sonnoqte.az
Xəbər başlıqları
  • 12:37 – İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib 
  • 09:38 – Prezident onları təltif etdi - FOTO 
  • 09:33 – İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir 
  • 10:00 – Ermənistanda hərbi qiyam və çevriliş ssenarisi önə çıxır: Qarabağ klanı ordunu İrəvanın "işğal"ına çağırır 

Seymur Əsədov: “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir

24-06-2022, 18:07 530 dəfə baxılıb

Nazir onu Neftçala DYP-yə rəis təyin etdi » Olkepress.com

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Neftçala rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi, polis mayoru Seymur Əsədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Neftçala rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi, polis mayoru Seymur Əsədovdur.

Neftçala rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi, polis mayoru Seymur Əsədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Seymur Əsədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Neftçala rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi, polis mayoru Seymur Əsədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Neftçala rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi, polis mayoru Seymur Əsədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Seymur Əsədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Seymur Əsədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Seymur Əsədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Seymur Əsədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Seymur Əsədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Neftçala rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Seymur Əsədov özünü doğruldub. Bizdə hörmətli Seymur Əsədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Neftçala rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin rəisi, polis mayoru Seymur ƏsədovUlu öndər Heydər Əliyevin təməlini qoyduğu ordu quruculuğu siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən yeni dövrün tələbləri səviyyəsində inamla, uğurla davam etdirilməsi Azərbaycan ordusunu Vətən müharibəsində qazandığı Böyük Qələbəyə apardı. Müasir Azərbaycan dövlətinin formalaşması, inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini vermişdir.

Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı. Müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı. Heydər Əliyev dövlətimizin müdafiəçisi olan Azərbaycan Ordusunun qurucusu və yaradıcısdır. Ulu Öndərin azərbaycançılıq məfkurəsi əsasında böyük ideyaları dövlətçiliyin başlıca qayəsi kimi davam etdirən, ordu quruculuğunu prioritet elan edən ölkə Prezidentinin rəhbərliyi ilə Silahlı Qüvvələrimizdə irimiqyaslı islahatlar aparılır. Dünyanın hər bir xalqının öz xilaskar ordusu ilə öyünməyə, qürur duymağa haqqı var. Bu gün qalib Azərbaycan xalqı öz qüdrətli ordusu ilə daha çox öyünür və fəxr edir. Artıq ikinci ildir ki, 26 iyun Silahlı Qüvvələr Gününü qalib xalq olaraq böyük qürur hissi ilə qeyd edirik. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbə Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Bu, tarixi nailiyyətdir. Ölkə Prezidentinin bu qətiyyəti ordumuzun şəxsi heyətinin qələbəyə inamını daha da yüksəltdi. 44 gün davam edən Vətən müharibəsi otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Azərbaycan ordusu bütün gücünü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni məğlub etdi, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Tarixi yaşayış məskənlərimiz azad edildi. Müharibə Azərbaycan ordusunun gücünü və qüdrətini bütün dünyaya bir daha göstərdi. Müstəqil Azərbaycan Respublikasının güclü ordusu, məğrur xalq kimi bütün dünyada böyük nüfuzu var. Döyüşlərdə bütün dünyaya Azərbaycan xalqının əzmi, Azərbaycan Ordusunun döyüş qabiliyyəti nümayiş etdirildi. Bu uğurların qazanılmasında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun misilsiz xidmətləri danılmazdır. İndi hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə müdafiə edəcək ordunun olmasına tam arxayındır, silahlı qüvvələrimiz torpaqlarımıza hücum edənlərin qarşısını almağa hər an hazırdır, layiqli cavab verməyə qadirdir. Bu gün Azərbaycan Ordusunun beynəlxalq standartlar səviyyəsində inkişafı üçün bütün zəruri addımlar atılır. Ordu quruculuğuna dair bütün mühüm tədbirlər müvəffəqiyyətlə, ardıcıl surətdə, mövcud siyasi kursun tələblərinə uyğun şəkildə yerinə yetirilir, ordumuz müasir standartlara cavab verən silah-sursatlarla, texnikalarla təmin olunur. Azərbaycan heç kimdən asılı deyil və iqtisadi göstəricilərə görə dünyada aparıcı yerlərdədir. Artıq Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur. Müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyünü təmin edən, Prezident İlham Əliyev həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olub. Hazırda işğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətini bir daha ortaya qoyur. Vaxtilə Ermənistanın işğal etdiyi ərazilərdə yaşayış məskənlərinin vəziyyəti, eləcə də dini və mədəni abidələrə qarşı törədilmiş vəhşiliklər erməni faşizminin nə qədər təhlükəli və qəddar olduğunu göstərir. Ancaq Azərbaycan dövləti bu gün həmin torpaqlarda hava limanları tikir, avtomobil yolları çəkir, yaşayış məskənlərini yenidən bərpa edir, tarix və mədəniyyət abidələrinin görkəmini özünə qaytarır. Dövlətimiz işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etmək məqsədilə qısa müddətdə və yüksək səviyyədə böyük lahiyələr həyata keçirmək əzmindədir. Görülən işlər onu göstərir ki, Vətən müharibəsində işğaldan azad edilən ərazilərə artıq həyat qayıdır. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu ilə bağlı statistika kifayət qədər zəngindir.Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək. İşğaldan azad olunmuş doğma torpaqlarımıza günəş yenidən doğdu. Azərbaycan xalqının illərdir, xəyallarını qurduğu an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Dövlətimizin başçısı da dəfələrlə qeyd etmişdi ki, bizim yeganə məqsədimiz haqq-ədalətin bərqərar olması, işğalçının torpaqlarımızdan çıxarılması və bir milyona yaxın qaçqın və məcburi köçkünün doğma yurd-yuvalarına qayıtmasıdır. Bütün haqsızlıqlara, ikili standartlarla yanaşmaya baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı Azərbaycan ordusunun qüdrəti ilə haqq- ədalət öz yerini tapdı. Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində ərsəyə gələn nizami Azərbaycan Ordusu dövlətçiliyimizin qarantı olmaqla yanaşı, ölkəmizin dünya miqyasında maraq və mənafeyinin, milli təhlükəsizliyinin lazımi səviyyədə qorunmasını, həmçinin müstəqil siyasət yeritməsini təmin etməyə imkan yaradıb. Dövlətimiz bu gün də ordu quruculuğunu öz siyasətində prioritet istiqamət olaraq saxlayır. Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində gündən-günə hərbi qüdrətini artıran Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır. Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. Döyüş meydanında yeni tarix yazan bizə şanlı Qələbəni yaşadan Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir.
 






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
MƏDƏNİYYƏT
VİDEO