusi notariusu Rövşən Qasımlının biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, 39 saylı notariat kontorunun xüsusi notariusu Rövşən Qasımlıdır.

39 saylı notariat kontorunun xüsusi notariusu Rövşən Qasımlı peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Rövşən Qasımlı bu işin müqəddəsliyini qoruyub saxlayır. Rövşən Qasımlı kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Rövşən Qasımlı Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Rövşən Qasımlı böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Rövşən Qasımlı yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Rövşən Qasımlının böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Rövşən Qasımlı insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Rövşən Qasımlı bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun 39 saylı notariat kontorunun xüsusi notariusu kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Rövşən Qasımlı özünü doğruldub. Bizdə hörmətli Rövşən Qasımlını dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

39 saylı notariat kontorunun xüsusi notariusu Rövşən Qasımlı - “Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Ən əsası, regionlar arasında sağlam rəqabət gedir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoyaraq regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyini bildirdi. Regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət  proqramının qəbulu  bölgələrin inkişafında yeni mərhələnin əsasını  qoydu. Hər bir proqramın uğurlu icrası növbəti sənədlərin təsdiqlənməsinə geniş imkanlar açır. Bu baxımdan deyə bilərik ki, hazırda  4-cü Dövlət proqramının icrası  digər sənədlərdən irəli gələn vəzifələrin yerinə yetirilməsinə  və yeni prioritetlərin müəyyənləşdirilməsinə əsaslanır. Hər bir Dövlət proqramında ayrı-ayrı bölgələrin inkişafına dair tədbirlər  planı və icra mexanizmi öz əksini tapıb. Diqqət çəkən əsas məqam budur ki, dövlət başçısı İlham Əliyev mütəmadi olaraq regionlara səfərlər edir, Dövlət proqramından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olur, problemləri ictimaiyyətin öz dilindən eşidir və onların icrası istiqamətində  mühüm tapşırıqlar verir. Vətəndaş məmnunluğunun  artırılmasının prioritet olduğu atılan  hər addımda özünü qabarıq şəkildə büruzə verir. Prezident  İlham Əliyev ilk gündən bu çağırışı səsləndirdi ki, əgər xalq görülən işlərdən razı olarsa, mən də razı olacam. Göründüyü kimi, insan amili, insanların yüksək rifah şəraitində yaşayışı dövlətin siyasətində əsasdır. Eyni zamanda, Prezident hər bir vətəndaşının yanında olmaqdan məmnunluq  hissi keçirir.”

Dövlət başçısı İlham Əliyevin rayonlara yeni təyin edilmiş  İcra Hakimiyyəti başçıları ilə görüşlər keçirməsi və onlara  tapşırıqlarını verməsi də  ölkənin hərtərəfli inkişafında əsas rol oynayan regionların tərəqqisi ilə yanaşı, vətəndaş amilinə verilən yüksək dəyəri nümayiş etdirir: “Ölkə Prezidenti 2013-cü ildə  “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu çağırışı etmişdir ki, 2003-cü ildə “Neft kapitalını insan kapitalına çevirək!”  deyəndə  elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Dövlət qurumları tərəfindən normal rəftar edilməli, təhdid edilməməli, incidilməməlidir: “Belə hallar var?! Var! Kim bunu edir?! Dövlət məmurları! Kim incidə bilər vətəndaşı?! Dövlət məmuru! Mən yenə də deyirəm, bütövlükdə bölgələrdə icra nümayəndələrinin fəaliyyəti müsbətdir, ancaq belə hallar da vardır. Buna yol vermək olmaz. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!”

Prezident İlham Əliyev iyulun 25-də Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən regionların inkişafına yönələn addımlardan, əldə olunan nəticələrdən, qarşıya qoyulan hədəflərdən, ən əsası rayon rəhbərlərinin üzərinə düşən vəzifənin yerinə yetirilmə  səviyyəsindən bəhs edərək bildirmişdir ki,  bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz: “Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”.

Bunlardan biri şəhid ailələrinə xüsusi diqqət göstərilməsidir: “Dövlətimizin şəhid ailələrinə, qazilərimizə diqqət və qayğısı göz önündədir. Onların sosial məsələlərinin həlli qarşıda duran ən mühüm vəzifə kimi dayanır. Hər zaman bu çağırış səsləndirilir ki, dövlətlə yanaşı, hər bir vətəndaş, dövlət məmuru  şəhidə ailələrinə, qazilərə diqqət və qayğı göstərməlidir. Onların qanı, canı bahasına 30 illik işğala son qoyulub, torpaqlarımız öz tarixi sahibinə qayıdıb.  Qeyd olunan görüşdə  dövlət başçısı İlham Əliyev  tarixi Zəfərimizdə dövlətimizn qətiyyətini mövqeyindən bəhs edərək bu fikri xüsusi qeyd etdi ki,  azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun”.

“Dövlət başçısının qarşıya qoyduğu  əsas vəzifələrdən biri hər bir rayon rəhbərliyinin rayonun inkişafı ilə bağlı təşəbbüs göstərməsi oldu” ,- dövlət  təsdiqlənən Dövlət proqramlarında hər bir rayonun gələcək inkişafını  necə görmək istədiyini nəzərdə tutduğu tədbirləri  ilə təsdiqləyir:  “Rayon rəhbərliyi  qarşıya qoyulan vəzifələri, eyni zamanda, özünün təşəbbüslərini   sistemli şəkildə icra etməklə bölgənin sürətli inkişafına öz töhfəsini verməlidir. Reallıq budur ki, Azərbaycanın hər bir  bölgəsi zəngin potensiala malikdir, onlardan səmərəli istifadə etmək üçün zəruri addımlar atılır.  Sözügedən rayonların hər birinin zəngin turizm potensialı hər kəsə məlumdur. Həmçinin son illərdə kənd təsərrüfatının  ayrı-ayrı sahələrinin inkişafının prioritetliyini  nəzərə alsaq,  hər üç rayonda kənd təsərrüfatının inkişafı üçün  çox gözəl imkanlar mövcuddur. “Burada da müasir tələblərə uyğun kənd təsərrüfatı yaradılmalıdır” ,- söyləyən dövlət başçısı bildirdi ki, müasir aqrotexniki tədbirlərin görülməsi, tətbiq edilməsi şərtilə heyvandarlıq, bitkiçilik rayonların xüsusiyyətlərinə görə inkişaf etməlidir. Bununla bağlı olan çox ciddi məsələ torpaqlardan səmərəli istifadə edilməsidir. Əfsuslar olsun ki, əvvəlki illərdə bəzi dövlət məmurları və bəzi sahibkarlar tərəfindən böyük torpaq sahələri hasarlanmış, qanunsuz zəbt edilmişdir”.

Dövlət başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, hər bir rayonda, hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunarsa, bir çox problemlər aradan qaldırılacaq. Dövlətin siyasəti məhz  bundan ibarətdir.  Ölkə Prezidenti proqram xarakterli hər bir çıxışında  görülən işləri və qarşıda dayanan vəzifələri açıqlayır, irəli sürdüyü təşəbbüslərin xalq tərəfindən dəstəklənməsindən məmnunluğunu ifadə edir.  Xalqın Prezidentinə inamı, etimadı böyükdür. Bu birlik, həmrəylik fonunda hədəflərə  yüksək səviyyədə nail olmaq mümkündür.

Bölgələrdə yaradılan  şərait, infrastruktur layihələrinin uğurlu icrası sahibkarlığın inkişafına geniş imkanlar açır: “Dövlətin sahibkarlığın inkişafına diqqət və qayğısı sistemli xarakter daşıyır. Ölkəmizdə  sabitliyin, normal biznes mühitinin mövcudluğu  investisiya cəlbediciliyinin qorunmasında  əsas faktordur. Regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində ölkəmizdə böyük  sahibkarlar sinfi yaranıb.
Sahibkarlara güzəştli kreditlərin verilməsi, həmçinin müraciətlərində  süründürməçilik hallarının baş verməməsi üçün elektron xidmətlərin tətbiqi və sair kimi biri-birindən mühüm addımlar bugünkü inkişafın əsasını təşkil edir. Həmçinin bölgələrimizdə “ASAN xidmət”, DOST mərkəzləri fəaliyyət göstərir ki, bunlar hər bir xidmətin  yüksək səviyyədə təşkilində əhəmiyyətli rol oynayırlar. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı bütün dövrlərdə aktualdır. Dövlət başçısı İlham Əliyev bu günlərdə cari ilin 6 ayının yekunlarına həsr olunmuş müşavirədə də sahibkarlığın, qeyri-neft sektorunun  inkişafının bundan sonra da prioritet olacağını bildirdi.”

Ölkəmizdə geniş vüsət alan islahatlar prosesinin, həmçinin kadr dəyişikliklərinin hədəflərə yüksək səviyyədə nail olmağa böyük stimul verdiyini önə çəkərək bildirib ki, ölkəmizin inkişafı üçün  bütün imkanlar mövcuddur. Tarixi Zəfərimizdən sonra Azərbaycanın qarşısında geniş imkanlar açılıb. Dövlət başçısı İlham Əliyev bir daha bu tələbi qaşıya qoydu ki,  hansısa dövlət məmuru əgər öz vəzifə borcunu yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq: “İmkan verə bilmərik ki, bizim uğurlu inkişafımıza kimsə kölgə salsın, kimsə hansısa yerdə özü üçün rüşvətxorluq yuvası qursun və dövlətimizin əsaslarını sarsıtsın”.

İdarəçilik sisteminin zamanın tələblərinə uyğun təkmilləşdirilməsi gələcəyə daha böyük inamla addımlamağa, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə əsas verir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO